Doğum gününüz mübarək, Vahilə müəllimə!..

Doğum gününüz mübarək, Vahilə müəllimə!..VAHİLƏ ƏLIYEVA - 65

TƏBRİK EDİRİK!..


Vahilə Məhəmməd qızı Əliyeva (Məmmədova)
- 10 iyun 1956-cı ildə qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnis rayonundakı Darbaz kəndində anadan olub. 1973-cü ildə Darbaz orta məktəbini bitirib və Azərbaycana üz tutub. Sənədlərini Bakı şəhərindəki Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) Bioligiya fakültəsinə verib və qəbul olub. 1976-cı ildə Əliyev Rizvan İlyaz oğlu ilə ailə hayatı qurub. 1977-ci ildə həmin institutu bitirərək doğma Darbaz kəndinə dönüb və elə həmin ildən də Darbaz kənd orta məktəbində kimya-biologiya müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.

1982-ci ildə həyat yoldaşının işi ilə əlaqədar Rusiyanın Tümen şəhərinə köçüblər. Həyat yoldaşı Rizvan Əliyev Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Əmtəəşünaslıq fakültəsini bitirmişdir. O, bir müddət Bakı şəhərində ixtisası üzrə çalışdıqdan sonar vətəni Borçalıya qayıtmış və Kazreti qəsəbəsində işini davam etdirmişdir. Sonradan isə Tümen vilayətinə gedərək daxili işlər orqanları sistemində çalışmışdır.
Rizvan Əliyev burada mayor rütbəsinədək yüksəlmişdir. İş yerində dəfələrlə fəxri fərmanlarla təltif edilmişdir. Lakin vaxtsız ölüm çox tez, hələ gəncikən onu bizim aramızdan almışdır. 1997-ci ilin avqust ayının 17-də bu dünyaya həmişəlik göz yummuşdur.
Mayor Rizvan Əliyev onu tanıyanların və Darbaz elinin yaddaşında daim yaşayacaqdır.

Beləliklə də, Vətəndən uzaqda 3 uşaqla ailənin bütün yükü Vahilə xanımın öz üzərinə düşüb.
Vahilə xanım Tümen şəhərində 125 nömrəli uşaq bağçasına tərbiyyəçi-müəllim düzəlib. Kollektivdə böyük hörmət qazanan Vahilə Əliyevanı bir az sonra həmin bağçaya təlim-tərbiyə işləri üzrə metodist təyin ediblər. Bu da Vahilə xanımın uşaqıara olan sevgisindən irəli gəlirdi.
Vahilə xanımın uşaqlara sevgisini, kollektivdə davranışını görən bağçanın müdiri Sosnovskaya Lyudmila Anatoliyevna başqa bağçaya müdir gedərkən Vahilə Əliyevanın işini də ora köçürtdürüb.
Vahilə Əliyeva 13 il həmin bağçada çalışdıqdan sonra fəaliyyətini 131 nömrəli bağçada davam etdirib və 18 il də həmin bağçada tərbiyəçi-müəllim işləyib. Hər iki bağçada dəfələrlə fəxri fərmanala təltif edilib.

Vahilə müəllimə övladarına ali təhsil vermək üçün bütün çətinliklərin öhdəsindən gəlib.
İlk övladı Həsən Əliyev Tümen şəhərində TASİ–nun tikinti-mühəndis ixtisasını bitirib.

Qızı Mahirə Əliyeva isə Tümen Tibb İnstitutunu bitirərək Tümen şəhərindəki mərkəzi xəstəxanada qinekoloq-akuşer vəzifəsində çalışır.

Kiçik qızı Venera isə atasının yolu ilə gedərək Tümen Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Hazırda Tümen şəhərində vəkil kimi fəaliyyət göstərir.

Vahilə xanım deyir ki, hər dəfə çətinə düşdükdə “Allah qapımızı bağladıqca, dözüm pəncərəmizi açar” deyirdim.
Vahilə xanım uşaqlarıyla fəxr etdiyini deyir. Və fəxr etməyə haqqı da var.
Vahilə xanım həyat yoldaşını itirsə də, bu çətin vəziyyətdə, tək başına hər üç uşağına ali təhsil verib və hər birinə el adəti ilə toy edib.
Hər üç uşağı əslən Darbaz kəndindən olanlarla ailə qurublar.
Vahilə xanım deyir ki, kaş babaları da sağ olardı və nəvələrinin əllərindən tutub gəzdirərdi.
Təəssüf ki, bu xoşbəxtlik ona qismət olmadı.

Hazırda Vahilə xanımın 3 övladdan 8 nəvəsi var.

Vahilə Əliyevanın bu il 65 illik yubileyi tamam olur.
Hörmətli Vahilə xanımı biz, öz adımızdan,
eləcə də Darbaz eli və onu sevənlər adından
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı
və yeni-ueni uğurlar arzulayırıq!..


Hüsniyyə Çobanova,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: