Əməkdar elm xadimi, professor Sahib Musayev (1952) Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı 1 Şubat Musayev Sahib Kazım oğluAzərbaycan Tibb Universitetinin Pediatriya fakultəsinin “Daxili xəstəliklər” kafedrasının professoru, tibb elmləri doktoru, əməkdar elm xadimi.Elektron poçtu: msahib@azeurotel.comTel: 994 (012) 4413348 (187) Əslən qədim Borçalı mahalının (indiki Gürcüstanın Marneuli rayonundakı) Mameyi kəndindən olan Sahib Kazım oğlu Musayev 1952-ci ildə Qazaxstan Respublikasının Çimkənd vilayətində sürgündə dünyaya göz açıb. O, 1954-cü ildə bəraət qazanmış valideynləri ilə bərabər sürgündən doğma Borçalıya qayıtmışdır. Orta məktəbi Qərbi Azərbaycanın Loru bölgəsinin Ləmbəli kəndində bitirmişdir. 1966-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universitetinin) müalicə-profilaktika fakultəsinə daxil olub və 1975-ci ildə oranı bitirib.1976-1981-ci illərdə Bakı şəhəri Təcili və təxirəsalınmaz Tibbi Stansiyasında həkim-kardioloq işləyib.1983-ci ildən Azərbaycan Dövlət Tibb Universitetində işləyir.1981-1984-ci illərdə moskvada - SSRİ Tibb Elmləri Akademiyasının Revmotologiya İnstitutunda aspirantura oxumuş, 1984-ci ildə həmin institutda “Sistem sklerodermiyasının kliniki-immunoloji xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.1984-1987-ci illərdə Azərbaycan Tibb İnstitutuda “Daxili xəstəliklər” kafedrasında assistent vəzifəsində çalışıb.1987-1991-ci illərdə yenə Moskvada - SSRİ Tibb Elmləri Akademiyasında doktornaturada fəaliyyət göstərmişdir.1991-ci ildə “b-talasemiyada revmotoloji sindromlar”mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və tibb elmləri doktoru elmi adına layiq görülmüşdür.1983-ci ildə X-cu Avropa Revmotoloji konqresində aktiv iştirakina görə Avropa Antirevmatik liqanın qırmızı diplomuna layiq görülmüşdür.1992-ci ildən Azərbaycan Dövlət Tibb Universitetində pediatriya fakultəsinin “Daxili xəstəliklər” kafedrasında professor vəzifəsinə seçilmişdi.Elmi işləri əsasən “Birləşdirici toxumanın diffuz xəstəliklərinin” kliniki-immunoloji xüsusiyyətləri, sistem vaskulitləri, irsi hemoglobinopatiyalarda revmatik sindromlar, revmatik xəstəliklərdə stomatoloji təzahürlər, birləşdirici toxumanın diffuz xəstəliklərində həzm sistemi orqanlarının vəziyyətinə həsr olunub. Prof. S.K.Musayev rəhbərliyi altına 6 namizədlik dissertasiyası yerinə yetirilib.200 elmi işin, 4 tədris vəsaitin, 6 metodik vəsaitin müəllifidir.Professor Sahib Musayev Finlyandiyada, İtaliyada, Rumıniyada, Çexoslovakiyada, İzraildə, İstambulda, Antaliyada, Yaponiyada, Fransada, İspaniyada, Londonda keçirilən Beynəlxalq konqreslərdə aktiv iştirak etmişdir.2005-ci ildə Beynalxalq Elmlər Akademiyası həqiqi üzvü seçilib.2006-cı ildə Əməkdar Elm xadimi adına layiq görülmüşdür.Biz də tanınmış alim, tibb elmləri doktoru, Əməkdar Elm xadimi, çox hörmətli professor Sahib Musayevə şərəfli elmi-tibbi və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.