AzTU-da 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

AzTU-da 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib 2017-ci il fevralın 2-də Azərbaycan Texniki Universitetində 2 Fevral – Azərbaycan Gənclər Gününə
həsr olunmuş tədbir keçirilib.


ZiM.Az xəbər verir ki, tədbiri universitetin Tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov açaraq
AzTU-nun rektor əvəzi
Xalıq Yahudov
un təbrikini gənclərə çatdırıb və bildirib ki, Gənclər Günü ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Prorektor qeyd edib ki, Azərbaycan Texniki Universitetində bilikli, bacarıqlı mühəndis kadrların hazırlanması üçün hər cür şərait yaradılıb. Universitetdə gənclərlə bağlı həyata keçirilən layihələrdən danışan prorektor bütün bu işlərin Prezident İlham Əliyevin gənclərlə bağlı siyasətinin tərkib hissəsi olduğunu bildirib. Vurğulanıb ki, bu ideyanın dəqiq və müntəzəm həyata keçirilməsi öz bəhrəsini verməkdədir. AzTU tələbələri hər zaman ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayıb və əsl vətəndaş mövqeyi nümayiş etdiriblər.

Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Beynəlxalq Əlaqələr Departamentinin sədri Nurxan Babayev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti uzaq perspektivlərə hesablanıb.Nurxan Babayev qeyd edib ki, gənclərə göstərilən bu qayğı və diqqət gənclərlə bağlı infrastruktur bazasının yaradılması, müəyyən qanunların qəbul edilməsi, konkret hədəflərə hesablanmış dövlət proqramlarının həyata keçirilməsi Azərbaycanın gələcəyi üçün layiqli gənc nəsil yetişdirmək məqsədi daşıyır.

AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı və tələbələr də çıxışlarında ölkədə yürüdülən gənclər siyasətindən danışıblar. Bildirilib ki, dünyanın heç bir ölkəsində gənclərə Azərbaycandakı kimi diqqət və qayğı göstərilmir. Hazırda AzTU-nun çoxminli tələbələri sırasında kifayət qədər intellekt sahibi olan, vətənpərvərliyi ilə seçilən, yüksək biliklər mənimsəmiş gənclər az deyil.

Toplantıda çıxış edənlər universitetdə təhsil alan bütün gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib, onlara təhsildə və həyatda yeni-yeni uğurlar arzulayıblar.

Sonda təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə AzTU-nun THİK, TGT və Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzi tərəfindən təsis edilən diplomlar təqdim edilib.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: