Tanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi sessiya keçirilib

Tanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi sessiya keçirilibTanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi sessiya keçirilibTanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi sessiya keçirilibTanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi sessiya keçirilibTanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi sessiya keçirilib Tanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi sessiya keçirilib Tanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi sessiya keçirilib Tanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi sessiya keçirilib Tanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi sessiya keçirilib Bu gün AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında bu elmi müəssisənin təşkilatçılığı ilə görkəmli Azərbaycan ədəbiyyatşünası və pedaqoqu, professor
Əli Sultanlının anadan olmasının 110 illiyinə həsr olunan elmi sessiya keçirilib.

Öncə Ədəbiyyat İnstitutunda Elektron oxu zalının açılışı olub.


AMEA-dan ZiM.Az-a bildiriblər ki, tanınmış alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli alimin mənalı ömür yolundan, zəngin elmi yaradıcılığından, ədəbiyyatşünaslığın inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, Qərbi Avropa ədəbiyyatının tədqiqi, tədrisi və nəşri sahəsində əvəzsiz xidmətləri olan professor Ə.Sultanlı xarici ədəbiyyat fənni üzrə Azərbaycan dilində ilk dərslik və müntəxəbatların müəllifidir. O, Azərbaycan alimləri arasında birinci dəfə 1939-cu ildə xarici ölkələr ədəbiyyatı sahəsində filologiya elmləri namizədi alimlik dərəcəsi, 1946-cı ildə isə filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Alim “Antik ədəbiyyat tarixi”, “Roma ədəbiyyatı müntəxəbatı”, “Antik ədəbiyyatı müntəxəbatı” dərsliklərinin, “Azərbaycan dramaturgiyasının inkişaf yolları”, “Nizami və Qərbi Avropa ədəbiyyatı” və digər sanballı əsərlərin müəllifi kimi şöhrət qazanmışdır.

Akademik İ.Həbibbəyli qeyd edib ki, görkəmli alimin yaradıcılığında əsas yeri “Azərbaycan dramaturgiyasının inkişaf yolları” əsəri tutur. Alim bu əsərdə ilk dəfə azərbaycan dramaturgiyasının elmi tarixini yazmışdır. Ayrı-ayrı icmal və oçerk şəklində yazılmış əsər bu gün də Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələrindəndir.

AMEA-nın vitse-prezidenti Əli Sultanlının uzun müddət Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universitetində) fəaliyyət göstərdiyini, Azərbaycan dramaturgiyasının tədqiqatçısı, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin təbliğatçısı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Ə.Sultanlının xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, SSRİ Ali Sovetinin fərmanı ilə, "Əmək ikidliyinə görə" medalı ilə təltif edilmişdir.
Akademik İ.Həbibbəyli ədəbiyyatşünas alimin elmi irsinin daha dərindən tədqiqinin vacibliyini vurğulayıb.

Daha sonra institutun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Zaman Əsgərlinin “Əli Sultanlının həyat və yaradıcılığı”, Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin əməkdaşı Leyla Ramazanovanın “Əli Sultanlının müqayisəli ədəbiyyatşünaslıqda xidmətləri” mövzusunda məruzələri dinlənilib.

Çıxış edənlər Ə.Sultanlının ali məktəblərimiz üçün ilk Qərb və dünya ədəbiyyatı kurslarının yaradıcısı, ötən əsrdə dünya klassikasını xalqımızın milli-mənəvi sərvətləri xəzinəsinə çevirməkdə bənzərsiz xidməti olan görkəmli pedaqoq olduğunu bildiriblər.

Müşfiq BORÇALI,
ZiM.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: