= = = Sumqayıt şəhər 3 nömrəli xəstəxananın baş həkimi İsa İslam oğlu Məmmədov

=  = = Sumqayıt şəhər 3 nömrəli xəstəxananın  baş həkimi İsa İslam oğlu Məmmədov Qısa arayış:

Əslən Qərbi Azərbaycanın Göyçə mahalının Basarkəçər rayonundandır. Məlum hadisələr zamanı valideynləri Bakıya köçüblər.
İsa həkim Bakıda dünyaya göz açıb. Azərbaycan Tibb Universitetinin müalicə fakültəsində oxuyub. İlk iş yeri 2005-ci ildən 2006-cı ilə kimi Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanası olub. 2006-cı ildən 2017-ci ilə qədər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında işləyib. 2017-ci il iyul ayının 11-dən Sumqayıt şəhər 3 nömrəli xəstəxanaya baş həkim təyin olunub. Gənc olmasına baxmayaraq İsa Məmmədov tibb sahəsində elmi araşdırmalar aparıb. O, həm də 2012-ci ildə tibbin cərrahiyə sahəsi üzrə müdafiə edib tibb üzrə fəlsəfə doktoru elmi dərəcə alıb.

İsa Məmmədovun dediklərindən:
İşlədiyim xəstəxananın bünövrəsi Hacı Zeynalabdin Tağıyev tərəfindən qoyulub, qədimi binadır. Mən ilk işə başlayandan bütün tibbi avadanlıqların yenilənməsinə nail oldum. Hər cür təzə avadanlıqlar alındı. Çarpayılar təzələndi. Cərrahiyə stoluna qədər müasir tələblərə cavab verən tibbi avadanlıqlarla təhciz olundu. Həyətdə abadlıq işləri aparıldı. Cürbəcür güllər əkildi. İndiyə qədər də əlimizdən gələni edirik ki, xəstəxana müasir standartlara cavab versin. Xəstəxanada 40-a yaxın tibb işçisi işləyir. Bizim bir amalımız, bir məqsədimiz var: İnsanların sağlamlığının keşiyində durmaq. Onlar sağalıb ailəsinə qayıdanda biz də sevinirik, işimizdən məmnun qalırıq. Burada hamı birinci insan amilinə xidmət edir. Çünki uzun illər buranın bünövrəsi belə qoyulub. Buranın xalq tərəfindən sevilən loğman həkim adını almış Bəhram Paşayev kimi ağsaqqalı olub. O uzun illər həkim-cərrah sınağından çıxmış həkimlərimizdəndir. Bununla belə çox gənc və istedadlı həkim kollektivimiz var. Onlar da artıq xalqın sevimlisnə çevriliblər.
Gənc həkimlərdən Abbas həkim, Elşən həkimi göstərmək olar.
Poliklinikanın şöbə müdiri Eldəniz Cahangirovun əməyi danılmazdır.

Bizim xəstəxanaya Azərbaycanın hər tərəfindən müraciət edirlər. Xəstə ilə həkim arasında qarşılıqlı bir inam var. Həm də düşünürəm ki, H.Zeynalabdın Tağıyevin bəlkə də ruhu var burada. Ona görə xalq bura müqəddəs ocaq kimi baxır. Uşaqlar sağlam doğulur, ölüm halları olmur. Burada işləmək mənim üçün çox xoşdur. Biz həm də evlərdə də tibbi xidmətlər göstəririk.

İnsanları diqqətlə dinləməyi bacaran İsa həkim həm də əsl türk-oğuz oğlu kimi əsil-nəcabətini, genini, qanyaddaşını yaşadan ziyalımızdı. O, Göyçədə doğulmasa da qəlbində dədə-baba ocağının nisgili var. Söhbət əsasında bildirdi ki, o ozan-aşıq - Miskin Abdal nəslindəndir. Aşıq Ələsgərlə yaxın qohumluğu var. Miskin Abdal övlüya olub. Şah İsmayılın müəllimi olub. Bu müqəddəs ocağın bugünki nümayəndəsi İsa həkimdir. İsa həkim həm də dünya ədəbiyyatı klassiklərini mənimsəyib. Qarşımda Azərbaycan xalqının fəxr ediləsi bir oğlu - hərtərəfli inkişaf etmiş bir şəxsiyyəti gənc olmasına baxmayaraq kamil oğlu durmuşdur.
Qoy ulu yaradan İsa həkimi pənahında saxlasın. Tibb elminə daha çox elmi nailliyətlər gətirsin.

Əsli Mustafayeva,
“İnsanlığın keşiyində” qəzetinin təsiscisi,
“Şərqin səsi” qəzetinin redaktoru.


Zirve.info
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: