ƏFLATUN AMAŞOV ƏN LAYİQLİ DEPUTATLARDAN BİRİ OLACAQ...

ƏFLATUN AMAŞOV ƏN LAYİQLİ DEPUTATLARDAN BİRİ OLACAQ... "Azərbaycan müəllimi" qəzetində baş redaktor idim. Katibə məlumat verdi ki, Mətbuat Şurasından
Əflatun müəllim yanınıza gəlmək istəyir.
Dedim: - buyursun, gəlsin.
O, yanında bir nəfər işçisi ilə kabinetə daxil oldu.Görüşüb əyləşməyə yer göstərdim.
Söhbətimiz çox da uzun çəkmədi, xahişi bu idi ki,
biz də rəhbərlik etdiyi təşkilata üzv olaq.
Mən böyük məmnuniyyətlə
bu təklifi qəbul etdim və elə həmin gün də sənədləri imzalayıb üzvlük haqqını köçürməyi baş mühasibə tapşırdım.

ƏFLATUN AMAŞOV ƏN LAYİQLİ DEPUTATLARDAN BİRİ OLACAQ... Əflatun Amaşovla ilk tanışlığımız bu cür oldu və
bu tanışlıq sonrakı illlərdə dostluğa, yaradıcılıq ünsiyyətinə çevrildi.

İndi həmin görüşün üstündən düz on beş il ötüb.
Əflatun Amaşov bu gün də həmin vəzifədədir və üstəlik ötən il Parlament seçkilərində ona böyük etimad da göstərildi və Milli Məclisə deputat seçildi.

Dövlətimiz tərəfindən qəbul olunan bu qərar məni hədsiz dərəcədə sevindirdi.

Çünki o, buna nəinki layiq idi,sanki bu vəzifə elə onun boyuna ölçülmüşdü.
Həmkarları ilə danışanda, hansısa bir problemi müzakirə edəndə, kimisə suçuna görə danlayanda, lap cəzalandıranda belə bu insan həmişə yüksək əxlaqi keyfiyyətlər nümayiş etdirib və etdirməkdə davam edir.

ƏFLATUN AMAŞOV ƏN LAYİQLİ DEPUTATLARDAN BİRİ OLACAQ...Bəli, məhz o olmalıydı bu basılmaz ordunun
Parlamentdə layiql sözçüsü.
Əziz qardaşıma bu məsuliyyətli söz meydanında bir daha uqurlar diləyir və onu əmin edirəm ki, biz, sağlam ruhlu, dövlətçiliyə sədaqət nümayiş etdirən jurnalistlər sıralarımızın mütəmadi olaraq saflaşması istiqamətində gərgin fəaliyyətində ona və rəhbərlik etdiyi baş idarəmizə yardımçı olacaq, iti qələmimizlə haqqın nahaqq üzərində qələbəsini daim təmin edəcəyik.

Valeh MİRZƏ,
şair-publisist

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: