MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ "XXI əsrin Ziyalıları", Başkeçid 2 Mart Mustafa Qurban oğlu(1906-1996)Mustafa Qurban oğlu 1906-cı ildə Ulu Borçalımızın qədim Başkeçid (indiki Dmanisi) rayonunda anadan olmuşdur, 1910-cu ildə atası Qurban kişini və anası Salya arvadı itirdikdən sonra yetim qalmışdır. Anası Dəlləkli nəslindən idi. İsgəndərin bacısı olmuşdur. Balaca Mustafa üç qardaşı Süleyman, İsrafil, Məhəmməd və əsasən dayısı İsgəndərin himayəsində böyümüşdür. Məktəbə getməmişdir. Yazıb oxumağı sərbəst öyrənmişdir.Gürcüstanda 1921-ci ildə fevral ayının 25-də sovet hakimiyyəti qurulduqdan sonra gənc Mustafa sovet hakimiyyətini çox yaxşı qarşılayaraq kommunist hərəkatına qoşulmuşdur. 1922-ci ildə Gürcüstan Lenin Kommunist Gənclər İttifaqının üzvü olmuşdur.1926-cı ildən gənc komsomolçu Mustafa gürcüstanda yaradılan kommisarlığın tərkibində qaçaq və quldurlara qarşı mübarizə aparıb. O, vuruşların birində sağ əlindən yaralanıb. Onun baş barmağı ilə şəhadət barmağının arası parçalanmış və sağ əli ömrünün axırına kimi şikəst qalmışdır.1928-ci ildən Gürcüstan Kommunist Partiyasının üzvlüyünə namizəd, 1929-cu ildə Gürcüstan Kommunist Partiyasının üzvü olmuşdur.Mustafa Qurban oğlu 1929-cu ildə Batumiyə partiya məktəbinə göndərilib. 1931-ci ilə qədər orada oxumuşdur.1931-36-cı illərdə Başkeçid rayon partiya komitəsində Şindilər kəndi üzrə müfəttiş (instruktor) işləmişdir.1936-cı ilin yanvarında Şindilər kəndində kolxoz quruldu. Kolxoza ilk dəfə sədr seçildi. İlk dəfə insanlar səs verdilər. Birinci səs vermə çox çətin qalmaqallı keçdi. Səs vermə mədəniyyəti aşılanmayan insanların səs verməsi doğrudan da çox çətin idi. 1936-cı il yanvar ayında Coculu nəslindən olan Mustafa Qurban oğlu Şindilər kolxozuna ilk sədr seçilir.1938-ci ilə qədər kolxoz sədri işləyir 1939-cu ildə Partiya Komitəsi onu Kirov kəndinə kənd sovetinin sədri göndərdi. 1943-cü ilə qədər orada işlədi. Artıq orada yaşayan almanlar Urala köçürüldü. (II dünya müharibəsi ilə əlaqədar olaraq) Kirov kəndində ona 2 mərtəbəli 8 otaqlı ev verildi. Kirov kəndindən almanlar köçürülərkən oraya Azərbaycan türkləri yerləşdirilir. Mustafa evini kənd sovetinin binasına çevirir. O evdən qoz ağacından bir şkaf, iki sandıq və bir stol götürür. Şindilər kəndində isə köhnə bir ev onu qane edibdir. 1943-cü ildə yenidən Şindilər kəndində kolxoz sədri seçilib və 1945-ci ilə kimi işləyib. 1945-47-ci illərdə Şindilər kəndində kolxozda partiya təşkilatının katibi işləmişdir.1947-ci ildə Başkeçid rayonuna birinci katib göndərilən gürcü millətinin nümayəndəsi Divalı deyilən birisinə tabe olmadığına görə təqib olunub və 1949-cu ildə tutulubdur. 3 gün həbsdə yatıb və zaminə buraxılmışdır. Məhkəmə uzun müddət davam etmişdir. 1951-ci ildə Partiya sıralarından azad edilmişdir. 1951-ci ildən özünü müdafiəyə qalxan Mustafa SOV.İKP MK-nın Baş Katibi Stalin yoldaşa bir neçə teleqram vurmuşdur. Nəhayət 1953-cü ildə bəraət qazanaraq yenidən Partiya sıralarına bərpa olunmuşdur. 1954-57-ci illərdə kolxozda briqadir, 1957-67-ci illərdə isə ferma müdiri vəzifəsində çalışmışdır.1969-71-ci illərdə Dmanisi heyvandarlıq sovxozunda briqadir işləmişdir. 1966-cı ildə təqaüdə çıxıb. 8 oğlan və 5 qız dünyaya gətiribMustafa Qurban oğlu 1996-cı il aprelin 28-də Qurban bayramı günü Bakı şəhərində vəfat etmişdir. Bakıxanov qəsəbəsində dəfn olunmuşdur. Allah rəhmət eləsin!..Atam bu qədər vəzifələrdə işləməyinə baxmayaraq kənddə ən kasıb ailələrdən biri biz olmuşuq. Halal yaşayıb, haram yeməyib.Seyraqif COCULU.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.