Gürcü dili üzrə mütəxəssis xidmətləri tələb olunur Təhsil, Gürcüstan, Elanlar 14 Aralık Xidmətin predmeti: Ümumtəhsil məktəblərinin ibtidai (I-IV siniflər) və ümumi orta (V-IX siniflər) təhsil səviyyələri üçün “Azərbaycan dili (dövlət dili kimi)”, “Riyaziyyat”, “Xarici dil”, “İnformatika”, “Həyat bilgisi”, “Texnologiya”, “Musiqi”, “Təsviri incəsənət”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya”, “Fiziki tərbiyə” fənləri üzrə dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait) gürcü dilinə tərcüməsinin keyfiyyətinin ekspertizası. Xidmətin icra olunduğu yer: Azərbaycan Respublikasının Təhsil Nazirliyi. Məsafədən işləmək və sərbəst iş qrafiki mümkündür. Xidmətin icra müddəti: dekabr 2015-ci il - dekabr 2016-cı il. Namizədlərə verilən tələblər: Müxtəlif elm sahələri üzrə Azərbaycan-gürcü, yaxud rus-gürcü dilləri üzrə peşəkar bilik və bacarıqlara malik olmaq. Pedaqoji təcrübəyə malik olanlara üstünlük veriləcəkdir. Müraciət forması: Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıq etmək arzusunda olan şəxslər əlavə olunmuş formatda öz tərcümeyi-halını (CV) 30 noyabr 2015-ci il tarixədək h.vusale@edu.gov.az e-poçtuna göndərə bilərlər. Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək bu ünvandan əldə etmək olar: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.Azərbaycan Respublikasının Təhsil NazirliyiƏlaqələndirici şəxs: Vüsalə HəsənovaƏlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 51-16)E-poçt: h.vusale@edu.gov.az Tərcümeyi-hal (CV) formatı Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.