Bu günlərdə “SALDO” adlı daha bir ictimai-iqtisadi qəzet fəaliyyətə başlayacaq

TƏBRİK EDİRİK!...
Bu günlərdə “SALDO” adlı daha bir ictimai-iqtisadi qəzet fəaliyyətə başlayacaq
TANIŞ OLUN:
Redaksiyamızın bu günkü qonağı
"SALDO" qəzetinin təsisçisi və
baş redaktoru Rəcəb Vəfalı İsmayılovdur.


O, 1957-il də Tərtərdə anadan olub,
əslən İrəvanlıdır.
Azərbaycan Dövlət İqtisad Universitetini
iqtisadçı (təsərrüfat fəaliyyətinin təhlili,
mühasibat uçotu, təftiş və nəzarət)
ixtisası üzrə
Fərqlənmə diplomu ilə bitirib.
Müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə çalışıb.
Hal-hazırda dövlət və özəl universitetlərdə
tədris işləri ilə məşğuldur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Auditor Palatasının üzvüdür.

Respublikada nəşr olunan bir çox qəzet və jurnallarda Rəcəb Vəfalının müxtəlif məqalələri çap olunub.
O, eyni zamanda, jurnalistlik fəaliyyəti ilə də məşqul olub; müxtəlif qəzet və jurnallarda müxbir, məsul katib, kommursiya direktoru, direktor və digər vəzifələrdə çalışıb. Respublikanın iqtisadi inkişaf sahəsində keçirilən bütün tədbirlərdə yaxından iştirak edir.

Rəcəb müəllim söhbət zamanı qeyd etdi ki, bu günkü informasiya bolluğunda yeni bir mətbuat orqanı –
“SALDO” adlı yeni bir qəzet təsis etməkdə isə əsas məqsədi Respublikanın ictimai, iqtisadi, eləcə də,
elm, təhsil və mədəniyyət sahələrində olan yenilikləri, inkişaf proseslərini və s. məlumatları
dəyərli oxucularımıza çatdırmaqdır.


Rəcəb müəllimlə qələmə aldığımız geniş və ətraflı müsahibəni
yaxın günlərdə dərc edəcəyik.


Hələlik isə biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından
Rəcəb Vəfalı İsmayılovu və qəzetin bütün redaksiya heyətini
ürəkdən təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!..


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: