Gürcüstanda Azərbaycan mədəni irs nümunələrinin sərgisi keçirilib

Gürcüstanda Azərbaycan mədəni irs nümunələrinin sərgisi keçirilib Gürcüstanda Azərbaycan mədəni irs nümunələrinin sərgisi keçirilib Gürcüstanda Azərbaycan mədəni irs nümunələrinin sərgisi keçirilib Gürcüstanda Azərbaycan mədəni irs nümunələrinin sərgisi keçirilib Gürcüstanda Azərbaycan mədəni irs nümunələrinin sərgisi keçirilib Gürcüstanda Azərbaycan mədəni irs nümunələrinin sərgisi keçirilib Gürcüstanda Azərbaycan mədəni irs nümunələrinin sərgisi keçirilib Tiflisdəki
Gürcüstan Parlamentinin
Milli Kitabxanasında
"Əldə toxunmuş
Azərbaycan xalçaları -
ənənələrin qorunması"

adlı layihə çərçivəsində
Azərbaycan mədəni irs
nümunələrinin sərgisi keçirilib.


Sərgidə
Qarabağ xalçaları
nümayiş etdirilib.

Sərgini Milli Kitabxananın müdiri Georgi Kekelidze Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva açaraq bildiriblər ki, tədbiri keçirməkdə məqsəd Azərbaycan xalçaçılıq sənətini gürcü və Azərbaycan xalqına sevdirmək və ənənələri qorumaqdır.

"Xalça sənəti qədim bir sənətdir və biz nümayiş etdirdiyimiz xalçalarda qədim ənənələrə sadiq qalmışıq. Hər bir xalça Azərbaycanın tarixindən xəbər verir.
Bu gün nümayiş etdirdiyimiz bütün xalçalar Qarabağ bölgəsinin xalçalarıdır.
Düşünürük ki, hər sərgi keçirməklə biz xalça sənətkarlığı ənənələrini yaşadırıq.
Bu gün sərgilənən Azərbaycan xalçalarının qədim çeşidlər əsasında Gürcüstanda toxunub"
, - deyə Leyla xanım Əliyeva qeyd edib.

Sərginin açılışında həmçinin Gürcüstan Parlamentinin Milli Kitabxanasının müdir müavini Mirian Xositaşvili, sənətşünas Qiya Topuriya və başqaları çıxış edərək sərginin əhəmiyyətini vurğulayıblar.

Sərgidə gənc rəssam Əli Əliyevin və qocaman rəssam İsmayıl Rzayevin rəsm əsərləri, həmçinin miniatür rəsmlər, xalçaçılığa aid kitablar nümayiş olunub.

Sərgidə gənc xalça toxucularının əl işləri də nümayiş etdirilib.

Tədbirdə 35 Azərbaycan xalçası, o cümlədən Qarabağ xalçaları, həmçinin muzey eksponatları və Azərbaycan dramaturgiyasının banisi, görkəmli mütəfəkkir və ölməz ədib Mirzə Fətəli Axundovun sağlığında istifadə etdiyi mətbəx nümunələri nümayiş etdirilib.

Sonda Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət MuzeyiGürcüstan Parlamentinin Milli Kitabxanası arasında Azərbaycan və gürcü mədəniyyət inkişaf etdirilməsi sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Tədbirin sonunda gənc aşıq Məsim Rəcəbov aşıq mahnıları oxuyub.


Tiflis.
Nizami Məmmədzadə-APA.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: