Gürcüstanda yaşayan azərbaycanlı alim vəfat edib Tiflis, Nekroloqlar 23 Ocak Tbilisi, 23 yanvar 2016-cı il, ZiM.AZAzərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin nəslindən olan alim, tibb elmləri doktoru Gülnarə Rəsulzadə yanvarın 23-də Tbilisidə dünyasını dəyişib.Mərhumənin dəfn mərasimində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Gürcüstandakı səfirliyinin, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.Səfirlik adından mərhumənin məzarı önünə əklil qoyulub.Mərasimdə bildirilib ki, Gülnarə Rəsulzadə atası Mirzə David Rəsulzadənin yolunu uğurla davam etdirib. AXC dövründə Azərbaycanda məsul vəzifə tutan M.D.Rəsulzadə Tbilisidə “Gürcüstan” qəzetinin təsisçisi və redaktoru olmuş, 1936-1937-ci illərdə APİ-nin (indiki ADPU-nun) direktoru vəzifəsində çalışmış, O, 1937-ci ildə repressiyaya məruz qalmış və 1942-də Maqadanda əfat etmişdir.Gülnarə Rəsulzadə Tbilisidə yaşamasına baxmayaraq daim Azərbaycan naminə çalışıb. O, Gürcüstanda Azərbaycan mədəniyyətinin, elminin, tarixinin təbliği istiqamətində xeyli işlər görüb.***"Ziya" qəzetinin və "Zim.Az" saytının baş redaktoru Müşfiq Borçalı Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin nəslindən olan və AXC dövründə Azərbaycanda məsul vəzifə tutmuş, sonralar isə Tbilisidə “Gürcüstan” qəzetinin təsisçisi və redaktoru olmuş,Mirzə Davud Rəsulzadənin qızı - tanınmış alim, tibb elmləri doktoru Gülnarə xanım RƏSULZADƏnin vəfatından kədərləndiyini bildirir,mərhumun ailəsinə, əzizlərinə və doğmalarına dərin hüznlə başsağlığı verir.Allah rəhmət eləsin!..ZiM.Az.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.