Aytən Alıqızı: «BAMBAŞQADIR MƏNİM DÜNYAM» Qarayazı, Müşfiq Borçalı 14 Temmuz Aytən Alı qızı Əliyeva 1987-ci il aprel ayının 28-də qədim Qarayazı (indiki Gürcüstan Respublikasının Qardabani) rayonunda anadan olub. İlk təhsilini doğma Qarayazıda, Kosalı kənd orta məktəbində alıb. 2004-cü ildə orta məktəbi bitirib və elə həmin il Azərbaycan Kooperasiya Universitetinin Xarici dil - İngilis dili fakultəsinə daxil olub. 2008-ci ildə həmin Universiteti müvəffəqiyyətlə bitirib. Bir müddət "Şərqin səsi" qəzetində çalışıb.Hazırda analıq məzuniyyətindədir.Bizim təqdimatımız əsasında Azərbaycan Jurnalistlər Birliyinə üzv seçilib.Bir neçə dəfə Fəxri Fərmanlarla təltif olunub."Abdulla Şaiq" və "Qızıl Qələm" mükafatları laureatıdır.Bədii yaradıcılığa orta məktəb illərində başlayan Aytən Alıqızının şeirləri Azərbaycan, Gürcüstan və Türkiyənin bir çox mətbuat orqanlarında və «Ömürdən günlər» Ədəbi toplusunda işıqüzü görüb. Yazmış olduğu «Qələm» şeiri "Qafqaz" Media İctimai Birliyi tərəfindən Fəxri fərmana layiq görülüb, «Qələm» adlı toplu-kitabına daxil edilib.Aytən Alıqızı hələ Universitetin IV kurs tələbəsi olarkən 2007-ci ildə «Bambaşqadır mənim dünyam» adlı ilk şeirlər kitabı Bakıda "Borçalı" nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib. (Naşiri: Müşfiq Borçalı, bədii redaktoru: Əli Abbas, texniki redaktoru: Akif Əsgərov).Biz də Zim.Az-ın bütün yaradıcı heyəti adından Aytən xanıma bir daha yeni-yeni yaradıcılıq uğurları arzulayır, aşağıda həmin kitaba yazdığımız qısa önsözü və gənc şairənin şeirlərindən nümunələri oxucularımıza ərmağan edirik.DUYĞULARIN BAHAR ÇAĞIƏziz oxucu! İxtiyarınıza verdiyimiz «Bambaşqadır mənim dünyam» adlı şeirlər kitabının müəllifi qədim Qarayazı mahalında dünyaya göz açan və hazırda ömrünün bahar çağını - müqəddəs tələbəlik illərini yaşayan gənc və istedadlı bir qız - Aytən Alı qızı Əliyevadır. Onun duyğusal, vətən məhəbbətli, sevgi ətirli şeirlərindən bir saf hisslər sahibi olduğunu aydın görünür. Sözdən və qələmdən güc ala-ala şeirlərini yazmağa başlayan gənc yazar qələmin qüdrətini bu cür izih edir:«Böyük eşqin töhvəsini, İsti, soyuq nəfəsiniHaqdan gələn haqq səsiniQüdrətinlə yay qələmim!»-söyləyən Aytən Alıqızı, qələmi nəinki müəllifin «haqq səsini yaymağa» eyni zamanda ona həyan durmağa çağırır. Aytən gözəl dərk edir ki, onun duyğuları ilə ağ vərəq arasında məhz qələm körpü rolunu oynayır. Şairənin isə həmin körpüyə böyük ehtiyacı var. Və qələmi də sədaqətli dost kimi ona həmişə dayaq, arxa olur. Əgər belə olmasaydı, biz Aytən Alıqızının söz dünyası ilə baş-başa qalmazdıq. Axı müəllifin söz dünyası gör nələri qoyur arxada. İlk olaraq qarşımızda deyim-duyum bulağı çağlayaraq bizləri öz səmimiyyəti ilə ovsunlayır. Özünün dediyi kimi, «Mən şeirlərimi hansı və nə cür hisslərlə yazıram… Əvvəla bunu qeyd etməliyəm ki, mənim yazdığım şeirlərin əksəriyyəti, (xüsusilə də kədərli şeirlərim) mənim öz dünyamın öz aləmimin məhsulu deyil. Bunu mən kimlərinsə yaşamında, həyatla mübarizəsində görmüş və öz duyğularım tək yaşatmışam. Mənə elə gəlir ki, kimlərinsə sevincinə şərik olmağı, şad günlərini paylaşmağı hər kəs bacarır. Mənsə bu yolu, kimlərinsə kədərinə ortaq olmağı, onu paylaşmağı daha üstün tuturam. Kimlərinsə kədərini öz qəmim