AYSƏBA XANIM -75 Gürcüstan » Borçalı 15 Şubat REDAKSİYAMIZIN ARXİVİNDƏN:AYSƏBA XANIM ƏLİZADƏ(1941) “Milli qürur və milli qeyrət rəmzi”Bu günlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, tanınmış iqtisadçı alim, pedaqoq, iqtisad elmləri namizədi, bir sıra dərslik kitabların, monoqrafiya və elmi-publisistik məqalələrin müəllifi, yazıçı-publisist, şairə Aysəba xanım Əlizadənin “Milli qürur və milli qeyrət rəmzi” adlı yeni bir kitabı “Borçalı” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmişdir. Bu kitabda Aysəba xanımın son illərdə qələmə aldığı yazıları, müstəqillik və mənəviyyatımıza həsr etdiyi məqalələri, haqqındakı müsahibələr, qəzet və jurnallarda çap olunan yazı nümunələri, müxtəlif tədbirlərdə, dost məclislərində söylədiyi çıxışları daxil edilmişdir. Kitab, Azərbaycan müəlliminin, ziyalısının, aliminin, azəri qadınının günbəgün artan ictimai fəallığını, biliyini, yaradıcılığını, cəmiyyətdəki mövqeyini, ləyaqətini, nüfuzunu, onların cari hadisələrə münasibətini, həyatdakı aktiv iştirakını izləmək və öyrənmək baxımından olduqca maraqlı, aktual və arqumentli yazılarla zəngindir. Təhsil fədaisi, tərbiyəçi-pedaqoq, alim, iti yazı sahibi, poetik ruhlu, mənalı həyatında mətbuatla daim sıx təmasda olan, yaradıcılıq potensialını üzə çıxartmaq baxımından zəhmətsevərliyi ilə diqqəti cəlb edən Aysəba Əlizadənin iç dünyasını, nəcibliyini, mənəvi keyfiyyətlərini daha yaxından tanımaq üçün də dəyərli olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Aysəba xanımı yeni və həm də olduqca dəyərli bir kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, yeni-yeni uğurlar, nailiyyətlər arzulayır və aşağıda həmin kitabın naşiri və redaktoru Müşfiq Borçalı tərəfindən yazılmış "REDAKTORDAN" sərlövhəli müraciəti və Borçalının tanınmış ziyalısı, el ağsaqqalı, istedadlı şair-yazıçı Yusif Yusiflinin “ÖN SÖZ”ünü oxucularımıza ərmağan edirik. REDAKTORDANHörmətli oxucu!Qarşınızdakı kitab xalqımızın ləyaqətli övladlarından biri, Azərbaycan ziyalısı, müəllimi, iqtisadçı alimi, cəmiyyətdə təmiz ad-san qazanmış, doğulub-böyüdüyü qədim Borçalı mahalının - indiki Gürcüstanın Marneuli rayonunun Lecbəddin kəndində böyük hörmət və nüfuz sahibi, söz və əməl birliyi ilə el-obasının gözündə çırağa dönən gözəl insan, müdrik şəxsiyyət Əlizadə Aysəba Şəmsi qızı haqqındadır. Kitabı sadəcə vərəqləmək yox, diqqətlə oxumaq gərəkdir. Çünki, bu kitabdan öyrənəcəklərimiz çoxdur. Burada toplanan yazılar, məqalələr, geniş müsahibələr, ibrətamiz sözlər, kəlamlar - mənalı, işıqlı, nurlu bir insanın zərif hisslərini, duyğularını, vətənpərvərliyini, insanpə\rvərliyini, dostluqda sədaqətini, zəhmətsevərliyini, humanistliyini çox dərin ifadələrlə diqqətimizə çatdırır. Zəngin və keşməkeşli tarixə malik olan Borçalı hələ qədim dövrlərdən özünün qaynar həyatı, ədəbi-bədii mühiti, sazı, sözü, saz çalan-söz deyən, zəngulə vuran aşıqları, xanəndələri, dünya şöhrətli yazıçıları, şairləri, alimləri, savaşları yatırdan el ağsaqqalları, adət-ənənələri, mədəniyyətləri, adlı-sanlı ərənləri, igidləri, bol nemətli torpaqları, qonaqlı-qaralı açıq süfrələri, sərin bulaqlı dağları, yamyaşıl təbiəti, laləli-nərgizli çəmənlikləri, bir sözlə, bütün gözəllikləri ilə şöhrət tapmışdır... Şairin təbirincə desək, "Qafqazın qoynunda dürdü Borçalı!...". Bu ifadə heç də gəlişi gözəl sözlər kimi söylənməmişdir. Borçalıların fəxrlə, böyük qürur hissi ilə söz deməyə haqqı vardır...Təsadüfi deyildir ki, Borçalılar dünya ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə, söz xəzinəsinə çox böyük dühalar bəxş etmişdir. Fəxrlə qeyd etmək lazımdır ki, Aysəba xanım Əlizadə də haqqında həmişə ürək açıqlığı ilə yazdığımız, danışdığımız bu müqəddəs torpaqda dünyaya göz açmış, təlim-tərbiyə, təhsil almışdır.Aysəba xanım Əlizadə müəllimdir, alimdir, sözün əsl mənasında ZİYALIdır! O, iqtisad elmləri namizədidir, iqtisadiyyat elmi sahəsində çoxillik təcrübəsi var. Lakin o, insanın sevincini, sevgisini, təbiətin vəsfini də incəliklə, həssaslıqla duymağı da bacarır. Onun şeir dünyası, söz çələngi çoxboyalı rəssam palitrasını xatırladır. O, pərvazlandığı Borçalının təbiətini, uşaqlıq və gənclik illərini misralarında ilhamla vəsf edir. Hisslərini, duyğularını poetik yöndə incələyən bu zərif insanın söz dünyası bənzərsizdir. Şeirlərində təbiət gözəllikləri xüsusilə üstünlük təşkil edir. Onun "Bənövşə Gülüm" şeirini oxuduqca bunun şahidi oluruq: Bənövşə gülümsən, boynu bükülü.Nədən çəkinirsən belə hürkülü?!Kol dibi, qısılıb sanki mürgülü.Güllərin içində, a zərif gülüm!Səndəki rənglər çox həmahəng olur,Nə heyf ki, dərməmiş çox erkən solur! Ətrin də özün tək qəlbimə dolur,Güllərin içində, a zərif gülüm! Ailəsini, övladlarını, nəvələrini, həmkarlarını, dostlarını, doğmalarını, əzizlərini, ətrafındakı bütün insanları təmiz bir qəlblə sevən Aysəba xanım məhəbbətin bütün insanlığa, bəşəriyyətə lazım olduğunu hər kəlməsində\ söyləyir. Bütün dünyanın, kainatın, sevgi əsasında yarandığını bildirir. O, səhərin açılmasında, günəşin doğmasında, baharın gülümsəməsində, quşların cəh-cəhində, körpənin dünyaya göz açmasında, ayın, ulduzun yerə nur ələməsində bir məhəbbət duyur. Mənalı, şərəfli, ləyaqətli ömründə böyük məhəbbətə, həqiqətə, təmənnasız mərhəmətə, xeyirxahlığa arxalanan Aysəba Əlizadə haqqında çox yazmaq olar. O, sadə, səmimi münasibəti, ünsiyyəti, işgüzar əməlləri ilə özündən yaşca kiçiklərə də, böyüklərə də örnəkdir. Belə şəxsiyyətlərin cəmiyyətdəki fəaliyyəti millətin, xalqın, el-obanın irəli getməsidir...Biz həm əməlində, həm əqidəsində insanlıq etalonu olan Aysəba xanım Əlizadəyə şəxsi həyatında möhkəm cansağlığı, elmi fəaliyyətində isə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Arzu edirik ki, o, övladlarının, tələbələrinin, yetirmələrinin daim xoş sədasını eşitsin! Dostlarının gülər üzünü, doğmalarının mətin dəyanətini, bəxtəvərliyini görsün!Müşfiq BORÇALI.ÖN SÖZ"Milli qürur və milli qeyrət rəmzi!" gözəl və dəyərli ifadələrdir. Bu xüsusiyyətlər cəmiyyətimizin hər bir vətəndaşına aid olsaydı, ölkəmiz cənnət məkanı olardı. Çox təssüflər olsun ki, bu keyfiyyətlər hər kəsə qismət olmur. Təbiətin bəxş etdiyi bu mənəvi sərvəti tarix bir sıra şəxslərə şamil edir və onları yaşadığı dövrün fəxarətinə çevirir.Bu şərəfli ad altında Aysəba xanım Ümummili Liderimiz Heydər Əliyevi tərənnüm etmiş, onun fəaliyyətini simpoziumlarda, konfranslarda, tədbirlərdə, efir vasitəsilə çıxışlarda yüksək pafosla söyləmiş, elmi əsərlərində işıqlandırmışdır. Dünya şöhrətli liderin ölüm xəbəri bütövlükdə Azərbaycan və azərbaycanlılar, habelə onları sevənlər kimi Aysəba xanımı da çox sarsıtmış, matəmdə iştirak etməsi ürəyini soyutmamış və ürək sözlərini dekabr 2003-cü il 24 saylı "Mir jenşinı" (Qadın dünyası) qəzetində "Milli qürur və milli qeyrət rəmzi" başlığı altında dərc etdirmişdir. İllərin sınağından çıxmış dahi şəxsiyyətin siyasi tariximizə qurucu və xilaskar kimi daxil olması, onun etdiyi bütün illərdə, yüksək intellekti və zəngin təcrübəsi sayəsində milli mədəniyyətimizi və mənəviyyatımızı qorumaqla, iqtisadiyyatımızı inkişaf etdirmiş və Azərbaycanı dünyada tanıtdırmışdır. Onun apardığı daxili və xarici siyasət nəticəsində Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatların tam hüquqlu üzvü olmuş və buradan ölkəmiz haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır. Bu gün Azərbaycan xalqı və bütövlükdə Türk Dünyası əmindir ki, "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, Azərbaycanlıyam" devizi altında onun siyasi irsinin layiqli davamçısı olan gənc prezidentimiz cənab İlham Əliyev Atasının "Azərbaycan dünyaya günəş kimi doğacaq" kəlamının gerçəklənməsini labüd edəcəkdir.Ürəyi Vətən eşqi ilə döyünən, ölkəsinin dərdini özünə dərd bilən və onun qələbəsi ilə sevinən Aysəba xanım siyasi-ictimai tədbirlərdə iştirak etməklə Yeni Azərbaycan Partiyasının rolu və əhəmiyyəti, Türk Dünyasının Böyük Öndəri və dünya azərbaycanlılarının səcdə yeri, Heydər Əliyev strategiyası və reallıq, milli mənafenin qorunmasında orijinal inkişaf modeli və Azərbaycan dünya inteqrasiyasında, qlobal maliyyə-iqtisadi böhran və Azərbaycan modeli, təhsilimizə dövlət qayğısı, Azərbaycan qadınları və insan münasibətləri və s. kimi məsələləri açıqlamış və bu mövzularla çıxış etmişdir. Aysəba xanım Şəmsi qızı Əlizadə 1941-ci il martın 29-da Borçalının təbii gözəlliklər məskəni olan Lecbədin kəndində bəy nəsilli ziyalı ailəsində anadan olmuşdur. Atası Şəmsi Əlizadə Borçalının yaradıcı ziyalılarından idi. O, barmaqla göstərilən ilk ali təhsilli maarif xadimlərindən biri idi. Dərin zəkaya, tükənməz enerjiyə, universal biliyə, güclü rəhbərlik və təşkilatçılıq qabiliyyətinə malik şəxs idi. Anası Həcər xanım da təhsilli, savadlı, elmə maarifə yüksək qiymət verən, dövrünün açıq fikirli qadını idi. Aysəba xanım, qardaş və bacıları belə bir maarifpərvər mühitdə böyümüş və tərbiyə almışlar. Ulu Borçalıda bu xoşbəxt ocağın şöləsi, deyilənə görə, ətrafa həmişə şəfəq saçırmış. Həmin ocağın övladı - Stalin adına Tiflis Türk Pedaqoji İnstitutunun filologiya və Bakıda APİ-nin ədəbiyyat-tarix fakültələrində təhsil almış Şəmsi Əlizadə doğma el-obasının bir çox kəndlərinə - Lecbədinə, Qaş Muğanlıya, Baydara, Kürdlərə, Qaçağana, Ağməmmədliyə, Kösalıya gənc yaşlarından elm, təhsil ziyası apararmış. Bu qədim-qayım ocağın davamçısı Şəmsi Əlizadə ocağının üfüqlərində "Yeddiqardaş" ulduzu zülmət gecələrə nur saçarmış. Şəmsi Əlizadənin başının üstündə parlayan bəxt-tale ulduzu onu müşayiət edə-edə Qazax seminariyasına gətirir. O, bu seminariyada böyük maarif xadimlərindən Firudin bəy Köçərlidən, Mirzə Mehdi Vəlizadədən dərs alır, elmin bütün incəliklərini öyrənir. Seminariya həyatı onun üçün çox uğurlu olmuşdur. Belə ki, o, burada Səməd Vurğun ilə, Mehdixan Vəkilovla, Osman Sarıvəlli ilə, Mir Qasımla, Məhəd Abbasovla, Cavad Bağırovla, Əlyar Qarabağlı və başqaları ilə bir məktəbdə oxumuş, yoldaşlıq və dostluq etmişdir. Eyni zamanda, Şəmsi müəllim Qazax şeir məclislərində fəal iştirak etmiş, poeziya aləminə öz kövrək addımlarını oradan başlamışdır. Həmin parlaq bəxt ulduzu ali məktəbdə təhsil aldığı illərdə də Azərbaycanın tanınmış alimlərindən - Əkrəm Cəfərdən, Ə.Dəmirçizadədən, Mir Cəlaldan, Feyzulla Qasımzadədən, Ziya Əfəndiyevdən və başqalarından təhsil, bilik almaq xoşbəxtliyini ona nəsib etmişdir. 1920-1930-cu illərdə dünyavi məktəblərdə dərs demək üçün mükəmməl təhsil görmüş müəllimlərə böyük ehtiyac var idi. Şəmsi Əlizadə kimi gənc müəllimləri Borçalının bütün bölgələrində böyük hörmət və ehtiramla qarşılayırdılar. Tale-bəxt ulduzu bu gəncin sevən ürəyini tarixdə izi olan adlı-sanlı bir ocağın təhsil görmüş qızı ilə - Həcər xanımla birləşdirdi. Xoşbəxt illər bir-birini əvəz etdikcə beş övlad həmin ocaqda qol-qanad açdı, boya-başa çatdı. Bu övladların ilk müəllimləri Şəmsi Əlizadə və Həcər xanım oldu. Bir oğul, dörd qız xoşbəxt, ata-ana nəvazişi ilə böyüyürdülər. Hamının rahat, xoşbəxt yaşadığı illərdə bir göz qırpımında yerlə-göyü birləşdirən, ölüm saçan qasırğa-tufan qopdu Avropada. Günahsız insan qanı axar çaylar kimi axmağa başladı. Avropada əsən bu zəhərli külək dünyanın bir çox ölkələrinə də yayıldı. Milyonlarla ailələr, ocaqlar faciələrlə üzləşdi. Hitler taun xəstəliyindən də qorxulu mərəzə çevrilmişdi, insan qanı içməkdən doymaq bilmirdi. Bütün kişilər, 15-16 yaşlı gənclər müharibəyə getdi, el-oba kişisiz, ailələr atasız qaldı. Atasız qalan ailələrdən biri də Şəmsi Əlizadənin ailəsi idi. O zamanlar müəllimləri aparmasalar da, Şəmsi müəllim könüllü olaraq müharibəyə getdi. Qafqaz sıra dağlarının yalçın qayalarından başlamış Avropa ölkələrinə qədər vuruşan Şəmsi qəhrəmancasına həlak oldu. Onun bəxt-tale ulduzu çox erkən söndü. Qəddar zəmanə Həcər xanımı evin həm kişisi, həm də qadını olmağa məcbur etdi. Həcər xanımın qəlbinin tac damarında, gözünün nurunda, fikir və düşüncə dünyasında böyük bir arzu hakim idi: övladlarını Şəmsinin arzuladığı kimi yüksək təhsil almış, elmin zirvəsinə yüksəlmiş əsl azərbaycanlı kimi tərbiyə edib, bir şəxsiyyət kimi formalaşdırmaqdan ibarət idi. Onların bəxt ulduzu elə gətirdi ki, Şəmsi müəllimin övladlarının ibtidai məktəbi Lecbədində qurtardıqdan sonra Qaş Muğanlıda orta məktəbi bitirməli idilər. Mənim direktor, dayım Muxtar Hacıyevin rus-dili müəllimi işlədiyi illərdə Şəmsi müəllimin oğlu Xalid və qızları təhsil aldılar. Biz onlara atalıq qayğısı göstərdik. Çünki vaxtı ilə Şəmsi müəllim hər ikimizin ədəbiyyat müəllimimiz olmuşdur. Biz onun böyük zəhmətini qaytarmaq arzusunda idik. Ustadımızın bizə çəkdiyi böyük zəhməti övladlarına qaytarmaq xoşbəxtliyini tale bizə qismət etdi.Arxaya baxarkən silinməz xatirə kimi bu ailənin üzvləri - kişi qeyrətli Həcər xanım başda olmaqla Yasəmən, Pompul, Xalid, Nadejda və Aysəba göz önündən keçir. Ailənin böyük qızları - Yasəmənlə Pompul bacıları özlərinə erkən ailə qurmuş və başları ailələrinə qarışmışdı. Şəmsi müəllimin oğlu Xalid birinci sinifdən başlamış aspiranturaya qədər bütün təhsil ocaqlarını əla qiymətlə bitirmişdir. O, həm elmi, həm siyasi, həm təşkilatçılıq və həm də rəhbərlik etmək baxımından tam hazır elmi-siyasi rəhbər işçi idi. O, bir çox dillərdə elmi əsərlər yazırdı. Alim adı almaq məqamının çatdığı anlarda böyük talant və istedad sahibinin parlaq ulduzunu söndürdülər?! Şəmsi Əlizadənin yaratdığı ocağın gur işığı sozalmağa başladı. Şəmsi kimi, Xalid kimi böyük şəxsiyyətlər itirəndən sonra ailənin, nəslin, qohumların, dostların son ümüd yeri ancaq Nadejda və Aysəba xanım Əlizadələr oldu.Şəmsi müəllimin dördüncü uşağı - Nadejda xanım öz sahəsinin bir mütəxəssisi və rəhbər işçisi kimi ailəsinin adına layiq fəaliyyət göstərmiş, dəfələrlə "Sosializm yarışı qalibi" döş nişanı, "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir, sabiq SSRİ-nin müxtəlif şəhərlərində, respublikamızda keçirilən tədbirlərdə iştirak etmiş və mükafatlara layiq görülmüşdür. Ötən günlərə nəzər saldıqda Şəmsi müəllimin kiçik qızı Aysəba xanımın yüksək mədəniyyət və bilik sahibi olduğunu və onun bir alim kimi yazıb-yaratmaq həvəsini görəndə Şəmsi müəllimin qeyri-adi qabiliyyətə malik əlamətlərini xatırlamalı oluram. Aysəba xanım 1948-ci ildə öz doğma kəndlərində Ə.Qarabağlının təşkil etdiyi ibtidai məktəbə getmiş, 1958-ci ildə isə Böyük Muğanlı orta məktəbini əla qiymətlərlə bitirmişdir. O, bacarıqlı təşkilatçı, drujina sovetinin sədri, məktəb-şagird təşkilatının başçısı kimi məktəbin ictimai-siyasi, ədəbi-bədii tədbirlərin təşkilatçılarından bir idi. Dəfələrlə Gürcüstan Maarif Nazirliyinin tərifnamələri ilə təltif edilmişdir. Onun bütün fənləri yüksək səviyyədə bilməsinə baxmayaraq ədəbiyyata xüsusi marağı var idi. Gözəl bədii qiraətə, şeir demə qabiliyyətinə, səlis, aydın nitqə malik idi. Rus-dili fənnini də yaxşı bilirdi. Çünki rus-dilini məktəbin savadlı, işgüzar, tələbkar müəllimi Muxtar Hacıyev tədris edirdi.Əlizadə Aysəba orta məktəbi bitirəndən sonra Bakıda təhsil alan bacı-qardaşının yanına gəlir. Sənədlərini universitetin filologiya fakültəsinə verir. O zamanlar həmin fakültəyə 2-illik iş stajı və ya ən yüksək bal (24-25 bal) tələb olunurdu. İki il istehsalatda işlədikdən sonra ADU-nun iqtisad fakültəsinə daxil olur. Universitetdə oxuduğu müddətdə şəkilləri şərəf lövhəsini bəzəyir. Dəfələrlə universitetin komsomol və həmkarlar təşkilatlarının tərifnamələrini almışdır. Universiteti bitirdikdən sonra öz ixtisası üzrə əmək fəaliyyətinə başlayır və 1966-cı ilin noyabrında bir qrupda oxumuş, Qara Təhlədən olan Əsəd Mirzəyevlə ailə qurublar. Zəngin kitabxana və kübar ailə tərbiyəsi görmüş bu qızcığazı təhsilini davam etdirmək fikri rahat buraxmırdı. Odur ki, yeni həyat qurmuş hər iki gənc 1967-ci ildə Moskva İqtisadiyyat-Statistika İnstitutunun məqsədli aspiranturasına daxil olurlar. Lakin Aysəba xanım ailə həyatı ilə əlaqədar olaraq Əsəd Mirzəyevin kənddə yaşayan qoca ata-anasının yanında qalmalı olur. O, 1969-cu ildən Gürcüstan SSR-nin Qardabani (Qarayazı) rayonunda pedaqoji fəaliyyətə başlayır. Ərköyün böyümüş, ağır zəhmət görməmiş gənc qadın sanki həyatın burulğanında fırlanaraq, həyatla daim mübarizə aparmalı olur. Hər gün 4-5 km məsafə qət etməklə qonşu kənddə, axşamlar isə Qara Təhlə kənd orta məktəbində dərs deməli olur. O, tədris etdiyi tarix-coğrafiya fənləri üzrə divar qəzeti, bülleten buraxır, albomlar hazırlayır, sual-cavab günləri keçirir, fənn dərnəkləri təşkil edir və bununla da şagirdlərdə böyük bir canlanma yaradır.Həyat yoldaşı Əsəd Mirzəyev Moskvada 3 illik aspirantura dövrünü başa vurduqdan sonra müdafiə edib, Bakıya qayıdır. Aysəba xanım bir il də Əsəd müəllimsiz kənddə yaşayır və təhsilini davam etdirmək üçün Bakıya köçür. 1972-ci ilin iyun ayından D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Ticarətin iqtisadiyyatı" kafedrasına işə düzəlir və təhsilini davam etdirmək məqsədilə minimumları verərək 1974-1977-ci illər ərzində həmin kafedranın əyani aspirantı olur. Vaxtından 6 ay əvvəl dissertasiya işini müzakirəyə təhvil verir. Lakin subyektiv səbəblərdən Az.XTİ-nin Müdafiə Şurası ləğv edilir. Buna baxmayaraq Aysəba xanım 1981-ci ildə Ukrayna SSR-in Kiyev şəhərində müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edir və iqtisad elmləri namizədi elmi dərəcəsi adını alır.1982-ci ildən etibarən müxtəlif kafedralarda müəllim, baş müəllim və dosent vəzifələrində çalışır və bu ali məktəb ocağının ictimai fəaliyyətində yaxından iştirak edir. N.A.Voznesenski adına LMİİBF-də fakültə Tələbə Elmi Cəmiyyətinin sədri, 2004-2005 və 2005-2006-cı tədris illərində "Kommersiya" fakültəsində dekan müavini vəzifəsini daşıyır. Tələbələrin elmi konfranslara, tələbə elmi cəmiyyətinə cəlb edilməsinə çalışır və onların ideya-tərbiyə işlərində fəal iştirak edir. İşlədiyi müddətdə tədrislə yanaşı elmi-metodiki işləri də yerinə yetirir. Belə ki, o, respublikada ilk dəfə olaraq bakalavr təhsil pilləsi sistemi üçün "Reklam təsərrüfatının iqtisadiyyatı", magistratura dinləyiciləri üçün isə "Bazar iqtisadiyyatının mühüm cəhətləri" fənləri üzrə Azərbaycan və rus dillərində proqram hazırlayır. Hazırda o, 16 proqramın, 2 cildlik dərsliyin, 6 dərs vəsaitinin və 100-dən çox elmi əsərin müəllifi və həmmüəllifidir. Bütün bunlarla yanaşı o, bir çox bədii ədəbiyyatın redaktoru olmuş, onlara ön söz əvəzi yazmış, xeyli sayda şeirlərin, oçerklərin və hekayələrin müəllifidir. Aysəba xanım ictimai-siyasi işlərdə də fəal olmu?dur. O, YAP ADİU-nun idarə heyətinin, ADİU-nun və Kommersiya Fakültəsinin Azad Həmkarlar Təşkilatının idarə heyətinin, Kommersiya Fakültəsinin Elmi Şurasının, YAP Nəsimi və YAP Binəqədi rayonları üzrə "Qadınlar Cəmiyyəti"nin idarə heyətinin, habelə Azərbaycan Jurnalistlər Birliyinin və bir sıra ictimai cəmiyyətin üzvüdür. YAP Azərbaycan Qadınlarının II və III, Azərbaycan Jurnalistlər Birliyinin V qurultaylarının iştirakçısı olmuş və mütəmadi olaraq efir və mətbuat vasitəsi ilə elmi-siyasi çıxışlar etmişdir. Yuxarıda saydığımız və saya bilmədiklərimiz işlərin öhdəsindən gəlmək, təbii ki, insanda böyük fədəkarlıq tələb edir. Məhz bunun nəticəsidir ki, Aysəba xanım haqqında bir sıra mənbələrdə yazılar getmişdir: "XX əsr Azərbaycan qadınları" (Ensiklopedik toplu, 2001); "Borçalı alimləri" ("Azərbaycan Milli Ensiklopediyası", Bakı, "Borçalı" nəşriyyatı, 2001); "Vektor" Beynəlxalq Elm Mərkəzinin "Azərbaycanın tanınmış xanımları" (Bakı, "Adiloğlu", 2002); "XX-XXI əsr Borçalının ziyalı və yaradıcı xanımları" ("Adiloğlu" Bakı, 2008); Yusif Yusiflinin "Ömrün narahat anları" ("Səda", 2000) və "Sönməz ocaq" ("Borçalı", 2010); Pərviz Axundbəylinin "Şuşa həsrəti" (Bakı, 2003) kitablarında və s. mənbələrdə Aysəba xanımı "Azərbaycan qadınının simvolu", "Fədəkar qadın", "Ağacın budaqları kökündən qidalanır", "Elimizin ziyası sönməzdir" və s. kimi başlıqlarla onun fədəkarlığından, fəaliyyətindən yazmışlar. Əbəs yerə deməyiblər - ağacın budaqları kökündən qidalanır. Aysəba xanımda bu qədər güc və fədəkarlıq təbii ki, ata və ana tərəflərin hər ikisinin - görkəmli və adlı-sanlı ağa-bəy nəsilli ziyalısı olan Şəmsi müəllim və Həcər xanımın ülvi məhəbbətindən və saflığından yoğrulmuşdur. Həqiqətən, bizim azəri qadınlarımız öz sədaqəti, mərdliyi, mehribanlığı, gözəlliyi və xanım-xatınlığı ilə başqa millətlərin qadınlarından fərqlənirlər. Bizim qadınlarımız qayğıkeş ana, vəfalı həyat yoldaşı, mehriban nənə olmaqla yanaşı, həm də ictimai həyatda özünə layiqli yer tutmaqla cəmiyyətin inkişafında fəal iştirak edirlər. Məhz bu xüsusiyyətləri özündə cəmləşdirən Aysəba xanım Respublikada elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinə görə dövlət və bir çox qeyri-hökumət təşkilatlarının medal və diplomlarına layiq görülmüşdür. 