Professor Məmməd Xası oğlu Əliyev (1956) Səhiyyə, "XXI əsrin Ziyalıları", Darvaz 20 Temmuz ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..Məmməd Xası oğlu Əliyev - 15 sentyabr 1956-cı ildə qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində qulluqçu ailəsində anadan olub.1963-cü ildə Darbaz kənd orta məktəbinin birinci sinifinə gedib, 1973-cü ildə həmin məktəbi bitirib. 1973-1975-ci illərdə Bolnisi rayon Darbaz kəndində “Telman” adına kolxozda kolxozçu işləyib.1975-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universitetinin) sanitariya-gigiyena fakültəsinə daxil olub. Təhsil illərində yüksək təhsil göstəricilərinə görə “Lenin” təqaüdünə layiq görülüb.1981-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirərək institut Elmi Şuranın qərarı ilə patoloji fiziolgiya kafedrasında saxlanılıb və aspiranturaya daxil olub. 1985-ci ildə “Terminal vəziyyətlərdə qan və limfanın laxtalanma pzulmaları və onların korreksiyası” mövzusunda namizədlik dissertasiyası, 2006-cı ildə “Postreanimasyon ensefalopatiyanın patogenezində limfanın laxtalanması və toxumaların limfodrenajının pozulma mexanizmləri, onlarin korreksiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Məmməd Xası oğlu Əliyev ATU-nun Patoloji fiziologiya kafedrasında assistenti (1985), baş müəllimi (1987), dosent (1996), professor (2006) vəzifələrinə seçilib.Onun rəhbərliyi ilə bir tibb üzrə elmlər doktoru, iki tibb üzrə fəılsəfə doktoru dissertasiyaları müdafiə edilmişdir.270-dən çox elmi məqalə müəllifidir. Azərbaycan dilində iki hissədən ibarət “Patoloji fiziologiya” dərsliyinin (2015, 2016), ilk dəfə 3 (azərbaycan, ingilis, rus) dildə çap edilmiş “Patoloji fiziologiyadan atlas” və “Patoloji fiziologiyadan test tapşırıqları” dərsliklərinin, 1 dərs vəsaitinin, 5 ixtiranın və 5 səmərələşdirici təklifin müəllifidir.2007- 2017-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb üzrə Ekspert Şurasının üzvü olmuş, 2017-ci ildən isə elmi katibi kimi fəaliyyət göstərir. 2010-cu ildən patoloji fiziologiya kafedrasının tədris hissə müdiri vəzifəsində çalışır və həmin ildən Dövlət İmtahan Mərkəzinin tibbi baza təhsili əsasında rezidenturaya qəbul komissiyasının patoloji fiziologiya fənni üzrə ekspert qrupunun rəhbəridir.Bir sıra respublika və beynəlxalq elmi cəmiyyətlərin, o cümlədən Azərbaycan Patofizioloqları Elmi Cəmiyyətinin (Bakı, 1982), Ürəyin Öyrənilməsi üzrə Beynəlxalq Elmi Cəmiyyətin (London, 1989), Beynəlxalq Limfoloqlar Cəmiyyətinin (Əndican, 1991) və Beynəlxalq Patofizioloqlar Cəmiyyətinin (Moskva, 1991), Azərbaycan Respublikasının allerqologiya, immunologiya və immunreablitasiya Elmi Cəmiyyətinin və Ukraynada nəşr edilən "Неонатологія, хірургія та перинатальна медицина" jurnalının (avqust 2017) redaksiya heyətinin üzvüdür.Bakı şəhərində keçirilən 3-cü və 4-cü Beynəlxalq Bakı Tibb Konqresinin münsiflər heyətinin üzvü olub.Evlidir, 1 oğlu, 2 nəvəsi var. Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından dəyərli ziyalımız, tanınmış alim, vətənpərvər və yurdsevər soydaşımız, Azərbaycan Tibb Universtetinin Patoloji fiziologiya kafedrasının tədris işləri üzrə müdirı, tibb elmləri doktoru, çox hörmətli professor Məmməd Xası oğlu Əliyevə şərəfli elmi-tibbi və pedaqoji fəaliyyətindəyeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.