AD GÜNÜN MÜBARƏK, QIZIM ÖZLƏM!.. "SALDO", Təbriklər 11 Haziran 13 may 2010-cu il səmaya günəş doğan kimi səndə bizim ailəmizə günəş kimi doğdun. Səni ilk qucağımıza aldığımız anın tərifi yox. Bir gün eyni anı yaşadıqda bizi daha yaxşı anlayacaq və bizim səni nə qədər çox sevdiyimizi biləcəksən .Valideynlilik çox səbr və fədakarlıq istəyən çətin bir vəzifədir. Səni Başqa işlər təxirə salına bilər, amma valideyinlik əsla, bir ömür boyu sürər, əvəzsiz və qarşılıqsızdır. Həmişə bu balaca qız nə vaxt böyüyəcək, nə vaxt diş çıxaracaq, nə vaxt “ana, ata” deyəcək, nə vaxt yeriyəcək deyə düşünərkən birdə baxdıq ki, artıq doğum günlərini sıra ilə yola salırıq. Zaman sürətlə axıb gedir və biz heç fərqində belə deyilik. İnşallah, məktəbi bitirdiyin, universitetə getdiyin günləri, ilk iş gününü, evləndiyin günü, ana olduğun günü hamısını birlikdə yaşayarıq. Hər zaman xoşbəxt bir uşaq olmanı diləyirik. Uşaqların valideyinlərini seçmə şansları yoxdur. İnşallah valideyinlərin olaraq səni hər zaman xoşbəxt etmişikdir. Yolun, bəxtin açıq olsun. Gülən üzünü heç bir şey soldurmasın. Həyat həmişə sənə gülsün, güldürsün. Ad günün mübarək, gözəl qızım Özləm!.. Atan Azər.Bu gözəl və xoş sözlərə “Saldo” qəzetinin yaradıcı heyəti, başda Rəcəb müəllim olmaqla, biz də qoşuluruq."SALDO". Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.