ƏLİXAN YƏHYAOĞLU: “PİS ŞAGİRD YOX, PİS MÜƏLLİM VAR” "Ümid", Bolus 12 Haziran və ya “NAMƏRD BAXDI GÜZGÜYƏ, ADINI QOYDU ÖZGƏYƏ...” Hörmətli oxucular, mən bir məktəbdə baş vermiş uşaq zorakılığından, “müəllimin” şagirdə qarşı fiziki güc tətbiq etməsindən, pedaqoji fəaliyyəti dövründəki “əməllərindən”, eləcə də, kollektivdə qeyri-sağlam fikirli digər “müəllimlərin” davranış və hərəkətləri barədə danışmaq istəyirəm. Hadisə: “Bolnisi rayonunun Cavşaniani (Abdallı) ictimai məkəbinə birləşdirilən Muşevan (Dəllər) məktəbinin IX sinfində coğrafiya fənnini “tədris” edən (?), eni uzunundan seçilməyən təqaüdçü İbrahimxəlil Sarıyev (ixtisası rus dili və ədəbiyyatıdır, valideynləri, qohum-qonşuları körpəlikdən onu “xallı” deyə çağırırdılar-Ə.Y.) şagird Röyal Musayevin gicgah qarışıq sifətinə bərk şillə və sinifdən çıxardanda isə (zərər çəkənin dediyinə görə) qarnına təpik vurur (?). Qışqırığa dəhlizə çıxan müəllimə Tamilla Qurbanova ağrıdan çöməlib “yumağa” dönən Röyalın qolundan tutub sakitləşdirir. Məktəbdə təlim-tərbiyəyə “nəzarət edən” (?) Bəkir Sarıyev isə heç bir şey olmamış kimi hadisəni kənardan “seyr edir” və Ərxan müəllimin səsini eşidən kimi tez aradan çıxır. Hadisədən xəbər tutan valideyn Teymur Musayev oğlunun yersiz döyüldüyünü öyrənir və məktəbin direktoruna, rayon Təhsil Resurs mərkəzinə məlumat verir. Ertəsi gün direktor hadisəni zərər çəkəndən və sinif şagirdlərindən öyrənir ki, həqiqətən İbrahimxəlil Sarıyev (bundan sonra Xallı Sarıyev kimi oxuyun-Ə.Y.) Röyal Musayevə qarşı zorakılıq etmiş, fiziki güc göstərib döymüşdür. Direktor valideynin şikayət ərizəsini məktəbin “Qəyyumlar şurası”nın “Nizam-intizam komissiyası”na təqdim edir. Təəssüflər olsun ki...Deyilənə görə “müəllim” Xallı Sarıyev “sudan quru çıxmaq” prinsipiylə zoraklığın şahidi olan bəzi şagirdlərin ailələrinə gedir və uşaqların üzünə durmamasını valideynlərdən “xahiş” edir. Zorakılığı ört-basdır etmək (?), zərərverən Xallıya “bəraət qazandırmaq” üçün, “davranışları” ilə kollektivdə “qaç atım ayaqladı” prinsipilə “seçilmək” istəyən “qayğıkeş müəllimlər”- Bəkir-Zakir Sarıyev qardaşları, onların kürəkənləri Namaz-Şahverdi (Ziyəddin) Məmmədov qardaşları haqqı nahaqqa qurban vermək, valideyn və şahidləri “susdurmaq” üçün “təbliğat maşınlarını”- şirin dillərini işə salırlar (?).Görəsən bununla şahidlərin gördüklərini dandırmağa çalışan bu “müəllimlər” yeniyetmə balalarımızı mənən lal-kormu etmək istəyirlər? Bu cür “tərbiyə” üsulu ilə yalançılığa, mənəvi cinayətkarlığa sövq edilən, cəsarətsiz və qorxaq böyüdülən gənclərimiz vətənə və xalqına layiqli vətəndaş ola biləcəklərmi? Vətəndaşlıq borclarını qaytarmaqlarına inanmaq və etibar etmək olarmı? Əgər Xallı qapı-qapı düşüb “üzümə durmasınlar” deyəcəkdisə, valideyn qarşısında gözyaşı tökəcəkdisə, “ləyaqətini” itirəcəkdisə, onda nə üçün şagirdin mənlik və şəxsiyyətinə toxunur, yoldaşları qarşısında qürurunu sındırır, mənliyini alçaldırdı? “Əməlinə” görə məktəbdən çıxarılacaq” söhbətini eşidən Xallı valideyn Teymurun əl-ayağına düşüb “məktəbdən çıxartdılarsa, infarkt məni öldürəcək. Məni çevir balalarının başına, keç günahımdan”,-deyir. Atalar demişkən: “ay Xallı, o ki, qorxurdun pişikdən, niyə çıxırdın deşikdən”. Onsuz da, bu “müəllimlərin” saxta gözyaşlarına, “ilanı yuvadan çıxardan dillərinə” elliklə heç kim inanmır. Özündən 50 yaş böyük olan Xallı səviyyəsinə enməyi, “müxənnətlik etməyi mənliyinə, kişilik və ləyaqətinə sığışdırmayan Teymur Ağsaqqallarının humanist məsləhətləri ilə şikayət ərizəsini geri götürür. Teymurun Kişiliyilə, insani keyfiyyətlərdən uzaq olan Xallının “kişilik” fərqini görmək elə də çətin deyil. ”Ağıl yaşda yox, başda olur”. Teymur oğluna qarşı amansız davranan, dar ayaqda “imdad” diləyən, “kömək” istəyən “müəllimi” darda qoymadı. Ər kişilər kimi “yamanlığa yaxşılıq etdi” (qeyrətli kişilər əməllərinə görə diz çöküb aman diləməyib, gözyaşı tökməyib”). Görəsən, “müəllimlər” bu cür savad və “təlim-tərbiyə” üsulu ilə gənc nəslimizi hara aparırlar? Xallının qeyri-insani hərəkətlərində “cinayət əməli” varmı? Hüquqi dillə onu necə adlandırmaq olar? Yəqin hüquq-mühafizə orqanları hadisə ilə maraqlanıb işi ədalətlə araşdırıacaq və günahkarı “əməlinə” görə ” layiqli” cəzalanacaq. Kimdir sarıyevlər və onların “təlim-tərbiyə” üsulları, davranış “etikaları” gənclərimizə necə təsir edir? Sözarası: “Veteran müəllim Təhməz Abbasov vaxtilə söyləyirdi ki, instituta qəbul olunmasına, ali təhsil almasına kömək etdiyim, süfrəmin yağını-balını yeyə-yeyə dondan-dona girən, mənəvi imkanlarımdan istifadə edən, keçən əsrin 60-70-ci illərində məktəb “intriqasını” qızışdıran, və təkan verən Xallı “a yetim kimi döyərsən, mənə çörək verəni” prinsipinə əməl edərək darayaqda namərdcəsinə “üzümə ağ” olub mənə qarşı çıxdı” (?). Adam da yaxşılığı itirib yamanlıq edər, yediyi duz-çörəyə nankor olarmı? Bu müxənnətlik, dönüklük deyil, bəs nədir? Xallı vicdanı qarşısında xəcalət çəkirmi? Onun alçaq hərəkətlərini veteran müəllim və onun həyat yoldaşı təstiq edər... Yenə sözarası: “2000-ci ilin əvvəllərində torpaq islahatı ilə əlaqədar kənddə uzunmüddətli etiraz nümayişi və elliklə camaatın rayon mərkəzinə piyadə yürüşü bölgə rəhbərlərini hərəkətə gətirsə də, mənasız danışıq və vədlərlə nümayişi “başa” çatdırdılar (?). Etiraz nümayişi əsasən icarədar “müəllimlərə”-direktor Bəkir, dərs hissə müdiri Zakir Sarıyev qardaşlarına qarşı idi. Onların rayon rəhbərlərinə telefon məlumatından sonra yürüşçilər təzyiqli su şırnaqları ilə üzləşdilər, xəsarət aldılar (?). Nümayişçilərin tələbləri yerinə yetirilməyəndə valideynlər 10-15 gün uşaqlarını məktəbə buraxmadılar. Hətta, nümayişçilər yekdil qərara aldılar ki, heç kim icarədarlarla ünsiyyətdə olmasın, xeyir-şər məclislərində onlarla bir yerdə oturub çörək yeməsin (?).Bir neçə ay davam edən sərt və ciddi qərardan sonra camaat icarədarlarla nə ünsiyyətdə oldular, nə də xeyir-şər məclislərində bir süfrədə əyləşdilər. Bu elliklə “müəllimlərə” qarşı həddindən artıq sərt, elliklə nifrət və kin bəsləmək, amansız ittiham və lənət etmək, etimad göstərməmək deyildimi? Bu cür yanaşma ən ağır, ən dəhşətli cəza növü və dözülməz, hətta, ölümdən də betər təhqir idi. Nahaq yerə “el gücü, sel gücü”, “el bir olsa zərbi kərən sındırar” deyilməyib... Daha bir sözarası: “Xallı və Bəkir-Zakir Sarıyevlər əvvəlki direktorlara olan “münasibət” və “xarakterlərini” keçən əsrin 80-90-cı illərində də davam etdirdilər. Direktor Ərxan müəllimin vəzifəsindən, mənəvi imkanlarından, bölgədəki xətir-hörmətindən istifadə etmək üçün yan-yörəsində hərlənir, işlərinə müdaxilə edir, özlərini “canıyanan”, “qayğıkeş qohum” və “əmioğlu” kimi göstərirdilər. Hətta, Xallı Ərxan müəllimin pencəyinə düşən tozu təmizləməkdən çəkinmirdi. Başqasının mənən alçalması ilə heç zaman barışmayan Ərxan müəllim Xallının bu cür yaltaqlığını özünə qarşı təhqir hesab etdiyindən onu bu yoldan çəkindirməyə çalışırdı, təəssüf ki... Kollektivdə hamını eyni gözdə görən, hamıya hörmət edən, el qayğısı çəkən Ərxan müəllim yaşca özündən böyük olan “əmioğlusu” Xallının yersiz hoqqalarından, artistlik və klounluğundan (məzhəkəçi-Ə.Y.) təngə gəlirdi. Ərxan müəllim Xallının “boltunluğuna” (rusca-boşboğaz, xəbərçi-Ə.Y.) baxmayaraq səhhətilə bağlı sanatoriyaya getməsinə, müalicə olunmasına şərait yaradır, qayğısına qalırdı. Xallı da bunların müqabilində direktora: “qardaşlarımdan görmədiyim yaxşılıqları, hörmət və qayğını səndən görürəm, əmioğlu, çox sağol”,-deməklə kifayətlənirdi. Belə çıxır ki, nankor və dönüklüyünə görə qardaşların da ondan zəhləsi gedirmiş...Ərxan müəllim hər il Namaz Məmmədovun ailəsinin maddi durumunun yaxşılaşması üçün ona may ayının sonundan sentyabradək şərait yaradırdı. Nəticədə Ərxan müəllim hiyləgər Namazın satqınlığı, dönük və müxənnətliyiilə üzləşdi (?). Atalar düz deyib: “İnsan çiy süd əmib”... ...2003-cü ildə, iki keçmiş iqtidarın nümayəndələrinin Faxralı kəndində məlum qarşıdurmasının dinc yolla başa çatması üçün iqtidarın keçmiş bölgə qubernatoru və rayon icra başçısı xalqımızı rayon idarələrində üç nəfərdən biri olan və hörmətli şəxs kimi Ərxan müəllimi (onda rayon maarif şöbəsində “Baş medodist” işləyirdi-Ə.Y.) dəvət edirlər. Tribunada dövlət rəhbərlərilə bərabər Ərxan müəllimin jurnalist tərəfindən çəkilən və qəzetdə dərc edilən şəklini heç bir əsas olmadan onun “qohumları” Bəkir-Zakir Sarıyev qardaşları, Xallı Sarıyev, kürəkənləri Namaz-Şahverdi (Ziyəddin) Məmmədov qardaşları, bir də elin “çıxdaş dəftərində” adı olan və məktəblə heç bir əlaqəsi olmayan sürücü Rəşid Osmanov (Bəkir Sarıyevin qudası, ona erməni Raçik də deyirlər-Ə.Y.) “it köçə qarışan kimi” “müəllimlərə” qoşulub hakimiyyətə yeni gələn iqtidar partiyanın rayon rəhbərliyinə qərəzli surətdə təqdim edərək “bu keçmiş hökumətlə əlbir olan adamın şəklidir, vəzifəyə qoymayın”,- “xahişini” edirlər (?). Görəsən, bu manqurtlar öz adlarını niyə başqalarına “sırımaq” istəyirlər? Atalar belələrinə deyb: “Namərd baxdı güzgüyə, adını qoydu özgəyə”. Şeytan və iblis xislətli bu adamcıqlar yaltaqlanmaq üçün məmurlara “papış tikmək” istəyirlər. 2003-cü ilin parlament seçkiləri ərəfəsində keçmiş iqtidar partiyanı və onun seçki platformasını təbliğ etmək üçün “Sən Bolnisə lazımsan, Sən Yeni Gürcüstana lazımsan” adda buraxılmış xüsusi jurnalın 8-ci səhifəsində Bəkir-Zakir Sarıyev qardaşlarının və Namaz Məmmədovun, 5-ci səhifədə isə məktəb rəhbərlərinin gəlin və bacılarının da “cangüdənlər” kimi qubernatorla çiyin-çiyinə şəkilləri dərc edilib(?)... Əcəba, əgər “müəllimlərin” “vicdan və ləyaqətləri” vardısa, “kişilik” və “qeyrətləri” çatırdısa, “dürüst ziyalı” idilərsə, bu jurnalda qubernatorla bərabər çəkilən və dərc edilən şəkillərini də Ərxan müəllimin şəkili ilə bərabər nə üçün məmurlara verməyiblər? Keçmiş iqtidarın qulbeçəsi olduqlarını niyə danıblar? Axı o vaxtkı hakim partiyanı seçkilərdə təbliğ edən, camaatı “işə-başa” salan bunlar deyildimi? Vəzifə üçün hər şeyini qurban verməyə hazır olan bu “müəllimlərin” peşəkar hiylə və kələklərindən, fırıldaq və bicliklərindən, əstəğfürullah, Allah da baş açammaz. Onlar yerin altını üstündən yaxşı bilirlər...Bunları necə adlandırmaq olar: satqın və ya xainmi, dönük və ya namərdmi, müxənnət və ya xəyanətkarmı, fırıldaqçı və ya dələduzmu? Bu “müəllimlərə” nə deyilsə, necə deyilsə yaraşır. Alçaq, nanəcib işlər görməyi, “çöp üstə dəyirman tikməyi”, “sudan quru çıxmağı” yalnız bu “ müəllimlər” edə bilər. Əgər müəllim hiss və duyğusuz müqəvva və proqramlaşmış robotdursa, vay o elin, o gənc nəslin halına. Müxənnət “eloğluları”, namərd “qohumları”, dələduz əmioğluları, xain “dostları” Ərxan müəllimi satsalar da, rayon rəhbərliyi bacarıqlı və istedadlı mütəxəssis kimi onu rayon təhsil şöbəsində, öz vəzifəsində saxladı. Əsassız şər-böhtan, ədalətsiz şantaj ayaq açsa da, yeriyə bilməz. Dövlət də, xalq da kimin kim olduğunu çox gözəl bilir və “itlərin hürüşünə əhəmiyyət vermədən haqqın karvanına həmişə yol açırlar”.Manqurt “müəllimlərə” qarşı heç bir qəbahət və pislik etməyən Ərxan müəllimin “əmioğluları” və “qohumları” nə üçün satqınlıq etdi? Onların bu addımı atmasına səbəb nə idi? Onlar kimin “Hopstop”una oynadılar? “Paylarını” öz “qaşıqları” ilə niyə “yemədilər”? Eloğluluq borclarını yerinə yetirməyə onların vicdan və qeyrətləri, cəsarət və mənlikləri, şəxsiyyət və ləyaqətləri, mərdlik və kişilikləri niyə çatmadı?... Bir əlavə: “İnsanların sosial həyat tərzi aşağı olan 90-cı illərdə elin balalarının çətinlik çəkmədən, xərcə düşmədən təhsil alması üçün Bakıdan Ərxan müəllim pulun pul vaxtında öz hesabı ilə 2980 AZN manatına 1410 ədəd müxtəlif adda dərsliklər alıb məktəbdə dərslik fondu yaratdı. Uzun müddət bu dərsliklərdən elin qeyrətli və qədirbilən Kişilərin balaları ilə yanaşı, direktor Ərxan müəllimə qarşı alçaqlıq və şərəfsizlik, satqınlıq və müxənnətlik edən bu “manqurt” (keçmişini unudan-Ə.Y.) “müəllimlərin” balaları da istifadə etdilər. Ərxan müəllimin adları çəkilən xain, paxıl, gözügötürməyən “müəllim” “qohumları” qeyri-insani davranışları ilə onun yaxşılıqlarının əvəzini namərdcəsinə “qaytarırdılar”. Ərxan müəllim isə iti qələmi, öldürücü şeir və yazıları ilə vaxtaşırı bu manqurt qohumların “borclarını” artıqlaması ilə qaytarır və bundan sonra da qaytaracağına şübhə etmirəm, çünki onun Kişi xarakterinə bələdəm. Belə alçaqlıqla barışmağa, keçmişini unudan manqurt satqınlarla söhbət, “dostluq” və “qohumluq” etməyə, yol getməyə dəyərmi? Biz tərəfdə belə müxənnətlərə “tayını boğan” deyirlər... ...Bəkir Sarıyev direktor olduğu müddətdə (onda Zakir Sarıyev və Namaz Məmmədov dərs hissə müdiri idilər) təkcə Ərxan müəllimin əmək haqqını saxlayırdı (?).Bu “rəhbərlər” müəllimliklə heç bir əlaqəsi olmayan küçə səfilinin, “iki eşşəyin arpasını böləmməyən” naxırçının vaxtaşırı məktəbdə dərs keçməsinə necə “icazə” verirdilər? Bəs nə üçün həftələrlə məktəbə gəlməyən müəllimlərin əmək haqları tutulmurdu? Bu insanlığa qarşı haqsızlıq, nankorluq, vicdansızlıq deyilmi? Mənən kor olub görməyənlər, kar olub eşitməyənlər həmişə arsız, həyasız olurlar, çünki göz görməyəndə, qulaq eşitməyəndə “şikəstlər” nə utanır, nə qızarır, nə də “ölüb yerə keçirlər”... ...2001-ci ildə Gürcüstan Prezidentinin fərmanı ilə Ərxan müəllimə “ŞƏRƏF” ordeni təqdim etməyə gələn ölkənin ali aparatının nümayəndələri ordeni məktəbin həyətində, ayaq üstə təqdim etdilər, çünki Bəkir-Zakir Sarıyev qardaşları və yuxarıda adları çəkilən, gözügötürməyən, xain və alçaq manqurt “müəllimlər” məktəbi bağlayıb ilim-ilim itmişdilər (?). Buna nə ad vermək olar? Bu cür yanaşma Vətənə, dövlətçiliyə, dövlətin ali mükafatına qarşı hörmətsizlik deyildimi? Bu cür alçaqlar xalqın və millətin ünvanına utanc və aşağılıq gətirmirlərmi? Tərbiyədən, mədəniyyətdən uzaq olan manqurt “tərbiyəçilərdən” gənclər hansı tərbiyəni götürəcəklər? Öncə bu “tərbiyəçilərin” özlərini tərbiyə etmək lazım deylimi?Daha bir əlavə: “Dmanisi (Başkeçid) rayonunun Yuxarı Qarabulaq elinin toy məclislərinin birində ustad aşıq gözəl və məlahətli səsi ilə Ərxan müəllimin şeirini aşıq havası üstə oxuyurdu. Aşıq şeirin tapşırmasını “şair” (?) Zakir Sarıyevin adına “bağladı” (?). Məsələni aydınlaşdıran Ərxan müəllim ustad aşıqdan öyrənir ki, Zakir Sarıyev Ərxan müəllimin şeirini öz adı ilə verib. Bu da plagiator (özgənin əsərini oğurlayan, öz adına çıxan-ədəbi əsər oğrusu-Ə.Y.) Zakir Sarıyevin oğurluq və alçaqlığı, “cinayət” əməli” (tamadalıq etdiyi məclislərdə də Ərxan müəllimin şeirlərini özününkü kimi təqdim edir). Balam, şeiri, şairliyi Allah-Taala duyğulu, həssas qəlbli, xeyirxah əməlli və rəhimli bəndələrinə nəsib edir. Zalım, xalqın cibinə göz dikənləri, qanını soranları, namərdlik və satqınlıq edənləri, insanlığa qarşı dönük çıxan dığa-duğaları Allah öz kəlamlarından məhrum edir. Şairin ilhamı, mayası halal