kimi yaşamaqdan çəkinmirəm, hətta zövq alıram. Buna görə də səmimiyyətlə bildirmək istəyirəm ki, «Bambaşqadır mənim dünyam». Bəli 20 yaşlı müəllifin yazdığı şeirlərin yüksək meyyarları da elə burasındadır. Bununla belə gənc şairənin bu kimi gözəl şeirləri qınaq obyektinə çevrilə bilməz. Biz inanırıq ki, gənc yazar - Aytən Alıqızı öz imzasını təsdiqləmək yolunda əlindən gələni edəcək və bu yolda böyük uğurlar qazanacaq! Biz buna həqiqətən inanırıq, böyük ümid bəsləyirik və ona yeni-yeni uğurlar arzulayırıq!Müşfiq BORÇALI.* * *Müəllifdən:İlk öncə qeyd etmək istərdim ki, yazdığım bu kiçik şeirlərin demək olar ki, əksəriyyətini mən öz həyatımda yaşamamışam. Sadəcə olaraq bu cür duyğuları, hiss və həyacanları, sevinc və kədərləri, kimlərinsə həyatında görmüş, onu öz duyğularım kimi qəlbimə gətirmiş, öz hisslərim tək yaşatmışam və yaşadacağam!Şeirlə desək:Yaşamaq asan deyil,Gərək yaradasan sən.Yaratmaq hünər deyil,Gərək yaşadasan ki, Daim yaşayasan sən!BAMBAŞQADIR MƏNİM DÜNYAMÇoxdur dərdim, çoxdur yaram,O qədər də bəxtiyaram.Xoşbəxtliyin xoş dadını,Təkjə özüm dadmaram.Haqqdır, hallalıqdır hülyamBambaşqadır mənim dünyam.Çiçək deyir təzə tərəm,İstəmirəm vaxtsız dərəm,Kimsəsizə kömək olub,Könüllərə sevinj verəm,Ürəklərə sevgi yayamBambaşqadır mənim dünyam.Çox danışıb, çox demərəm,Qəlbə dəysə ox, demərəm,Zülmətlərdə keçsə ömrüm,Bir kimsəyə yox, demərəm.Haqqa səslənmiş bir hayam,Bambaşqadır mənim dünyam.Özüm-özümə bağlıyam,Sakit güləm, tək ağlıyam,Bu dövranın pənjəsindəGah qaralı, gah ağlıyam.Könül istər onu sayam,Bambaşqadır mənim dünyam.Gah saf sulu joşğun çayam,Gah buludam, gah da ayam,Gah alovun istisindən,Yanıb alışan səhrayam.Gah payızam, gay da yayam,Bam başqadır mənim dünyam.Hey arayıb, hey yoxlaram,Görüb, duyub gül qoxlaram.Bəxti solmuş diləkləri,Bu ümmanda tər saxlaram.Çətin bu dünyaya uyam,Bambaşqadır mənim dünyam.QƏLƏMİMGölə dönmüş qəhərimdən,Gəl injimə, ay qələmim.Gətir kövrək misralardan,Bu ömrümə pay, qələmim.Şirin, həzin yuxu kimi,Təravətli qoxu kimi,Əzabları, çoxu kimi,Xoşbəxtlikdən say, qələmim.Möhnətdirsə bax bu jahan,Qanad versin sənə ilham.Olsun əsl şeirin, dühan,Məhəbbətə tay qələmim.Böyük eşqin tövhəsini,İsti, soyuq nəfəsini,Haqqdan gələn, haqq səsini Qüdrətinlə yay qələmim!İKİMİZ BİR OLSAYDIQ…İkimiz bir olsaydıq…Sözümüz sirr olardı.Eşq adlanan bu böyükYükümüz bir olardı.İkimiz bir olsaydıq…Dağlar səsə gələrdi.Bülbüllər şərqi qoşub,Gül həvəsə gələrdi.İkimiz bir olsaydıq…Bağ, meşə janlanardı.Əsl eşqin önündə,Bənövşə danlanardı.İkimiz bir olsaydıq…Arzular gül açardı.Sevginin al günəşiÖmrə işıq saçardı.İkimiz bir olsaydıq…Vüsal önə düşərdi.Qəlbimizdə sevinjləMəhəbbət görüşərdi.İkimiz bir olsaydıq…Joşğun liman olardıq.Baş vurub ləpələrə,Dalğalara dalardıq.İkimiz bir olsaydıq…Əl- ələ yürüyərdik.Dönüb aya, ulduzaSəmada görünərdik.İkimiz bir olsaydıq…Nələr olardı, nələr,Oyanardı yuxudanMürgülü xatirələrİkimiz bir olsaydıq…ÖZÜNÜ ANLA...Həyat dərk eylə deyir,Hər yoxluğu, varlığı.Bu ümmanda yaranan,Genişliyi, darlığı.Deyir varlığı tanıBax yaxşıya, yamana.İnsan ömrünün niyə -Güjü çatmır zamana?Düşün, öyrən gör kimsənİtirsən günlə, anlaƏlaqən nə üçün varEy insan, bu cahanla?Bir az özünü anla!... Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.