Yunis Qaraxanov: İNDİ BAĞIŞLARMI BU VƏTƏN BİZİ?.. Qarayazı, Müsabiqə 21 Nisan İNDİ BAĞIŞLARMI BU VƏTƏN BİZİ?Tapdaq altındadır neçə kənd, şəhər,Yerindən, yurdundan elim dərbədər,İllərdir qəlbində acı, dərd, kədər,İndi bağışlarmı bu Vətən bizi?Yox oldu qeyrət, ar, kişilik sözü,Olduq nəfsimizin qulu, kənizi,Böldük içimizdən, böldük biz bizi,İndi bağışlarmı bu Vətən bizi?Qardaş arasında sədd qanlı Araz,Qaçqınlıq bəs deyil, artırdıq bir az,Bu "filan", bu "qıraz", bax bu da "yeraz",İndi bağışlarmı bu Vətən bizi?Bax bu cür yaşamaq betər ölümdən,Körpələr doğuldu uzaq elindən.Torpaq qan ağlayır namərd əlindən,İndi bağışlarmı bu Vətən bizi?Ay Yunis, Koroğlun, Babəkin hanı?Öldürsün namərdi, yağı düşmanı.Biz bütöv görməsək Azərbaycanı,İndi bağışlarmı bu Vətən bizi?* * * Ülfəti qoruya bilmirlər, qağa,İndi çörək kəsib, bir əl sıxanlar.İndi özlərini sayırlar ağa,Qaçıb gizlənənlər, bir ev yıxanlar.Tula tək quyruğun bulayıb gəzər,Çaqqal tək elə hey ulayıb gəzər,Namərd çanağını yalayıb gəzər,Mərdin arxasınca qara yaxanlar.Şərəfdən uzaqdır, qeyrətdən qaçaq,Ruhsuz, vicdansız, ürəyi naçağ,Əməli beş para, xisləti alçaq,Əməli yüksəyə alçaq baxanlar.Yunisəm, heyrətdən bir söz tapmıram,Hər sözü söz bilib, şeirə yapmıram.Əqidəm eynidir, inan sapmıram,Eşidin arxamca, ey qulp taxanlar.ZƏNG ELƏDeyirsən evdə təklikdən qorxursan,Zəng elə, yığ nömrəmi, sən zəng elə.Tənhalıqdan gözlərini sıxırsan,Zəng elə, yığ nömrəmi, sən zəng elə.Bir zəngin də kifayətdir mənimçün,Təki gəlsin səsin, eşidim ünün.Sən istədiyin an, istədiyin gün,Zəng elə, yığ nömrəmi, sən zəng elə.Səsindən alım ilham, şeir qoşum,Çılğın dəniz kimi coşum, hey coşum...Sənə, bəlkə, xəyallarda qovuşum,Zəng elə, yığ nömrəmi, sən zəng elə.Ay insafsız, çox qısadır vaxt, zaman,Tək bircə telefona qalıb güman.Bu Yunisə insaf elə, ver zaman,Zəng elə, yığ nömrəmi, sən zəng elə. QALIB Gözlərindən günəş kimi Nur çilənib, gözəl gözlüm, Gözlərində gözüm qalıb. Yandırıbdır atəş kimi Qor ələnib, gözəl gözlüm, Alışmışam, közüm qalıb. Yalvarıram, elə baxma, Dözə bilmir yazıq ürək. Baxışınla ürək sıxma, Bu qəm-kədər deyil gərək, Dərddən quru izim qalıb. Fəqət, sənsə naz edirsən, Süzgün baxış, nazlı görkəm. Gülüm, bəlkə, az edirsən, Bir az da et, qoy çəkim qəm, Çəkə-çəkə azım qalıb. Qəsdin öldürməksə məni, Öldür, vallah, razıyam mən. Yunis verdi son əmrini, Öldür, vallah, razıyam mən. Öldür, bu son sözüm qalıb... BU SEVGİNİN MƏN NƏYİNƏ GÜVƏNİM? Öz qəlbimi öz sevgimə satmıram, Tənhalığı, təkliyimi atmıram, Kam almıram, vüsalıma çatmıram, Bu sevginin mən nəyinə güvənim? Bu məsum qəlbimi mən kimə açdım? Sən demə kədərə, dərd- qəmə açdım. İşıqlı dünyamı ölümə açdım, Bu sevginin mən nəyinə güvənim? Ayrılığın ağuşunda çırpındım, Çırpındıqca qəlbim sındı, mən sındım. Sına-sına yenə də mən qınandım, Bu sevginin mən nəyinə güvənim? Yorulmuşam gördüyüm tamaşadan, Öz sevgimdir öz qəlbimə daş atan. Çətin belə ömrü vurum başatan, Bu sevginin mən nəyinə güvənim?AY GİZLİ SEVDAM Gözaltı gözünü süzüb baxanda, Baxışlar tutuşdu, gözlər görüşdü. Tənhalıq qəlbimi əzib, sıxanda, Gözündən qəlbimə eşq odu düşdü. Yenidən oyandı qəlbimdə sevgi, Hicranı, kədəri, qəmi unutdum. Dəyişdi səninlə ömrün ahəngi, Gözümdə çağlayan nəmi qurutdum. Bir anlıq özümü bəxtəvər sandım, Gör nələr düşündüm, gör nələr sandım, Həyata yenidən başlamaq sənlə, Bir ömür yaşamaq, yaşlanmaq sənlə. Mənim qəlbimdəki, ay gizli sevdam, Mən səni sevəndən xoşbəxtəm, şadam. Yunisə bu həyat sənsiz bir ölüm, Tək sənlə rahatlıq tapar bu könlüm. VƏTƏNDƏ VƏTƏNSİZ, AXI, NEYLƏYİM?!.Qaranlıq ruhumda yenə bir təhər,Açıb Qarabağsız yenə bir səhər.Məni məhv eyləyən yenə bir qəhər,Vətəndə vətənsiz, axı, neyləyim?Yazılıb qaçqınlıq ömrümə mənim,Yazılıb köçkünlük ömrümə mənim,Yazılıb üçgünlük ömrümə mənim,Vətəndə vətənsiz, axı, neyləyim?