AĞ TƏHLƏ Gürcüstan » Qarayazı 8 Kasım Ağtəhlə — qədim Qarayazıda - indiki Gürcüstan Respublikasının Aşağı Kartli quberniyasının Qarayazı (indiki Qardabani) bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.Cöğrafiası: - Gürcüstanın cənub-şərqində, Azərbaycan sərhədindən 20 km aralıda yerləşir. Yüksəklik : 346[1] metr.Koordinatlar: 41°35′40″N, 44°59′21″Eİnzibati mərkəzi Qardabani rayonudur. Sol tərəfində Kür çayı axır. Sağ tərəfindən dəmiryol xətti keçir. 2009-cu ildən kəndin yuxarı hissəsində Gürcüstan-ABŞ hərbi bazası salınıb. 2001-ci ilə qədər həmin yerdə Rusiyaya məxsus "Vaziani" hərbi bazası yerləşirdi.Əhalisi:1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Ağtəhlə kəndində Azərbaycan tatarlarından ibarət 107 ailə yaşayırdı.[2]17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 4.229 nəfər əhalinin 98 %-i etnik azərbaycanlılardan ibarətdir.[3][4]Kənddə 1 azərbaycan məktəbi, kənd xəstəxənası, özəl xəstəxana və məscid vardır.Tarixi: - Yaranma tarixi qeyri-müəyyəndir. Yaxılığındakı kənd qəbirstanlığında olan qəbir daşlarının yaşı min illərlə ölçülür.Mənbələr:1. Fallingrain Global Gazetteer: Aght'ak'la, Georgia Page2.Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 1423. National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები4. The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia. ECMI Working Paper #23. February, 2005. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.