DAĞLARQIZI ŞÖVKƏT XANIMDAN BİR NAMƏ

DAĞLARQIZI ŞÖVKƏT XANIMDAN BİR NAMƏ Əziz Müşfiq Borçalı!

Əvvəla Sizi ürəkdən təbrik edirəm, aldığınız fəxri fərmanlarla və bol məhsullu doplomlarla.
Allah qorusun, Sizin düşünən beyninizi, yazan əlinizi, bunlara rəvac verən gözəl ürəyinizi. Allahın pənahında olasınız...
Sizin ərsəyə gətirdiyiniz ensiklopediya “Sazlı-sözlü Başkeçid” mənim ruhumu oxşadı. Minnətdaram. Minnətdaram, ona görə ki, keçmişimizi, tariximizi təkrar-təkrar yaşadırsınız. Siz Başkeçidin gözəlliyini rəssam kimi elə gözəl həsr etmişsiniz ki, şair olmayan əlinə qələm alıb şeir yazmaq istəyir. Bax, buna görə Sizə ürəkdən minnətdaram. Mən bunu səmimi deyirəm, tanımadığım, eşitmədiyim, əslən Borçalıdan olan həkimlərimizi, qəhrəmanlarımızı, gözəl ziyalılarımızı bizə tanıtdırırsınız, buna görə Sizə "Çox-çox sağ olun!" - deyirəm.

Siz inanırsınızmı, qoca Başkeçid mənim gözümdə on səkkiz yaşında cavan oğlana döndü.
Əsl Borçalı aşiqi, vətənini tərənnüm edən Sizsiniz, əla!
Müşfiq Borçalı əsl vətənpərvərdir. Bu mənim ürəyimi dağa döndərir.
Mən çox istərdim Borçalı adını daşıyanlar Sizin kimi olsun, yoxsa ki... Borçalının adını ucuzlaşdırmasınlar.
Çox sağ olun!

Əzizim, Borçalı bir mirvaridir,
Hər dam da onun qədrini bilməz.
Əzizim, Borçalı ağır dərdlidir,
Dindirməsən onu, dərdini deməz.

Əzizim, Borçalı sevmir yalanı,
Başı çox çəkibdir qırğın talanı.
Duruşu andırır uca qalanı,
Nə qədər çalışsan sirri bilinməz.

Borçalı bir şahdlır, Başkeçid tacı,
Çiçəkləri min bir dərdin əlacı.
İgidə arxadır, xəstəyə bacı,
Tarixlərə düşüb, möhrü silinməz.


Şövkət Dağlarqızı,
20.04.2017.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: