Azərbaycan-Gürcüstan dostluğu nümunədir Tiflis, Diaspora 13 Haziran Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 12-də Tbilisidə Gürcüstan katolikosu II İlya ilə görüşüb.Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən dini qurumlar arasındakı dostluq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Bildirilib ki, Azərbaycan-Gürcüstan dostluğu nümunədir və heç bir qüvvə bu dostluğu sarsıda bilməz.Katolikos II İlya ölkələrimiz arasındakı əlaqələrin inkişafında dövlət və hökumət başçılarının rolunu xüsusi qeyd edib. Bildirib ki, gürcü xalqı Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısını daim hiss edir. Azərbaycan şirkətlərinin Gürcüstanda gördüyü işləri yüksək qiymətləndirən II İlya deyib ki, SOCAR-ın Gürcüstanda həyata keçirdiyi layihələr xalqlarımızın daha da yaxınlaşmasına və rifah halının yaxşılaşmasına xidmət edir.II İlya mədəni əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolunu xüsusi qeyd edib.Gürcüstanın dini lideri Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə münasibətlərinin də yüksək səviyyədə olduğunu bildirib və deyib ki, bu cür münasibətlər digər sahələrdə də əlaqələrimizin inkişafına müsbət təsir göstərir. O, əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.Fuad Muradov göstərilən qonaqpərvərliyə və Azərbaycan xalqının, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına söylədiyi xoş sözlərə görə katolikosa minnətdarlıq edib.Bildirib ki, Azərbaycan Prezidenti Gürcüstan ilə əlaqələrə çox böyük önəm verir. Bunun nəticəsidir ki, ölkələrimiz arasındakı münasibətlər yüksək səviyyədədir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.Dövlət Komitəsinin sədri Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdikləri layihələrin regionda və dünyada sülhə, tərəqqiyə, sabitliyə xidmət etdiyini vurğulayıb.F.Muradov Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Hər iki dövlətin ərazi bütövlüyünün pozulmasını təəssüf hissi ilə qeyd edib, Azərbaycan ilə Gürcüstanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini xüsusi vurğulayıb.Görüşdə iştirak edən SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev, yepiskop Şio, yepiskop Qerosimo və başqaları çıxış edib, iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər. Natiqlər ölkələrimiz arasında əlaqələrin digər sahələr üzrə də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, münasibətlərin bundan sonra daha da genişləndiriləcəyinə əminliklərini ifadə ediblər.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.