5 yaşlı ixtiraçı hər kəsi mat qoydu

5 yaşlı ixtiraçı hər kəsi mat qoydu Oğuz rayonunda yaşayan 5 yaşlı Məmmədli Oğuz Nəsimi oğlu hər kəsi təəccübləndirdi.

Belə ki, bağçaya gedən uşaq adi paltar asmaq üçün nəzərdə tutulan sancaqlardan xüsusi konstruksiyalar (təyyarə, ev, qırıcı və s.) hazırlayır.

Gələcəyin konstruktoruna valideynlər çal- keçirlərdən ibarət xüsusi quraşdırmalar üçün nəzərdə tutulan oyun dəsti aldıqda, uşaq onlardan öz ideyasına uyğun qırıcı təyyarələr hazırlayaraq, onları adlandırmağı da unutmayıb. O, ixtiralarını akula - təyyarə, yırtıcı - quş, üzən ev adlandırıb.

5 yaşlı ixtiraçı hər kəsi mat qoydu Gələcəkdə evlər quraşdıraraq memar- konstruktor olacağını deyən balaca istedad qeyri- adi binalar maketi hazırlayacağına indidən vəd edir.

Oğuz Məmmədliyə uğurlar arzulayır və onun sözügedən qeyri-adi ixtiraların şəkillərini sizə təqdim edirik.

5 yaşlı ixtiraçı hər kəsi mat qoyduAynur Nurlu






.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: