SARAÇLI BAYRAM ƏLİYEV (1910-1994)

SARAÇLI BAYRAM ƏLİYEV (1910-1994) Böyük Vətən müharibəsi iştirakçısı Əliyev Bayram İsmayıl oğlu
1910-c u ildə (bəzi sənədlərdə 1914-cü ildə) qədim Borçalı mahalında, Tiflis quberniyasının Yekaterinenfeld rayonunun Saraçlı kəndində dünyaya göz açıb.

Atası - İsmayıl Alı-Fatimə oğlu.(Alı İsmayıl-Xatun oğlu)
Anası - Qızxanım Rüstəm qızı.(Nalbəndlər nəsli)

QARDAŞ və BACILARI:
1.Ayna İbrahimova - 1905-1997.
2.Xatın İbrahimova -191-?-1961.
3.Əhməd Əliyev - 1919-1990.
4.Məhəmməd Əliyev -192-?-1946.
5.Güləbatın Qurbanova - 1928-1999.
6.Güllü Əliyeva - 1934-2011.
7.Alı Əliyev - 1936-1995.

HƏYAT YOLDAŞLARI:
1.SƏLMİ Ömər qızı (İbrahimova) - 1922-1989.
2.SƏADƏT İsmayıl qızı (Bədəlova) -1925-2004.

ÖVLADLARI:
1.Kəklik - 1939.
2.Sənəm - 1947.
3.İsmayıl - 1949.
4.Yazgül - 1951.
5.Səhərgül - 1953.
6.Qəzənfər - 1956.
7.Novruz - 1959 - 2016.

SİLAHDAŞLARI:
1.Şaban Qurbanov (Şair) Faxralı kəndi.
2.Əmirxan Səlimov Qızılkülçə kəndi.
3.Məmməd Ayvazov Sadaxlı kəndi.
4.Qara Osmanov Dəmirli kəndi.
5.Bilal Əliyev Orzuman kəndi.

Bayram Əliyev Saraçlı natamam orta məktəbində natamam təhsil alıb. Kiçik yaşlarından əmək fəaliyyətinə başlayıb.
1941- ci ilin iyun ayında Böyük Vətən müharibəsinə yollanıb. Vətənin müdafiəsində 7 - dəfə yaralanmasına baxmayaraq, müharibə qurtarana kimi ön cəbhədə vuruşmuşdur.
Vətənin müdafiəsinə 57-ci orduda Krımdan başlayaraq, bir sıra Avropa ölkələrinin faşizimdən təmizlənməsində iştirak etmişdir.
ÖLKƏ və ŞƏHƏRLƏR:
1) Polşanın Bender - 23-08-1944.
2) Ruminiyanın Buxarest - 30-08-1944, Konstane - 30-08-1944.
3) Bolqarıstanın Şumen - 09-09-1944.
4) Yuqaslaviyanın Belqrad - 20-10-1944.
5) Macarıstanın Budapeşt - 25-03-1945. Verteşxedşeq dağı - 25-03-1945.
6) Avstriyanın Deber - 28-03-1945, Komarom - 28-03-1945,
Vena - 13-04-1945, Korneyburq - 15-04-1945, Florisdorf - 15-04-1945, Dunay çayı - 15-04-1945, Qollabruni - 08-05-1945, Ştokkeray - 09-05-1945, şəhərlərinin azad edilməsində qəhramancasına iştirak etmişdir.

1945-ci ilin dekabrında Borçalıya qayıdaraq doğma Saraçlı kəndində əmək fəaliyyətinə başlamışdır.
Bayram Əliyev 1-ci dərəcəli "VƏTƏN MÜHARİBƏSİ" ordeninə və müxtəlif medallara layiq görülüb.
Təəssüf ki, sənədlərin çoxu oxunulmaz vəziyyətə olduğundan, tam yaza bilmədim.

1994-cü il fevralın 11-də doğma kəndində vəfat edib.
Allah rəhmət eləsin.
Məkanın cənnət olsun BABA.


Rəşad SARAÇLI,
ZiM.Az-n müxbiri


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: