Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keçirilib Tiflis, Unutsaq, unudularıq!.. 28 Mayıs Tbilisidə tanınmış jurnalist və ictimai xadim, Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktoru və Gürcüstanda Azərbaycan dilində yayımlanan radio verilişlərinin diktoru Ələddin Həsənovun xatirəsi anılıb.Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən tədbiri muzeyin direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Leyla Əliyeva açaraq hər iki xalqı milli bayram – Respublika Günü münasibətilə təbrik edib.Sonra Mətbuat Şurasının sədri, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov çıxış edərək, Azərbaycan-Gürcüstan dostluğundan danışıb, əlaqələrimizin möhkəmlənməsində, mədəniyyətimizin inkişafında jurnalistlərin və mədəniyyət işçilərinin rolunu xüsusi qeyd edib. Bildirib ki, vaxtilə Tbilisidə yaşayıb-yaratmış Azərbaycanın xalq artistləri Əli Qurbanov, Möhsün Sənani, Gürcüstanın Xalq Artisti İbrahim İsfahanlı və başqaları kimi şəxsiyyətlər teatra öz töhfələrini veriblər.Onların sırasına bu gün xatirəsi ehtiramla anılan Ələddin Həsənovun adı daxil edilməlidir. Ə.Həsənov Gürcüstan radiosunda çalışdığı (1967-2002) 35 il ərzində ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi, mədəniyyətimizin inkişafı istiqamətində çoxlu işlər görüb. Onun hazırladığı reportajlarda xalqlarımız arasındakı dostluğun tərənnümü birinci yerdə olub.Bildirilib ki, Ə.Həsənov 2002-2004-cü illərdə Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının direktoru olub. O, bu illər ərzində Azərbaycan teatr mədəniyyətinin, incəsənətinin inkişafında da mühüm işlər görüb.Sonra qocaman jurnalist, yazıçı-tərcüməçi Emin Elsevər, ART televiziyasının direktoru Tengiz Txilava, yazıçı Əli Abbas, jurnalist Nizami Məmmədzadə və başqaları çıxış edib, Ələddin Həsənovun yaradıcılığından, həyat və fəaliyyətindən danışıb, xatirələrini bölüşüblər.Rizvan Həsənov atasının xatirəsinin əziz tutduqlarına və anım tədbirini keçirdiklərinə görə təşkilatçılara minnətdarlıq edib.Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov iştirak edib.ZiM.Az28 may, 2017. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.