Bu gün təhlükəsizlik xidmətinin əməkdaşları vəzifələrini layiqincə yerinə yetirirlər - Elşad Həsənov Qarayazı, Təbriklər 28 Mart 28 mart Azərbaycanda Təhlükəsizlik orqanlarının yaranması günüdür.Bu tarix Azərbaycan Xalq Cumhuriyyəti dövründən başlayır, belə ki, 28 mart 1919-cu ildə Hərbi Nazirliyin tərkibində əks-kəşfiyyat bölməsi yaradıldı. Bildiyiniz kimi 1920-ci ilin aprelin 28-də Azərbaycanda Xalq Cumhuriyyəti devrildi və yerində Sovet hakimiyyəti quruldu. Ümumiyyətlə Azərbaycan təhlükəsizlik orqanlarının tarixi Cumhuriyyət dövrünə, Sovet dövrünə və müstəqil Azərbaycan Respublikasının dövrünə bölünür. Bu tarix çox zəngin, çox ziddiyyətli və eyni zamanda çox şərəfli bir tarixdir.SSRİ dağılandan sonra 1991-ci ilin noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaradıldı. Bu orqan ölkəmizin təhlükəsizliyinin qorunmasında fəaliyyət göstərən müstəsna bir qurumdur! Bu sahənin əməkdaşlarını gözəgörünməz, gizli, məxfi cəbhənin adamı da adlandırırlar. Dövlətin normal fəaliyyət göstərməsi üçün onun digər qurumları kimi, dövlətin onurğa sütunu sayılan təhlükəsizlik orqanları da öz işlərini dövrün tələblərinə uyğun qurur, qarşıda gözlənilən hadisələri analiz edir, müvafiq tədbirlər həyata keçirirlər.Təhlükəsizlik orqanlarının tarixi həm sovet dönəmində, həm də müstəqillik dönəmində Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır! Mənalı ömrünün 25 ilini təhlükəsizlik orqanlarında xidmətdə kecirmiş H.Əliyev ən kiçik vəzifədə işə başlamış və Azərbaycan Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin Sədri vəzifəsinədək şərəfli bir yol kecmış, ən yüksək general-mayor(o dövr ücün ən yüksək rütbə idi) rütbəsinə layiq görülmüşdü. Bu vəzifədən də 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının 1-ci katibi seçilmiş, respublikamızı inkişaf etdirmiş, Azərbaycanı geridə qalmış aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına cevirmişdir! 1993-cü ildə xalqın istəyi və tələbi ilə yenidən hakimiyyətə gələn H.Əliyev dövlət quruculuğu ilə yanşı təhlükəsizlik orqanlarında da yeni ab-hava yaratdı, xalqa-dövlətə sədaqətlə xidmət etməyin konsepsiyasını yaratdı! Ulu Öndər milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərini göstərdi, Azərbaycan xüsusi xidmət orqanları qarşısında duran taleyüklü vəzifələri müəyyənləşdirdi, sözün həqiqi mənasında Azərbaycanın təhlükəsizlik strategiyasını formalaşdırdı və onun əməli surətdə həyata keçirilməsi ücün konkret yollar göstərdi, milli kadr ehtiyatının yaranması,maddi-texniki bazasının möhkəmlənməsi ücün çox işlər gördü.Ulu Öndər şəxsən özü ölkəmizin təhlükəsizliyinə təhdid yaradan faktlar barədə aparılan əməliyyat-təhqiqat işlərinə nəzarət edirdi, lazımi göstərişlərini verirdi.1998-ci ildə Milli təhlükəsizlik naziri general-polkovnik N.R.Abbasovun rəhbərliyi ilə dövlət çevrilişinə cəhd çaları ilə əməliyyat-təhqiqat işi aparılırdı.Təsəvvür edin ki, biz əldə etdiyimiz məlumatı Nazirə məruzə edirdik, o isə öz növbəsində Prezident H.Ə.Əliyevə. Məhz Ulu Öndərin daimi nəzarəti və qayğısı nəticəsində neçə-neçə dövlət çevrilişlərinin, sui-qəsdlərin, terror-təxribat hadisələrinin qarşısı alındı. Təhlükəsizlik orqanları dövlətin və xalqın nüfuzunu qazandı.Lakin müstəqil respublikamızın təhlükəsizlik orqanlarının tarixinə qara ləkə kimi düşmüş E.Mahmudov dövrü bu orqana böyük zərbə vurdu. O və onun cinayətkar dəstəsi xalqımıza və dövlətimizə qarşı cinayət törətdilər. Bu dəstə vaxtında zərərsizləşdirildi, cinayətkarlar layiqli cəzalarını aldılar, bəzilərinin məhkəməsi indi də davam edir. Ümummilli liderimizin ölkəmizin daha da inkişaf etdirilməsi, təhlükəsizlik orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində müəyyən etdiyi əsas strateji xətt bu gün də onun layiqli davamçısı, möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan təhlükəsizlik orqanlarında həyata keçirilən islahatlar,əsaslı kadrlar dəyişikliyi bunun bariz nümunələridir.Azərbaycan Prezidenti İlham Əliyevin 14-dekabr 2015- ci il tarixli fərmanı ilə xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Pespublikasının Dövlət Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılmışdır. 20 iyun 2019-cu ildə cənab Prezident İlham Əliyevin fərmanı ilə Əli Nağıyevin Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin edilməsi təhlükəsizlik orqanlarında yüksək sevinc hissi ilə qarşılandı. Çünki Əli Nağıyey özünün şərəfli həyat yolu ilə digər əməkdaşlara örnək olmuş, xalqına-dövlətinə sədaqətlə xidmət etmiş, şəxsiyyəti və nüfuzu ilə secilmişdir! Əli Nağıyev Təhlükəsizlik Xidmətinin rəisi kimi ilk olaraq, Xidmətə professional, xalqına -dövlətinə sədaqətli əməkdaşları toplayaraq qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə başladı, orqana qazanc mənbəyi kimi baxanları xidmətdən təmizlədi, qanunları pozanları ədalət məhkəməsinə verdi. Təhlükəsizlik orqanında Ulu Öndər Heydər Əliyevin dövlətə və xalqa sədaqətlə xidmət etmək ənənələrini bərpa etdi,dövlətin və xalqın təhlükəsizliyini,ərazi bütövlüyünü təmin etmək üçün lazımı tədbirləri həyata keçirdi.Torpaqlarımızın azad edilməsi üçün apardığımız 44 günlük müharibədə də təhlükəsizlik xidməti öz layiqli işini gördü, qələbənin təmin olunması üçün vacib əməliyyat tədbirlərini yüksək professionallıqla həyata keçirdi. Bu gün təhlükəsizlik xidmətinin əməkdaşları Müzəffər Ali Baş Komandanın onlar qarşısında qoyduğu vəzifəni layiqincə yerinə yetirirlər. Mən Təhlükəsizlik Xidmətinin Rəisi general-polkovnik Əli Nağıyevi və xidmətin bütün əməkdaşlarını təhlükəsizlik orqanlarının yaranmasının 103-illiyi münasibətilə təbrik edir, onlara şərəfli işlərində uğurlar arzulayıram!Elşad HəsənovDövlət Təhlükəsizlik Xidmətinin və 1-ci Qarabağ müharibəsinin veteranı,DTX-nin istefada olan polkovnikiZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.