Yunis Qaraxanov: QARAYAZIM!.. Qarayazı, Müsabiqə 23 Mayıs MÜSABİQƏ ÜÇÜN: VƏTƏNBiz ayrılmamışıq, biz bölünməmişik,O tayın da, bu tayın da mənimdir, Vətən!Biz Koroğlu nəsliyik, biz ölməmişik,Harayın da, hayın da mənimdir, Vətən!* * *İrəvanın, Borçalın, Təbrizin, Şuşan,Sənin qarış-qarış her torpağın, daşın,Sənin her bir dağın, her bir meşən,Sənin her bir cayin da mənimdir, Vətən!* * *Sənin Babək cüssəli ərənlerin var,Bu torpaq uğrunda ölənlərin var,Neçə Mübarizlərin, Anarların var,Ah-nalən də, vayın da mənimdir, Vətən!* * *Ilham tek oglun,Mehriban tek qizin var,Senin xos geleceyin,gozel yazin var,Senin tarin,kamanin,telli sazin var,Duyunun de,toyun da menimdir, Veten!VƏTƏN OGLU, AYAĞA QALX!..Düşmən bizi tora saldı,Qız-gəlini əsir aldı,Leylek uçdu, yurdu qaldı,Vətən oğlu, ayağa qalx!* * *Güllələr yağıs tək yagdı,Nahaqq yerə qanlar axdı,Yetişibdir qisas vaxtı,Vətən oğlu, ayağa qalx!* * *Dağıtdıq biz ittifaqı,Ayırdıq nahaqdan haqqı,Görsün hunərini yagı,Vətən oğlu, ayağa qalx!MƏNİM ÜÇRƏNGLİ BAYRAĞIMŞəhidlerin al qanısan,Sen azadlıq nışanısan,Qeyret, namus, şəref, şansan,Mənim üçrəngli bayrağım.* * *Üzerinde var üç rəngin,Hər rəngin mənasi dərin.Ulduzlu-aylı bayrağım,Mənim üçrəngli bayrağım.* * *Bir gün gələr, zəfər çalar,Bu milletim Qarabağda.Zirvəsində seni sancar,Mənim üçrəngli bayrağım.QARAYAZIM!..Mən özüm də bilmirəm, neyçün, nədən?Gecələr yuxuma gəlirsən hərdən.İllerdir men uzaq düşmüşem senden,Hicranım, hesretim, ay Qarayazım.* * *Qədim parçasısan sen bu Vetenin,Sanki bir cennetdir çölün, çemenin,Düz beş il qoynunda yaşadım senin,Xeyrim, bereketim, ay Qarayazım.* * *Azərbaycanımin bir zerresisen,Ulu Borçalımın sanki özüsen,Dede-babalardan qalan bir izsen,Menim memeketim, ay Qarayazım. Sair-publisist Yunis Qaraxanov.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.