Əzəldən dünyanın dayağı yalan,Başı saxtakarlıq, ayağı yalan,Verilən vədləri bayağı yalan,Vətəndə vətənsiz, axı, neyləyim?Yunisəm, mən gedim hara buludlar?Çəkibdir səbrimi dara buludlar.Vətənin üstündə qara buludlar,Vətəndə vətənsiz, axı, neyləyim?BİZBu gün, əgər varıqsa,Bu gün yaşayırıqsa,Yaşayaq ki, yaşadaq,Həm də qurub yaradaq.Biz yaradaq ki, qalsın,Bizdən bir iz, nişanə.Nəsihətim var sənəMənim, ay Vətən oğlu.Biz qaldıraq bayrağı,Qoruyaq bu torpağı,Qoymayaq heç vaxt qalsınVətənimizdə yağı.Qoy yaşasın xalqımız,Xoşbəxt, firəvan, azad.Bu Vətənimizi biz,Günbəgün edək abad.AXI, NİYƏ BİZ ÖLMÜRÜK, AY DƏDƏ?Biz mərdik,güclüyük,türk nəvəsiyik,Bu ulu torpağın bir zərrəsiyik.Vətəndə vətənsiz,biz öləsiyik,Axı,niyə biz ölmürük,ay dədə?Saxta sənədlərə qol çəkə-çəkə,Bu torpaq bölünür hey tikə-tikə.Qanla yuyulmalı,qanla bu ləkə,Axı,niyə biz ölmürük,ay dədə?Düşmən yolu kəsir,izi bağlayır,Fitnəsi,yalanı düzü haqlayır,Qarabağ dərdiylə bizi dağlayır,Axı,niyə biz ölmürük,ay dədə?Kimi nişan alaq,axı,kimi biz?Düşmən gərək deyil,hədəf özümüz.Ağılsız baş ilə coşur hissimiz,Axı,niyə biz ölmürük,ay dədə?Yunisəm,dərdimdən bükülür belim,Bu dərdi deməyə söz tapmır dilim.İllərdir yadların tapdağı elim,Axı,niyə biz ölmürük,ay dədə?..QALIBDIÜrəyimin dibində bir buz parçası,Əritmir,nədənsə donuq qalıbdı.Mən yazıq bu dərdlə hara qaçası,Hamı üz çevirib,dönük qalıbdı.* * *Sevgim buza dönüb,isitmir məni,Şaxta vurub,solub qəlbin gülşəni.Gözləri də kordur,görmür sevəni,Gözünün işığı sönük qalıbdı.ŞAİRƏ HƏQİQƏT ELÇİNLƏ DEYİŞMƏYunis Qaraxanov:Allah,bu necə gözəldi?Özü şirin,sözü ləldi.Qəlbim coşdu,dilə gəldi,Gözəl,bəlkə,deyişək biz?Həqiqət Elçin:Ötüb,keçib o gözəllik,Qəlbdə itib sevinc,şənlik.Ola bilər,deyişərik,Nə deyirəm,gəl deyişək.Yunis Qaraxanov:Sarı tellər gün tək saçır,Gülüşlərin gül tək açır,Sözün deyib,dil tək qaçır,Gözəl, bəlkə, deyişək biz? Həqiqət Elçin:Sarı telim sazım idi,Gülüşlərim nazım idi.Sənə şeir lazım idi?Nə deyirəm,gəl deyişək.Yunis Qaraxanov:Könlümün bir dənəsi,Könlüm səni sevəsi.Dodaqların dağ laləsi,Gözəl, bəlkə, deyişək biz?Həqiqət Elçin:Gül içində solğun güləm,Çətin bir də mən seviləm.Gözlədiyin yar deyiləm,Nə deyirəm,gəl deyişək.Yunis Qaraxanov:Qəlbim sənsiz bir an gülməz,Ruhum gedib,inan gəlməz.Öpsəm dodağından,olmaz?Gözəl,bəlkə,deyişək biz?Həqiqət Elçin:Qəlbim küsüb,gülə bilməz,Ruhum gedib,bir də gəlməz.Öpüşlərin kədər silməz,Nə deyirəm,gəl deyişək.Yunis Qaraxanov:Doğulandan mənə yarsan,Bu qəlbimlə tən yarısan.Gözəl,yaxşı ki,varsan,Gözəl,bəlkə,deyişək biz?Həqiqət Elçin:Qəmə dostam,kədərə yar,Heç olmadım nazlı nigar.Deyişmək istəsən,olar,Nə deyirəm,gəl deyişək.Yunis Qaraxanov:Sən üzümə gülə-gülə,Yunisi incitmə belə.Söz verirsən ildən-ilə,Gözəl,bəlkə,deyişək biz?Həqiqət Elçin:Sən üzülmə bu sözlərə,Aldanma eşqsiz gözlərə,Həqiqətəm mən sizlərə,Nə deyirəm,gəl deyişək.Yunis QARAXANOV,"Şərqin səsi" qəzetinin xüsusi müxbiriZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.