28.06.2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı medalı ilə təltif olunmuşdur. O cümlədən, "Qadın dünyası" xatirə medalının, "Qızıl saz" diplomunun, "Vektor" Elm Mərkəzinin XXI əsr "Azərbaycanın tanınmış xanımları" layihəsinin qalibi kimi Beynəlxalq diplomun, Azərbaycan Respublikasının "Simurq" Milli Mükafat Fondunun "2004-cü il baharın uğur çələngi" müsabiqəsi laureatının ali dərəcəli "Azərbaycan qadını simvolu" diplomunun, "Xan qızı Natəvan", "Nəsrəddin Tusi" adına diplomların, "Mətbuatın dostu", "Qızıl Qələm" mükafatlarının laureatıdır. Bir neçə dəfə “İlin ən yaxşı müəllimi” mükafatına layiq görülmüşdür.Aysəba xanım hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin "Ticarət" kafedrasının və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "İqtisadiyyatın dövlət tənzimlənməsi" kafedrasının dosenti vəzifəsində çalışır.Genetik qanunların hökmünə, gücünə, qüvvəsinə böyük inam var idi bizdə. Sara Xatun qeyrətli Aysəba xanım Əlizadə "Yeddiqardaş" bəxt ulduzunu sönməyə qoymadı. O, qələmə sarıldı, elmə yeniliklər gətirdi, monoqrafiyalar, dərsliklər, proqramlar yazdı. Alimlər, tələbələr tərəfindən sevildi, seçildi, tanındı, şöhrətləndi, barmaqla göstərildi. Tanınmış alim oldu, təkcə alimmi?! Həyat yoldaşı Əsəd Mirzəyevin qulluğunda durdu. Üç oğul böyüdüb, tərbiyə etdilər. İtirdiyimiz Xalidin yolunu davam etdirməyə, Şəmsi Əlizadənin ad-sanını nəvə çiynində göylərə qaldırmağa üç Azəri oğlu bəxş etdi xalqımıza!..İndi Şəmsi Əlizadə ocağının üstündə, üfüqdə bərq vuran "Yeddiqardaş" kəhkaşanının ziyası, onun gur işığı əvvəlki illərə - Şəmsili, Xalidli illərə apardı bizi! Bu ocağın Şəmsili tale-bəxt ulduzu yüz ildən artıqdır böyük bir dövrü arxada qoyub, ikinci yüz ilə qədəm açıb. Qədəmlərin mübarək ikinci yüz il!.. Amin!...Yusif YUSİFLİ,Borçalı. «ŞƏRQİN SƏSİ» qəzeti,, Avqust, 2011ZİYALILIQ ƏSL-NƏCABƏTDƏNTƏbrik edirik!Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Yubileyi münasibətilə Aysəba xanım Əlizadə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Aysəba xanımı ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!“Şərqin səsi”.Ziyalı! Qürurla səslənən bu məfhumun dərin hikməti var. Ziyalı dedikdə ən yüksək intellektə malik kamil insan obrazı gözlərimiz önündə janlanır. Ziyalı - qüdrətli zəhmət bahadırı, onun keçdiyi ömür yolu isə - əsl əmək himnidir.Geni, mühiti, tərbiyəsi, şəxsi iradəsi saf və güjlü olan ziyalı bütövlükdə əsl şəxsiyyətdir. Şəxsiyyət bütövlüyünün ali zirvəsinə ujalan ziyalı mənən, ruhən və jismən sağlam insanların nəslidir. Xalqının xoş, firavan həyatı, işıqlı gələjəyi naminə əzmlə çalışan Azərbayjan Dövlət İqtisad Universitetinin "Tijarət" kafedrasının və Azərbayjan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "İqtisadiyyatın dövlət tənzimlənməsi" kafedrasının dosenti, iqtisad elmləri namizədi Aysəba Şəmsi qızı Əlizadə belə nəslin davamçılarındandır. Müstəqil Azərbayjanımıza xidmətləri ilə töhfə verən jəfakeş, yaradıjı insan, qayğıkeş, ləyaqətli ana, ziyalı qadın Aysəba xanım Əlizadə 1941-ji il mart ayının 29-da qədim Borçalı mahalında - indiki Gürjüstanın Marneuli rayonunun Lejbədin kəndində bəy nəsilli ziyalı ailəsində anadan olub. Evin kiçik qızı olan Aysəba Əlizadə maarifpərvər mühitdə böyüyüb və tərbiyə alıb. O, Ə.Qarabağlının təşkil etdiyi ibtidai məktəbə gedib, 1958-ji ildə isə Böyük Muğanlı orta məktəbini əla qiymətlərlə başa vuraraq ali təhsil almaq məqsədi ilə Bakıya gəlib. Məktəbdə oxuduğu illərdə ədəbiyyata daha böyük maraq göstərib. Bajarıqlı təşkilatçı, drucina sovetinin sədri, məktəb-şagird təşkilatının başçısı kimi məktəbin ijtimai-siyasi, ədəbi-bədii tədbirlərin təşkilatçılarından biri olub. İki il istehsalatda çalışıb iş stacı topladıqdan sonra indiki Azərbayjan Dövlət Universitetinin iqtisad fakültəsinə daxil olub. Təhsil illərində başqa tələbələrdən əlaçı olduğuna və universitetin ijtimai işlərində fəallığına görə fərqlənib. Dəfələrlə komsomol və həmkarlar təşkilatlarının tərifnamələrinə layiq görülüb. Şəkilləri şərəf lövhəsini bəzəyib. Ali məktəbi bitirdikdən sonra ixtisası üzrə əmək fəaliyyətinə başlayıb. Tələbəlik illərindən sevib-sevilib. 1966-jı ildə qrup yoldaşı Əsəd Mirzəyevlə ailə qurub. Kübar ailədə tərbiyə alan, böyüyüb boya-başa çatan, zəngin kitabxana görən Aysəba xanımın daim oxumaq, biliyini, təhsilini artırmaq həvəsi onu 1967-ji ildə həyat yoldaşı Əsəd Mirzəyevlə birgə Moskva İqtisadiyyat-Statistika İnstitutuna gətirib. Hər ikisi institutun məqsədli aspiranturasına daxil olub. Lakin ailə vəziyyəti ilə əlaqədar olaraq Qara Təhlədə yaşayan qoja qayınana və qayınata yanına qalıtmalı olub. 1969-ju ildən Gürjüstanın Qardabani (Qarayazı) rayonunda pedaqoci fəaliyyətə başlayıb. Hər gün 4-5 km məsafə qət edərək qonşu kənddə, axşamlar isə Qara Təhlə kənd orta məktəbində tarix-joğrafiya fənlərini tədris edib. Dərs dediyi fənlər üzrə divar qəzeti, bülleten, albomlar hazırlamaqla, sual-javab günləri keçirməklə, fənn dərnəkləri təşkil etməklə bütün şagirdlərdə təhsilə, elmə maraq oyadaraq böyük bir janlanma yaradıb. Soykökünə arxalanıb keçmişini unutmayan, mənəviyyatımızın yüksəlişinə çalışan müəllim gənj nəslin təlim-tərbiyəsinə özünü həsr etməklə zirvələrə çatdırmaq istədiyi gənjlərin gələjək həyat yollarına nur-işıq səpib.Həyat yoldaşı Əsəd Mirzəyev Moskvada 3 illik aspirantura dövrünü başa vurduqdan və elmi işini uğurla müdafiə etdikdən sonra Bakıya qayıdıb. Kənddə yaşayan Aysəba xanım da bir ildən sonra təhsilini davam etdirmək üçün Bakıya köçüb. 1972-ji ilin iyun ayından D.Bünyadzadə adına Azərbayjan Xalq Təsərrüfatı İnstitutunun "Tijarətin iqtisadiyyatı" kafedrasına işə düzəlib və təhsilini davam etdirmək məqsədilə minimumları verərək 1974-1977-ji illərdə həmin kafedranın əyani aspirantı olub. Dissertasiya işini vaxtından 6 ay əvvəl müzakirəyə təhvil verib. Lakin Azərbayjan Xalq Təsərrüfatı İnstitutunun Müdafiə Şurası subyektiv səbəblərdən ləğv edilib. 1981-ji ildə Ukraynanın Kiyev şəhərində müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edib və iqtisad elmləri namizədi elmi dərəjəsi adını alıb. 1982-ji ildən müxtəlif kafedralarda müəllim, baş müəllim və dosent vəzifələrində çalışır. İjtimai işlərdə yaxından iştirak edir. N.A.Voznesenski adına LMİİBF-də fakültə Tələbə Elmi Jəmiyyətinin sədri, 2004-2005 və 2005-2006-jı tədris illərində "Kommersiya" fakültəsində dekan müavini vəzifəsini daşıyıb. Tələbələrin elmi konfranslara, tələbə elmi jəmiyyətinə jəlb edilməsinə çalışır və onların ideya tərbiyə işlərində fəal iştirak edir. İşlədiyi müddətdə tədrislə yanaşı elmi-metodiki işləri də yerinə yetirir. Belə ki, o respublikada ilk dəfə olaraq bakalavr təhsil pilləsi sistemi üçün "Reklam təsərrüfatının iqtisadiyyatı", magistratura dinləyijiləri üçün isə "Bazar iqtisadiyyatının mühüm jəhətləri" fənləri üzrə Azərbayjan və rus dillərində proqram hazırlayıb. Hazırda 16 proqramın, 2 jildlik dərsliyin, 6 dərs vəsaitinin və 100-dən çox elmi əsərin müəllifi və həmmüəllifidir. Poeziya vurğunudur. Yazdığı şeirləri, hekayələri, oçerkləri oxujular tərəfindən sevilə-sevilə oxunur. Bir çox bədii ədəbiyyatın redaktoru kimi onlara ön söz əvəzi də yazıbdır. Çalışdığı ali məktəbin ijtimai-siyasi işlərindəki fəallığı ilə təşkilatçılıq bajarığını üzə çıxarmaqla nümunəvi təhsil işçisi kimi həmişə seçilir. Yeni Azərbayjan Partiyasının Nəsimi və Binəqədi rayonları üzrə Qadınlar Jəmiyyəti İdarə Heyətinin üzvüdür. Qadınlarımızın ölkəmizin hər sahəsində gedən qurujuluq işlərində, müstəqilliyimizin əbədiliyinin qorunmasında, inkişafında, elmi tərəqqidə fəal olmaları istiqamətində məqsədyönlü iş aparır. Qadınlarımızın jəmiyyətdə yüksək mövqe tutmasına və ijtimai-siyasi fəaliyyətlərinin genişlənməsinə çalışır. Aysəba xanım kimi qabaqjıl qadınların sayəsində çox qadınlar YAP-ın üzvü olmaqla jəmiyyətdə ön sıralarda gedir, respublikanın siyasi-iqtisadi məsələlərinin həllində yaxından və bilavasitə iştirak edir, sülhün qorunmasında və əmin-amanlığın yaradılmasında təşəbbüs göstərirlər. Daim elmi axtarışlarını davam etdirən, yeniliklərə jan atan, elmi xidmətləri ilə Vətən qarşısında övlad borjunu yerinə yetirən Aysəba Əlizadə elm sahəsində tanındığı qədər ijtimai-siyasi işlərdə də fəallığına görə xüsusi mövqe tutur, sayılıb-seçilir. Azərbayjan Qadınlarının II və III, Azərbayjan Curnalistlər Birliyinin V Qurultayının nümayəndəsi və iştirakçısı olub. Efirdə və mətbuatda elmi-siyasi çıxışlarını davam etdirir. Azərbaycan qadınının hər sahədə yüksək ad qazanması, zirvədə tanınması bütövlükdə Azərbayjan xalqının adına şərəf gətirir. Elmi-pedaqoci və ijtimai-siyasi fəaliyyətinə görə dövlət və bir çox qeyri-hökumət təşkilatlarının medal və diplomları ilə təltif edilən bu ziyalı xanımın əməyi yüksək dəyərləndirilir. 2006-jı ildə Azərbayjan Respublikası Təhsil Nazirliyinin "Qabaqjıl təhsil işçisi" döş nişanına, dəfələrlə "İlin ən yaxşı müəllimi" adına layiq görülməsi gejə-gündüz yorulmadan çalışmağının, elmi fəaliyyətinin bəhrəsidir. Dərin düşünjəsi, iradəsi, mərdliyi, fədakarlığı ilə jəmiyyətin inkişafında, ijtimai-siyasi hadisələrin gedişində mühüm rol oynayan qadınlarımız sırasında Aysəba Əlizadənin əməyi təqdirəlayiqdir. Elinə-obasına bağlılığı, mehribanlığı, səmimiyyəti, sadəliyi və mübarizliyi onu tanıyanların hər birinə sevdirib. Dövlətimizin təhsilin inkişafına yönəltdiyi diqqət və qayğını dəstəkləyən ziyalı xanımın iqtisadiyyatımızın yüksək zirvəsini fəth edəjəyinə, xalqımızın daha azad, firavan yaşayajağına, işğal olunmuş torpaqlarımızın yağı düşmən tapdağından azad olunajağına inamı çoxdur. Bu inam dünya azərbayjanlılarının qüruru, fəxri ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin daxili və xariji siyasətinin düzgün qurulmasından, aparılmasından yaranır.İndiyədək bir sıra mənbələrdə gedən yazılarda Aysəba xanımın insaniyyətliyindən, kübarlığından, məziyyətlərindən, əsilzadəliyindən, əsl-nəjabətini tanıtdıran ziyalılığından geniş söz açılır. Elm sahəsində çalışan qadınlarımız önjə azəri qadının timsalında ziyalılıq təjəssüm etdirir, elmin nailiyyətlərində xidmətləri ilə tanınırlar. Ulu Tanrının Azərbayjan qadınından əsirgəmədiyi gözəlliyi, xanım-xatınlığı qorumaq, ona layiq olmaq hər qadına nəsib olmur. Uşaq vaxtlarından qayğıları çox olan, odlu-alovlu Böyük Vətən müharibəsində atasını itirən, lakin adlı-sanlı bir ojağın təhsil görmüş qızı Həjər ananın isti həm ata, həm də ana nəfəsi ilə çətinliklərdən qurtulan, təhsilə, elmə olan böyük marağı, nümunəvi davranışı, iti ağlı, zəkası, gərgin əməyi ilə arzularına, istəklərinə çatan, zəhməti ilə ujalan Aysəba Əlizadə əsl ziyalı qadınlarımızdandır. Əsl-nəjabətdən gələn bu ziyalılıq həmişə hər yerdə özünü büruzə verir. Atası Şəmsi Əlizadə Borçalıda ilk ali təhsilli maarif xadimlərindən biri kimi tanınıb. Şəmsi Əlizadə Stalin adına Tiflis Türk Pedaqoci İnstitutunun filologiya və Bakıda Azərbayjan Pedaqoci İnstitutunun ədəbiyyat-tarix fakültələrində təhsil alıb. Gənj yaşlarından Borçalının Lejbədin, Qaş Muğanlı, Baydar, Kürdlər, Qaçağan, Ağməmmədli, Kösalı kəndlərində əhalinin təhsil alması, maariflənməsi sahəsində yorulmadan çalışıb, çoxlarının gələjək həyat yollarına ziyası ilə nur saçıb, savadlı şəxslər yetişdirib. Qazax seminariyasında təhsilini davam etdirdiyi illərdə Firudin bəy Köçərlidən, Mirzə Mehdi Vəlizadədən elmin injəliklərini öyrənib. Ali məktəbdə oxuduğu illərdə isə Əkrəm Jəfərdən, Ə.Dəmirçizadədən, Mir Jəlaldan, Feyzulla Qasımzadədən, Ziya Əfəndiyevdən və başqa tanınmış alimlərdən dərs alıb. Dövrünün görkəmli şəxslərindən biri kimi tanınan Şəmsi Əlizadə inamından, dinindən uzaq durmayan ziyalı simasında yetişən yeni nəsillərin yaddaşında bu gün də yaşayır. Elm fədaisi Aysəba xanımın jəmiyyətə bəxş etdiyi layiqli üç oğul övladının həyat yollarına Şəmsi Əlizadə ojağının sönməz gur alovu öz şöləsini saçır. Gələn davamçıların da başı üstündən əskik olmayajaq bu şölə daha geniş üfüqlərdə parlayajaq və sönməz ulduzlara çevriləjək.Aysəba xanım Vətənini, Millətini, Elini-obasını sevən, sözün əsl mənasında ziyalı və müdrik insandır. Onun müdrikliyi işgüzarlığında, zəka aydınlığında, mükəmməl təhsilində, fiziki sağlamlığında, alijənablığında, vətənpərvərliyində və bəşəriliyindədir. Ziyalılığı əsl-nəjabətindən gələn, üzündən nur, gözlərindən parlaq gələjəyə böyük əminlik yağan, qəlbi gənjlərimizi elmin zirvələrində görmək arzusu ilə çırpınan Aysəba Əlizadənin zəngin elmi-pedaqoci fəaliyyətindən, əməyindən faydalananlar onunla fəxr edirlər. Mənalı, şərəfli ziyalı ömrü yaşayan xanımın ağaran saçlarının hər dənində keçdiyi həyat yolundan, sinə gərdiyi çətinliklərdən, üzüağ çıxdığı sınaqlardan, bağlandığı və ujaldığı əməyindən nişanələr var. Ziyalı ordusunun davamçılarını yetişdirən, qlobal iqtisadiyyatda qadın əməyini dəyərləndirən, ibrətamiz həyat yolu gənjlərə örnək olan, elmin tərəqqisində payı olan gözəl insan, ziyalılığı sözün əsl mənasında, əsl-nəjabətdən gələn Aysəba xanıma elmi nailiyyətlərində uğurlar diləyirik!Müşfiq BORÇALI,Rəna İMANOVA. «ŞƏRQİN SƏSİ» qəzeti, Oktyabr, 2011. BÖYÜK MƏHƏBBƏTLƏ SEVİLƏN İNSANMüsahibimiz Azərbaycan Dövlət İqtisad Universitetinin "Ticarət" kafedrasının dosenti, иqtisad еlmləri namizədi, "Kommersiya" fakultəsinin dekan müavini, охucularımız tərəfindən isə şair-publisist kimi tanınan Aysəba Şəmsi qızı Əlizadədir...O, Gürcüstanın qədim və zəngin tarixə malik Borçalı mahalının (Marneuli rayonu) Lejbədin kəndində dünyaya gəlib. Borçalı özünün qaynar həyatı, sazı, sözü, qara zurnası, xanəndələri, müğənniləri, yaradıcı-saz çalıb söz deyən aşıqları, tanınmış şairləri, yazıçıları, alimləri, ədibləri, incəsənət xadimləri, ağsaqqalları, adət-ənənələri, adlı-sanlı igidləri, bol nemətli torpaqları, mənzərəli yaylaqları, buz kimi sərin bulaqları, insanlarının qonaqpərvərliyi ilə şöhrət tapmışdır...Aysəba Əlizadə 1958-ci ildə Böyük Muğanlı kənd orta məktəbini müvəffəqiyyətlə başa vurub və Gürcüstan Maarif Nazirliyinin fəxri tərifnaməsi ilə təltif edilmişdir. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin "İqtisad" fakultəsinə daxil olub, 1966-cı ildə bitirmişdir. 1968-ci ildən pedaqoji fəaliyyətə başlayıb. 1974-1977-ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun əyani aspirantı olmuş, 1981-ci ildə Kiyev şəhərində namizədlik dissertasiyası müdafiə etmiş və İqtisad Elmləri Namizədi adını almışdır. Həmin ildən "Ticarətin təşkili" və "Ticarətin iqtisadiyyatı" kafedrasında müəllim, baş müəllim, 1993-cü ildən isə "Marketinq və ticarət" kafedrasının dosentidir. Bu illər ərzində Aysəba müəllimə, "Ticarətin iqtisadiyyatı", "Ticarətin təşkili", "Ticarətin idarə edilməsi" və s fənnləri azərbaycan və rus dillərində tədris etmişdir. Alim müxtəlif ixtisaslar üzrə 8 proqramın, 2 cildlik dərsliyin, 5 dərs vəsaitinin, 1 yaddaş kitabçasının, 60-a yaxın elmi əsərin müəllifi və həmmüəllifi olmuşdur. Yüzlərlə diplom və buraxılış işlərinin, magistr dissertasiyalarının rəhbəri və namizədlik dissertasiyalarının opponenti olub.Bu gün биз Aysəba müəllimənin yazıb-yaratmasını yaxşı mənadə qibtə ilə seyr edir, onun səsindən, nitq qabiliyyətindən, insanlara münasibətindən, davranış tərzindən, müdrikliyindən heç kəsdə tapa bilmədiyim, özünəməxsus, incə eyhamından, yumşaq tənqidindən çox şeylər öyrənirик.Bəli, Böyük məhəbbətlə sevilən insan...Böyük məhəbbətin ardınca yazmağa əlavə söz tapmaqda bir qədər çətinlik çəkirəm. Yalnız bunları yazıram.- "Böyük məhəbbətlə sevilənlərin ən böyük arzularına da çatmaqları mümkündür"...Düşünürüк ki, müsahibimизə ünvanladığımыз suallar oxucularımız üçün maraqlı olacaqdır. Cavablar isə daha maraqlıdır, düşündürücüdür. - Aysəba xanım, tanıdığımıza görə, atanız Şəmsi Əlizadə-Gürcüstanın Lejbədin kəndinin bəylərindən biri-Məmmədalılar nəslindən, ananız Həcər xanım isə Əhməd Sultanın nəticəsi olub.- Əsas başlanğıcı siz dediniz... Həqiqətən də atamla,anam tanınmış və də nüfuzlu nəslindəndir. Atam Şəmsi Əlizadə Ərəb-Fars dillərinin mükəmməl bilicisi olmaqla bərabər, Qori seminariyasının Qazax filialının, Stalin adına Tiflis Pedaqoji İnstitutunun və Bakı Pedaqoji İnstitutunun müdavimi olub. Tanınmış ziyalı şəxs kimi onu dövrünün S.Ə.Şirvanisi, Həsən bəy Zərdabisi adlandırırdılar. Anam - Həcər xanım Əlizadə pedaqoji cəhətdən bilikli, təcrübəli, geniş dünyagörüşlü bir qadın idi. Onun anası Ayan xanım Qazax Sancağının (livası) Sultanı olan Hacı Əhməd Sultanın nəvəsi olub. Atası Mədəd ağa Mustafayev isə mötəbər ağa, bəy mücabələrindəndir.Həcər xanımın həm ata, həm ana-hər iki tərəfi o dövrdə Çar Rusiyasına adlı-sanlı generallar bəxş edib.Biz el-obamızda, sayılıb-seçilən, hörmət edilən nəsil və ailə olmuşuq. Bəlkə ona görə bu qədər məğrur və qürurluyuq.- Təhsil sistemində aparılan islahatlarda kafedranızın və müəllimlərin fəaliyyəti barədə nə deyə bilərsiniz? -Təhsil sistemində aparılan islahatlar ilk növbədə müəllimin özündən başlanmalıdır. Müəllimlərin özləri təkmilləşdirilməlidir ki, onlar da müasir tələblərə cavab verən, yüksəkixtisaslı, kamil mütəxəssislərin yetişdirilməsi vəzifəsini layiqincə yerinə yetirə bilsinlər. Tədris sahəsində İslahat Proqramının yerinə yetirilməsində əsas məqsəd, tədris prosesinin düzgün təşkil olunmasına, ictimai, iqtisadi və mədəni həyatın yaxşılaşdırılmasının təmin edilməsinə nail olmağa çalışmaqdır. Çalışmalıyıq ki, tələbələr, bilikli, bacarıqlı, qabiliyyətli, dərrakəli olmaqları ilə yanaşı, həm də əsl vətəndaş kimi yetişsinlər. Vətənpərvər və millətini sevən olsunlar.-İdeal müəllim necə olmalıdır? Bu gün ideal müəllim varmı?-"Müəllim" və "ideal müəllim" ifadələrini fərqləndirmək lazımdır. Müəllim peşəsinə hər kəs yiyələnə bilər. "İdeal müəllim" isə şərəfli bir tituldur. Bu ad o qədər mürəkkəb və çoxcəhətlidir ki, onu mən başı bəmbəyaz qarla örtülmüş, uca bir dağın zirvəsinə bənzədirəm. Belə uca zirvələri isə çox az insanlər fəth edə bilirlər. Sualın ikinci hissəsinin cavabına isə ehtiyac qalmır.- Alimin günü necə başlayır?- Alimin günü düşüncə ilə başlayır, yazmaqla qurtarır.- Həm elm, həm də el adamı olan insanlar xoşbəxtdirlərmi?-Bəli. Məhəmməd (Ə.S) Peyğəmbərin gözəl bir ifadəsi var: "Elm rütbəsindən daha yüksək bir rütbə yoxdur". Elm isə xalqa xidmət edir.- İqtisadçı alim kimi Azərbaycanın gələcəyini necə görürsünüz?- Azərbaycanın geoloji, coğrafi-siyasi vəziyyəti qənaətbəxşdir və iqtisadi potensialı çox güclüdür. Onun dünyaya günəş kimi işıq saçacağına əminəm.- Alim kimi bu günün ədəbi mühitinə münasibətiniz necədir?- Qənaətbəxş deyildir...- Sizə elə gəlirmi ki, oxucu marağı sosial problemlərin içərisində itib. Oxucuların sayı azalıb?- İndiki dövr elektron texnika dövrüdür. Oxucular meylini kitabdan çox kompyuterə yönəldiblər.- Deyirlər ki, yaradıcı insanlar ən səmimi insanlardır. Doğrudurmu?- Doğrudur. Belə insanlar zəhmətsevər, xeyirxah və peşəsinə hörmətlə yanaşan olduğundan, onlar qeyri-səmimi ola bilməzlər. Bahalı daş-qaşlar, qiymətli metallar hər cür mənfi əlamətləri dəf edir.- Sözdən qiymətli cövhər yoxdur... Təssüflər olsun ki, bu gün sözü ucuz etmişik... Sözün gücü qalmayıb ki, dərdlərimizi desin... Söz yalana çevrilməyəndə güclü olar. - Bu ifadələrdə dərin mənalar var... Müdriklərimiz söyləmişlər ki, "Düz söz həmişə qiymətlidir". Şah İsmayıl Xətai sözün düzlüyü ilə yanaşı, onun deyiliş tərzinin də məna kəsb etdiyini bildirmişdir:Söz vardır kəsdirər başı,Söz vardır, kəsər savaşı.Ən böyük romanlardan birinin dərdli surəti olmaq istərdiniz, yoxsa kiçik bir hekayənin xoşbəxt qəhrəmanı?- Mən elə hər dərdli hekayənin, bir qəhrəmanıyam...- Zaman-zaman varlığı həqiqət, yoxluğu yalan olan insanlar çox olub. Biz onları hər zaman layiqincə, yetərincə yada salırıqmı?- Hər bir dövrün görkəmli şəxsiyyətləri olub. Lakin zaman keçdikcə, onlar müxtəlif cür qiymətləndirilir. Amma F.Dostayevski demişkən: "Xalq sevdiyi insanı yaddaşında yaxşı saxlayır"...- Deyirlər gözdən uzaq olanlar, könüldən də uzaq olurlar... Müdriklərimiz belə deyibsə, deməli bu tarixin sınağından çıxmışdır... Digər tərəfdən də, qeyd etmək yerinə düşər ki, sənə yaxın və sevimli olan kəs, dünyanın o başında olsa belə, yenə də səninlədir.- İnsanın daxili azadlığını necə qiymətləndirirsiniz?- İnsanın daxili azadlığı hər bir şəxsin təbii hüququdur. O, toxunulmaz və mütləqdir, lakin bu hər kəsin nə istədiyini etməsi deyil, əksinə, qanunla qadağan olunmayan hər şeyi etmək hüququdur.- Siz elmi yaradıcılığınızla yanaşı, bədii yaradıcılıqla da məşğulsunuz. Mütaliəni də çox sevirsiniz. Sizcə qələm əhli ürəyinin, yoxsa zamanın diktəsi ilə yazmalıdır?- Mən elmi yaradıcılıqla yanaşı, bədii yaradıcılıqla da məşğulam. Qələm əhli heç bir kənar diktənin təsiri altına düşməməli, zaman və məkan daxilində ürəyinin səsinə qulaq asmalıdır.- Millət vəkili seçilmək ərəfəsində olsaydınız, bəzi millət vəkilləri kimi seçilmək naminə, seçicilərinizə bacarmadığınız vədləri verərdinizmi?- Əsla yox...- Vəzifə o zaman dəyərli olur ki, vəzifəndən sui istifadə etmədiyinə görə, sənə hörmət edir, səni sevirlər. O, zaman əyləşdiyin kreslo sənə layiq olur, sən özün də o yeri layiqli edirsən... - Doğrudur... Amma indi yerini layiqli edənlər azdır. Düşünürəm ki, əgər kresloda əyləşmiş şəxs cəmiyyətə vəzifə borcuna müvafiq xeyir verə bilirsə, tutduğu vəzifəsinə görə yox, göstərdiyi fəaliyyət müqabilində layiqincə hörmət qazana bilirsə, həmin şəxs kresloya layiq ola bilər.- Başqaları ilə sazişə girib, özündən güclüləri kənarlaşdıranlara münasibətiniz necədir?- Ədalətli sazişdirsə, alqışlayaram, əksinədirsə, mənfi fikirdə olaram...- İnsan gərək özünü mərhəmət hissi ilə yanaşılası kəsin yerində hiss etsin. Cəmiyyətdəki hansı fenomen şəxsiyyəti xeyirxahlıq etalonu sayırsınız?- Fenomen şəxslər səlahiyyətindən və maddi imkanından istifadə etməklə, xeyirxahlıq etalonu ola bilərlər. Bu, təbii bir haldır. Əsl "xeyirxahlıq etalonu" mən o insanları sayardım ki, onlar öz "imkansız" imkanından pay ayırmaq qabiliyyətinə malik ola bilsinlər.- Həyat bir meydandır. Kimi yarışmaya gəlir, kimi alverə. Tamaşa etdikcə görürsən ki, yalnız böyük səhnələrdə gördüyümüz tamaşalar həyatda gördüklərimizə bənzəmir...- Həyat mürəkkəbdir... "Hər anın bir hökmü var"...- Bu dünyada qarğalar qartallardan başa keçibdir...- Təssüf ki, həyatda təsadüflər də var...- Sizi nələr, hansı hadisələr, təsirlər, hisslər özünüzdən çıxara bilər?- Ədalətsizlik, haqqsız qərarlar, güclünün (imkanlının) gücsüzə (imkansıza) zülm etməsi, bayağılıq, yaltaqlıq, xudpəsəndlik və sairə.- Bizi yaşadan ürəyimizdir. Biz ürəyimizi yaşatmaq üçün nə etməliyik? Həyatda və cəmiyyətdə görüb, dərk etdiklərimiz bizə rahatlıq gətirə bilərmi?- Hər bir kəsdə vicdan dediyimiz hiss olmalıdır. Vicdan qütb ulduzuna bənzəyir, səhrada yolunu azanlara bələdçilik edir. Ürəyi yaşadan təmiz vicdandır. Bundan kənarda baş verən nə varsa, onların hamısı yalnız vicdanlı insanları narahat edir.- Sizə elə gəlirmi ki, insanlar arasında mərhəmət hissinin azalması təhlükəsi var?- Zaman və məkan daxilində bu belədir...- İnsanlarda ən qiymətli keyfiyyət göstəricisi nəyi hesab edirsiniz?- Müdrikliyi... Müdriklik insanda hər şeydir. Şotland filosofu U.Hameltonun ifadəsi ilə desək, "Yer üzərində ən böyük varlıq insandır. İnsanda isə ən qiymətli şey müdriklikdir"... Fikir verin - Osmanlı Türk Hökmdarı Səlim Yavuz Sultan müdriklik haqqında necə gözəl sözlər demişdir: "Bir müdrikin atının ayağı altından sıçrayan palçıq da mənim üçün şərəfdir"...- Yaxşı tanıdıqlarınızın, görünməyən tərəflərini kəşf etdikcə, nələr düşünür və özünüzü necə hiss edirsiniz?- Hər kəsin Aysberq kimi görünən və görünməyən tərəfləri var. Görünməyən tərəflər bələd olduqlarından keyfiyyət baxımından daha çox fərqlənirsə, bu, insanı heyrətə gətirən haldır. Bəlkə də dəhşətlidir. Mən həmin dəqiqə belə insanlarla münasibətə son qoymağa qərar verirəm...- Sınaqda dözümü olmayan dostlarınız varmı? Mənə elə gəlir ki, dost bildiklərinizin bəziləri, sizi layiqincə qane edə bilmirlər...- Sınaqda dözümlü olmayanlar - artıq dost deyildirlər. Dost ikinci "mən" deməkdir. M.K.Atatürkün təbirincə desək: "Dostluq iki ayrı-ayrı bədəndə bir ruh deməkdir".- Bəzən ətrafınızdakı insanların əhatəsində özünüzü bir qədər tənha hiss edirsiniz...- Mən təbiətcə eqoist insan deyiləm. Sadəcə vaxtdan daha səmərəli istifadə etmək istəyim məndə belə bir görünüş yaradır. Boş keçən vaxtlar məni sıxır. Axı zamanın da, çayın da, axarı bizi gözləmir.- Elə hallar olubmu ki, təngə gəlib hər şeydən üzülüb, səssizliyə qulaq asmaq istəyəsiniz?- Xeyr. Mən bədbinliyi sevmirəm. Belə vaxtlarda hər hansı bir işlə məşğul olmağa çalışıram.- Təbiətcə çox qürurlusunuz, bir qədər də hökmlü görünürsünüz. Yəqin ki, bu barədə sizə deyənlər də olub. Sizi kimlər sevir, kimlər sevmir və ya sizə paxıllıq edirlər?- Hökmlü görünməyim qürurlu olmağımın nəticəsidir. Bu, məndən asılı deyildir ki, kökdən gələn xüsusiyyətdir. Belə keyfiyyət dövrünün, zəmanəsinin "Sultanı", adlı-sanlı generalları, ziyalıları olan, ağa-bəy mücabələrinə xas olan əlamətdir və olduqca təbiidir. Necə deyərlər, kökü möhkəm olan ağacın budaqları da baxımlı, görkəmli olur. Sualınızın ikinci hissəsinə gəldikdə isə deməliyəm ki, əqli, düşüncə tərzi, əqidəsi, mənəvi və əxlaqi keyfiyyətləri mənə uyğun olanlar məni sevir, uyğun gəlməyənlər isə sadəcə ya sevir, yaxud da qibtə edirlər. Əbəs yerə deməyiblər ki, uğurun dostu az olur. Yalnız heç nəyə yaramayan adamların paxıllığı çəkilmir.- Bir dəfə söhbətimiz zamanı belə bir ifadə işlətdiniz ki, mənim hökmüm özümə bəs edir...- Fəaliyyətimin icrasına özüm hökm verirəm. Görüləsi işləri mənim özüm duyuram, öz hökmümlə icra edirəm və icra etdirirəm...- Özünüzə kənardan baxarkən, sizə elə gəlirmi ki, təbiətinizlə peşəniz arasında sıx bir vəhdət var...- Düzgün hiss etmisiniz. Bu belədir...- Siz fəsillərin şahı baharda dünyaya gəlibsiniz. Təbiidir ki, ömrünüzə gələn hər yeni bahar sizi sanki, sizdən ayırır. Düşünür, xatırlayır, təsirlənirsiniz... Yenidən özünüzə qayıdırsınız... Həmin anlarda təəssüfləndiyiniz nələr olur?- Bu ana qədər yaxşı nə varsa, onların geri qayıtmayacağına heyfslənir və təəssüflənirəm...- Deyirlər ki, valideyninin arzularını həyata keçirən övlad idealdır...- Doğrudur. Əksər hallarda görkəmli şəxslərin övladları (törəmələri) onların davamçıları olurlar.- Siz elmi yaradıcılığınızı davam etdirir, doktorluq işi üzərində çalışırsınız. İnşaallah... Müdafiəniz nə vaxta çəkər?- Yeni vəzifəyə təyin olunmağım müəyyən qədər vaxtımı aparır.- Aysəba müəllimə, siz bu günlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qabaqcıl Təhsil İşçisi döş nişanına layiq görülmüsünüz. Sizin fəaliyyətinizə bələdik. Axı siz daha yüksək ada layiq görülməliydiniz?- Bu, həqiqətdir. Mənə elə gəlir ki, ağıllı adam heç bir mükafat gözləmədən, fəaliyyət göstərməlidir. Amerikan filosofu R.Emerson demişdir: "İşin mükafatı onun nəticəsindədir"...- Özünüzə hansı sualı verərdiniz və cavabı necə olardı?- Özümə sualım budur: Həyatda istədiklərimi edə bilmişəmmi?!- Ancaq bir qismini!!! - Sizcə avropalaşmış ailələr İslamın qaydalarına riayət edirlərmi?- Riayət olunmur. Lakin mən həm qatı dindarlığın həm də ifrat dərəcədə avropalaşmanın tam əleyhinəyəm. Birincisi insanların cəhalətə aparılması, ikinci isə əxlaqi keyfiyyətlərin itirilməsi deməkdir.- Sizcə qadın üçün yüksək titul, vəzifə, yoxsa ailə gərəklidir?- Qadının təmiz ailə sahibi olmağı onun ən yüksək tituludur.- Saz özünün və mənsub olduğu xalqın xüsusiliyini qoruyub saxlaya bilən, yad dillərə tərcümə olunmayan, qədim musiqi alətidir. Saz havalarına münasibətiniz...- Baxır ki, sazı kim necə çalır, necə oxuyur. Mən öz dövrümdə tanınmış aşıqlardan Hüseyn Saraclını, Xındı Məmmədi, Kamandarı, Mustafanı, aşıq Alqayıtı və saz ustası aşıq Ədaləti görmüş, (bunların bəziləri bizə yaxın olublar) onların saz havaları, ecazkar səsləri altında boy atmışam. Təəssüf ki, indiki aşıqlar arasında belə aşıqlar azdır...- Muğamın elə qədim və dərin fəlsəfəsi var ki, ona sözün gücü çatmır. Söz muğamı istədiyimiz mənada, aça bilmir...- Bütün xalqlar bir-birindən bir çox xüsusiyyətləri ilə yanaşı, öz mədəniyyətləri ilə də fərqlənirlər. Muğam bizim xalqımızın mədəniyyətinin şah damarıdır, özəyidir. Damarlarımızda axan qanımızdır, analarımızın həzin və kövrək laylasıdır. Analar körpələrinə muğam üstündə layla çalırlar. Azərbaycanı millətin zəkasından qaynaqlanan muğamsız təsəvvür etmək qeyri-mümkündür... Muğam da ana və vətən kimi bizə doğmadır...- Bax beləcə müsahibəni başa çatdırıb son sətirlərimiзи yazmaq istəyirик...Биз deyərdiк ki, Aysəba xanım onu sevənlərin bəxtinə doğulmuş yaradıcı alimdir, nəcib və böyük şəxsiyyətdir. Ona - gözəl ürəyin, gözəl zəkanın sahibinə ən ülvi duyğularımı bildirirəm. Arzu edirəm ki, ömrünüz kol dibində gizlənərək, yalnız baharda açılan bənövşə, nərgiz, yasəmən ətirli çiçəklərlə gülən yazda, daha da gülsün və həmişə təzə-tər olsun. Siz bir sevda Günəşisiniz. Çiçəklər qədər zərif naxışlanıb, məhəbbətin özü kimi ürəklərə paylanmısınız... Sizi yalnız özünüzə məxsus olan sadəliyinizlə tanıyıb, bəyənib, sevənlər çoxdur...«Şərqin səsi» qəzeti.Aysəba ƏlizadƏ(AYŞAMXAL)Ay vətən! Bəm-bəyaz zirvəli dağın görəndə,Sağına boylanıb, solun görəndəHavasını udub, suyun içəndəÜrək dağa dönür, dağa ay vətən!Qırmızı xalını çölə sərəndə,Qarağat kolları pərən-pərəndəKəklikotu, yarpız, lilpar dərəndəÜrək dağa dönür dağa ay vətən!Nəfəsim dayanır çox gec gələndəDilə gəlir sanki, çölün çəmən də!Ziyarət edirəm həsrət çəkəndəÜrək dağa dönür, dağa ay vətən!11.07.2012Həyat yoldaşıma cavab!Deyirsən: qoyacam sənin heykəlin,Əvəzində edib-etdiklərinin!Deyirəm: çox gecdir, qiymət verməyin,Mənasız şey olar qəbul etməyim!Ağarmış saçlarım, bükülmüş belim,Nəyimə lazımdır, sənin heykəlin!Kaş qiymət verəydin cavanlığımda!Sevincli günümdə, çətin anımda!Mənimlə olaydın, mənim yanımda!Nəyimə lazımdır “mənsiz” heykəlin!Yanvar 2011Sonanın Ceyranı!Ceyranın adını “Sona” qoymuşam,Qara gözlərinə heyran olmuşam!Buynuzuna neçə “ödül” taxmışam,Onu Sonam mənə hədiyyə edib!Xalları Sonanın ürək xalıdır,Hər biri bəlkə də dərdin sayıdır.Elə bil bacımın ekiz tayıdır,Onu Sonam mənə hədiyyə edib!Sevdiyim dəyərli dostun payıdır,Baxmağım fərəhli, həm də ağırdır.Oxşasam da yenə ürək ağrıdır,Onu Sonam mənə hədiyyə edib!16.X.2012Nə gözəldir!Çisginli dağların çənli zirvəsi,Ətir saçan kəklik otlu təpəsi.Moş, qarağat, nemət dolu dərəsi,Ah! Nə gözəldir, ilahi, nə gözəl.Lilparlı, yarpızlı suyun hövzəsi,Hər daş alta qızıl balıq ləpəsi.Dolu kötüklərdə balın pətəsi,Ah! Nə gözəldir, ilahi, nə gözəl.22.05.2012“Bənövşə gülüm”-ə əlavəElə gözəlsən cənnət rəngində, Qısılıb bitirsən kolun dibində.Ürəyimə od düşür boynun əyəndə,Güllərin içində a zərif gülüm!09.02.2011Bunu sən də bil!Əyrini düz bilib yola qoşanda,Nəfislər püsgürüb yaman coşanda.Doğru da yolun azıb, çaşandaOrada mən yoxam, bunu sən də bil!Yolu kimin düşsə çətin-asandaOnda “müdrik” olur kəsib asan da!Mərd insanı namərd bilib basanda,Onunla mən yoxam, bunu sən də bil!Toxluğundan gözü yaman acanda,Bir şey axtarır boru-bacada!Alver üçün gedir bəzən Haca da!Gözü tox adamam, bunu sən də bil!İtirsəm tapmaram haqqın yolunuSalam üçün sağ əvəzi solunuNaxələf işlərdə imza-qolumu,Atmaram heç zaman, bunu sən də bil!22.05.2012Bir az sevgi verBir azca da sevgi ver, mənə ay Allah!Paylayım sevgisi az olanlara!Səpim ürəklərə, dəyişsin onlar,Sevgi qəlblərinə hey dola-dola!Bilsin mərhəməti qəddar olanlar! Bir az da sevgi ver hər bir insanaYer üzün əşrəfi sayılanlaraFitnə fəsad törədən nadanlara!Dəyişsin dünyasın, pay ala-alaEl-oba içində həm xar olanlar.Axtarma Məni!Təklənib həyatda yalqız qalanda,Səndən uzaq olar əziz balan da!Az olar adamı yada salan da,Qədərdə-qəhərdə axtarma məni!Süfrəni masaya özün salanda,Oturan olarsa sağın-solunda,Adamın birisi əskik olandaQəmində-qüssəndə axtarma məni!Qapının zəngini kimsə çalanda,Sevincdən diksinib onu açanda,Naümid gələnə nəzər salanda,Gələnin üzündə axtarma məni!Gözlərin böyüyüb yaşla dolandaBil ki, səninləyəm, sənin yanında!Dözümlü, mətin ol, belə anında,Heç kimin izində axtarma məni!İnsan gəlir-gedir real həyatda,Sevinir, qəmlənir bu son məkanda,Gözlərəm gəlişin elim-obamda,Çölündə, düzündə axtarma məni!.. B A Ğ D AYazın ilıq havası, Qaranquşun yuvası, Ət-bala, yumurtası, Bağa gözəllik verir! Uşaqların şən səsi, Quşların jəh-jəhəsi,Günəşin al şöləsi,Bağa gözəllik verir! Yaşıl otun xalısı, Çiçəklərin hamısı,Hərdənbir də abısı,Bağa gözəllik verir. Tutların tappıltısı, Həm iri, həm dadlısı, Moş-qarağat koması, Bağa gözəllik verir. İnnabın kəhrəbası, Üzümün sallanması, Heyvanın lap sarısı, Bağa gözəllik verir. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.