olmalıdır. Allah-Taala Sarıyevlərə ara qatmağı, başqalarının imkanından istifadə etməyi, ikiüzlülüyü, satqınlığı, namərdliyi, müxənnətliyi, paxıllığı və s. insanı aşağılayan, üz qaralığı və utanc gətirən “ilhamları” verib. Onlar bu “missiyanı” böyük məharət və peşəkarlıqla yerinə yetirirlər. “Quyuya suyu tökməklə, quyu sulu olmur”. Kəndin bəlası Zakir başqasının fikir və düşüncəsinə, dərrakə və təfəkkürünə, ilham və təbinə, İlahi payına necə sahib çıxıb “özününküləşdirir”? Bəlkə babalarımızın ortaq torpaqlarını baş qatmaqla özəlləşdirməsindən “dişində şirə qlıb”? Müəllif hüququnu qəsdən və kobudcasına pozanların aqibətinin nəticə və fəsadlarından xəbəri yoxdurmu? İndi “xəlvəti dərədə bəylik etmək dövr deyil”.... AY TAMADA Deyiləsi çox sözüm var,Dinlə məni, ay tamada.Mətahını gorda axtar, Oxu pəsdən, vay tamada.Sadağanı eldən yığdın,İnsanlara əyri baxdın.İnək kimi hər gün sağdın,Xalqa tutdun, toy tamada.Zəli kimi qanlar sordun,Haram yeyib gendə durdun.Öz-özünə tələ qurdun,Dönüb oldun “hay”, tamada.Xainliklə barışırsan,Cib soymağa çalışırsan.Kişilikdən danışırsan,Kal başına döy, tamada.Özün öydün mənsiz yerdə,Nəfsin saldı səni dərdə.Neçə dələduz, namərdə,Sən də oldun tay, tamada.Fırıldaqla torpaq aldın,El təpindi, tənha qaldın.Yolda nalı, çulu saldın,Heç vermədn boy, tamada.Lovğalandın “ağa” kimi,Quruldadın bağa kimi.Əməlini dığa kimi,Tay-tuşuna yay, tamada.Tüpürləsi üzün çoxdu,At işləməz izin çoxdu.Arsızlarda dözüm çoxdu,Dərdlərini say, tamada.Qohum kimi çox sınadım,Satqınlıqda hey qınadım.Sinən üstə od qaladım,Budur sənə pay, tamada.Yəhyaoğlu mərd olubdu,Hər kəlməsi sərt olubdu.Şeiri sənə dərd olubdu,İndi dəmlə çay, tamada.Köklə sazın, “hay” tamada.Son sözarası: Elin kəskin nifrət və təhqiredici hərəkətlərini unudub “havalı”, “qazlı” gəzən Bəkir-Zakir Sarıyev qardaşları başqasının həyatına həyasızcasına müdaxilə etməkdən, yolunu azdırmaqdan çəkinmirlər. “Bir ayağı burda, biri gorda olan”, gədələrin çaldığı “gədə hasına” bambılı kimi oynayan 85 yaşlı “ağ saqqal” Xıdır Xıdırov “saqqızını oğurladıb” şeytan xislətli bu qardaşların “təlimatı” ilə elin ustad aşığına deyir ki, “Ərxan müəllimilə danışmağına, onun evinizə gəlib-getməyinə, sənin çalıb-oxumağına “filankəsin” gədələrinin, “filan” qardaşların acığı tutur, onunla əlaqəni kəs, danışma və evinə qoyma”(?). Molla İsmayıl etiraf edir ki, “Bəkir-Zakir qardaşları bu söhbəti Xıdır babamgildə düzüb-qoşdular və şirin dillə babamı yoldan çıxartdılar”(?). Balam, güclənmək üçün adamlrın sayı yox, sanbalı lazımdır. Yüzlərlə qarğa-sağsağanı pərən-pərən etməyə Ərxan müəllimin bir tolamazısı kifayətdir. Yazıqlar olsun sizə, yazıqlar...Vaxt vardı Ağsaqqallar dava yatızdırar, küslülər barışdırar, “qanı su ilə yuyardılar”. Xıdır kimi boz saqqallar isə bambılı kimi ortaya düşüb ara qızışdırır, sönmüş ocağın üstünə benzin töküb onu alışdırır. Şeytan nə qədər ara qatan, ədavət salan olsa da, Sarıyev qardaşların və Xıdır kimi “adamların” ağılasığmaz “alçaqlıqlarını” nə yuxuda görər, nə də həyata keçirməyə vicdanı yol verər. Dünyanın peşəkar manyakları belə qələti (yalanı-Ə.Y.), namərd və dələduzluğu, alçaq və rəzilliyi etməz və “öz xoşbəxtliklərini başqalarının bədbəxtliyi üzərində qurmazlar”. Bu Ərxan müəllimin bilərəkdən mənlik və ləyaqətini alçaltmağa, el içində hörmət və nüfuzdan ”salmağa” cəht etməklə mənən cinayət törətdiklərini unudublar. “Kişi” olan kəs “ilanı seyyid əliylə tutdurmaz”. Kişilik də irsi keçir, gendən gəlir.Bir də ki, bu dünyada kişilik papaq, silindr qoymaqla ölçülmür. Xalq kimi bu yazının müəllifi də çox nanəcib və namərd “kişilərin” “papağını və silindrni boş qoyub”, “onların içinə lax yumurta yığıb”. El balalarının gələcəyi, firavanlığı üçün ömrünü şam kimi yandıran, elin qayğısına qalan alicənab insanı, qələm əhlini, “Şərəf” ordenli müəllimi şərləməyə, şantaj etməyə “manqurt müəllimləri” nə vadar etdi? Bu haqsızlığa, qeyri-insani davranış və satqınlığa “vicdanları” necə dözür? Kənd camaatı, valideyn və şagirdlər bu manqurtlara necə müraciət etsin: “müəllimmi”, yoxsa...? DANIŞMAYINEl-obanın “müəllimləri”,Şan-şöhrətçün vuruşmayın.Bilirsiniz kimliyimi,Satqınlardan soruşmayın.Nankor bilməz kədər-qəmi,Hey qatırsız bu aləmi.Bədənlərdə zəli kimi,Qan sormağa daraşmayın.İnsanlığı sanmadınız,El dərdinə yanmadınız.Yaxşı-yaman qanmadınız,Özgə işə qarışmayın.Belə təlim, təhsil olmaz,Müxənnətdən nəsil olmaz.Canavardan əsil olmaz,Əbəs yerə çalışmayın.Hamı bilir adınızı,Tamınızı, dadınızı.El söndürüb odunuzu,Nahaq yerə alışmayın.Şər, böhtanlar düzürsünüz,Ömrü, günü üzürsünüz.Qaçıb deşik gəzirsiniz,Pələng, şirlə yarışmayın.Ay Əlixan, tap özünü,Gələcəyə tut üzünü.Haqq yoluna dik gözünü,Kişilikdən danışmayın.P.S.:...“Müəllimin” şagirdə qarşı fiziki güc göstərməyinə, zorakılıq etməyinə “hüquqi dildə” nə adı vermək olar? Əgər bu cinayətdirsə, “cinayətimi müdafiə” etmək lazımdır, “cinayətkarımı”, yoxsa “zərər çəkənimi”? Səksən yaşı haqlamış təqaüdçü “uçitelə” doğurdandamı bu qədər ehtiyac var? El balalarını milli-mənəvi dəyər və keyfiyyətlərdən ayrı salmaq, onları mənən şikəst böyütmək üçün bu “ uçitellər” bizə lazımdırmı?... Bəkir-Zakirin atası, rəhmətlik Vəkil əmiyə (“Sizə gələndə”), Xıdıra (“Yüz yaşa”) və Namazın qızına (“Gülsənəm”) Ərxan müəllimin yazdığı şeirlərdən ona qarşı haqsızlıq edən manqurt görəsən, utanıb xəcalət çəkirlərimi? Vicdanları qarşısında “Allah, günahımızı bağışla” deyirlərmi? ...Öyrəndim ki, Ərxan müəllimə qarşı yersiz, ədalətsiz hərəkət edən və davrananlarla bağlı satirik şeirlərdən vəkarikaturalardan ibarət “Manqurtlar ailəsi” adlı kitabı bu yaxınlarda işıq üzü görəcək. İnşallah... ... Qartalın qıy vurması, qanad çalması ilə hücum edən qarğa və sərçələr pərən-pərən olub gizlənməyə kol-kos axtarır. Aslanın, pələngin nəriltisindən ətrafdakı dişsiz canavarlar, tülkü və çaqqallar ilim-ilim itir, gizlənməyə deşik gəzirlər... . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.