Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib TƏBRİK EDİRİK!..

Dəyərli soydaşımız, Azərbaycan Mətbuat Şurasının sədri, keçmiş deputat Əflatun Əhməd oğlu Amaşov təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi olan “Xalq qəzeti”nə baş redaktor təyin olunub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 sentyabr 2022-ci il tarixli sərancamı iıə Azərbaycan Respublikasında medianın inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.


Xatırladırıq ki, Əflatun Amaşov 26 aprel 1957- ci ildə qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub.
1973-cü ildə Faxralı kənd orta məktəbini bitirib.
1976-1978-ci illərdə hərbi xidmətdə olub.

1979-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunub.
1984-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
1985-1994-ci illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AzərTAc-da) müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun birinci müavini vəzifələrində çalışıb.
1995-ci ildə “Yeni Nəsil” Jurnalistlər Birliyinin yaradıcılarından biri olub. Üç il təşkilatın sədr müavini vəzifəsində işləyib.
1998-2003-cü illərdə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinə rəhbərlik edib.
2003-ci il martın 15-də ölkə jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib.
Ölkə jurnalistlərinin 2005, 2008, 2013 və 2018-ci illərdə keçirilmiş qurultaylarlarının qərarı ilə Azərbaycan Mətbuat Şurasının sədri vəzifəsindəki fəaliyyətini davam etdirib.
Jurnalistika sahəsində onadək kitabın və dərs vəsaitinin müəllifidir.
Dünya Mətbuat Şuraları Assosiasiyasının, Avropa Müstəqil Mətbuat Şuraları Alyansının idarə heyətlərinin üzvüdür.
2011-2013-cü illərdə Türkdilli Ölkələrin və Toplumlarının Media Forumuna rəhbərlik edib.
2014-cü ildə MDB Məkanı üzrə Mətbuat Şuraları Assosiasiyasının sədri olub.
2010-cu ildə “Azərbaycanın əməkdar jurnalisti” fəxri adına layiq görülüb. 2015-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə 62 saylı Saatlı seçki dairəsi üzrə Milli Məclisin deputatı seçilib. O, 2020-ci ilə kmi V çağırış Milli Məclisinin üzvü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 aprel 2017-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə, 24 sentyabr 2022-ci il tarixli sərancamı ilə Azərbaycan Respublikasında medianın inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Biz də çox hörmətli Əflatun Amaşovu yeni vəzifəyə - “Xalq qəzeti”nə baş redaktor təyin olunması və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı iıə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: