Marneulidə 20 yanvar hadisələri yad edildi

Marneulidə 20 yanvar hadisələri yad edildi Marneulidə 20 yanvar hadisələri yad edildi Marneulidə 20 yanvar hadisələri yad edildi Marneulidə 20 yanvar hadisələri yad edildi Marneulidə 20 yanvar hadisələri yad edildiMarneulidə 20 yanvar hadisələri yad edildi Marneulidə 20 yanvar hadisələri yad edildi Marneulidə 20 yanvar hadisələri yad edildi Marneulidə 20 yanvar hadisələri yad edildiMarneulidə 20 yanvar hadisələri yad edildi Marneulidə 20 yanvar hadisələri yad edildi Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkili ilə Marneulidə Azərbaycanda 20 yanvar tarixində baş vermiş qanlı hadisələr yad edildi.

Faciənin 26-ci ildönümünə həsr olunmuş tədbiri AMM-nin rəhbəri Fazil Həsənov açaraq Sovet ordusunun öz vətəndaşlarına qarşı törətdiyi cinayəti pislədi, qeyd etdi ki eyni tipli hadisələr keçmiş sovet məkanının bir çox ölkəsində baş verdi, "Tbilisidə 9 aprel hadisələri zamanı da insan tələfatı baş vermişdir, lakin, ən çox şəhid verən ölkə Azərbaycan oldu. Bakıdakı hadisələr bizi - Gürcüstanda yaşayan azərbaycanlıları çox sarsıtmışdır" - deyən Fazil Həsənov hadisələr haqqında ətraflı məlumat verdi.

Gürcüstan Parlamentinin üzvü mahir Dərziyev
çıxışında bu hadisələrin müstəqillik uğrunda qəhramanlıq göstərən şəhidlərin və sadə xalqın qazandığı uğurdur diyə qeyd etdi, "müstəgillik asantlıqla qazanılmayıb, bunun üçün qəhraman Azərbaycan oğulları mübariz olub canlarını qurban verməyə hazır olub."m-deyə Mahir Dərziyev vurğulayıb.

Tədbirdə çıxış edən "Qeyrət" xalq hərəkatının sədri Əlibala Əsgərov 20 yanvar hadisələri zamanı Gürcüstandan Azərbaycana dəstək üçün humanitar yardımların göndərildiyinindən danışdı. Əslən Gürcüstanın Faxralı kəndindən olan hadisələrdə fəal iştirak edib şəhid olanlardan biri də İlqar Əhmədov olub, onun yaxınları çıxış edərək gəncin vətənpərvərliyindən danışdı.

Tədbirdə Marneuli rayon icra başçısının müavini Kamandar İsmayılov rayon bələdiyyəsinin rəhbəri Nəbi Abdullayev, Azərbaycan Respublikasının Gürcüstanda Səfirliyinin əməkdaşları, Gürcüstan Parlamentinin üzvləri, QHT və ictimayyət nümayəndələri, gənclər, ziyalılar iştirak etdilər.

Sonda qanlı yanvara həsr olunmuş sənədli film nümayiş olundu.

AMM-nin mətbuat xidmətinin rəhbəri
Nərgiz Əliyeva




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: