Şair Kazım Qaçağanlı vəfat edib Borçalı, Nekroloqlar 28 Mart ALLAH RƏHMƏT ELƏSİN!.. Ulu Borçalımızın vətənpərvər, yurdsevər, olduqca dəyərli və ziyalı oğullarından olan, tanınmış el ağsaqqalı, "Borçalı" qəzetinin və "Borçalı" jurnalının təsisçisi, təqaüddə olan polis polkovnik-leytenantı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, istedadlı şair-jurnalist, "Abdulla Şaiq", "Qızıl qələm" və "Cəsarətli qələm" mükafatları laureatı Kazım Qaçağanlı (Kazım Cahangir oğlu Kazımov) uzun sürən xəstəlikdən sonra 2017-ci il martın 27-də 66 yaşında Bakı şəhərində dünyasını dəyişib. ZiM.Az xəbər verir ki, mərhum şair Kazım Qaçağanlı 28 mart 2017-ci ildə öz vəsiyyətinə əsasən doğulub boya-başa çatdığı qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Qaçağan kəndində torpağa tapşırılıb.Biz də "Borçalı" İctimai Birliyinin İdarə heyəti və "ZiM.Az" - "ZİRVƏ" İnformasiya Mərkəzinin Yaradıcı Heyəti adındanBorçalının və Borçalılıların problemlərinin həllində öz köməyini heç zaman əsirgəməyən tanınmış el ağsaqqalı, dəyərli ziyalımız və hörmətli eloğlumuz Kazım Qaçağanlının vəfatından kədərləndiyimizi bildirir, onun ailəsinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı veririk.Dostların nəzərinə onu da çatdırırıq ki, mərhumun 3 mərasimi 31 mart 2017-ci ildə, 7 mərasimi isə 3 aprel 2017-ci ildə Qaçağan kəndində keçiriləcək.Yaxın günlərdə Kazım Qaçağanlının əziz xatirəsinə Bakı şəhərində Cümə axşamı mərasimi təşkil olunacaq.Bu barədə əlavə məlumat verəcəyik.Allah rəhmət eləsin!..Ruhu şad olsun!..Müşfiq BORÇALI,"Borçalı" İctimai Birliyinin Sədr müavini,"ZiM.Az" - "ZİRVƏ" İnformasiya MərkəzininBaş redaktoru.Diqqət !.. E L A N!..2017-ci il aprelin 9-da saat 11-də qadınlar üçün, saat 14-də kişilər isə üçün Bakıda Odlar Yurdu Universitetinin yanında "Abu Arena" ilə üzbəüz binanın həyətindəmərhum şair-jurnalist,polis polkovnik-leytenantı Kazım Qaçağanlının xatirəsinə ehsan veriləcək.Bütün dostları - tanışları dəvət edirik.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.