Professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” kitabı ADPU-da təqdim olunub

Professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” kitabı ADPU-da təqdim olunub Professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” kitabı ADPU-da təqdim olunub Professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” kitabı ADPU-da təqdim olunub Professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” kitabı ADPU-da təqdim olunub Professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” kitabı ADPU-da təqdim olunub Professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” kitabı ADPU-da təqdim olunub Professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” kitabı ADPU-da təqdim olunub Professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” kitabı ADPU-da təqdim olunub Professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” kitabı ADPU-da təqdim olunub Professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” kitabı ADPU-da təqdim olunub Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2016-cı il noyabr ayının 25-də Türkiyə Respublikasının Atatürk Universitetinin Türkiyyat Araşdırmaları İnstitutunun müdiri, professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Bitlis Eren Universitetinin rektoru Mahmud Toğrul, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndələri, ADPU-nun Ümumi tarix kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, professor Əsədulla Cəfərov, Qobustan Milli Tarix-Bədii Qoruğu Muzeyinin direktor müavini Rəhman Abdullayev, universitetin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müdiri, dosent Rəcəb Əliyev, Qobustan ərazisinin toponimlərinin tədqiqatçısı Şakir Qobusanlı, ZiM.Az-ın baş redaktoru Müşfiq Borçalı, tarix elmləri doktoru Fəxri Hacıyev və b. iştirak ediblər.

ADDU-nun Mətbuat xidmətindən ZiM.Az-a bildiriblər ki, təqdimat mərasimindən öncə qonaqlar universitetdə Heydər Əliyev muzeyində və Heydər Əliyev məktəbinin lektoriyasında olaraq xalqımızın bu dahi oğlunun həyat və fəaliyyətini əks etdirən çoxsaylı fotoşəkillər və sənədlərlə tanış olublar.
Qonaqlar həmçinin universitetin filologiya fakültəsi nəzdindəki «Türk araşdırmaları» Elmi-Tədqiqat Laboratoriyasında (ETL) olublar. ETL-nın müdiri, filologiya elmləri doktoru, professor Elman Quliyev rəhbərlik etdiyi laboratoriyanın fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov təqdimat mərasimini giriş sözü ilə açaraq qonaqları salamlayıb və bildirib ki, bu görüş və təqdimat tələbə-gənclərin professor Cengiz Alyılmazı daha yaxşı tanımaları məqsədilə keçirilir. Rektor Azərbaycanın yaxın dostu, görkəmli tədqiqatçı alim Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” əsəri haqqında məlumat verərək bildirib ki, adıçəkillən elmi kitab-albom Bitlis Eren Universitetinin altıncı nəşridir və əsər Ankarada işıq üzü görüb.Tanınmış alim 10 il müddətində dəyərli elmi araşdırmalar aparıb. Bu kitab Azərbaycan tarixinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Professor Cengiz Alyılmaz öz valideynlərinə həsr etdiyi bu kitabın birinci səhifəsində Azərbaycanın böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin məşhur “Məndə sığar iki cahan, mən bu cahanə sığmazam, Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam” misrasını verib. Türk dünyasının ən qədim mədəniyyət nümunələri barədə böyük axtarışları sayəsində hazırladığı kitabda professor Qobustan qayaüstü yazıları barədə də geniş məlumat verir. O, “Ömür kitabım” adlandırdığı bu əsərdə təkzibolunmaz faktlarla əsaslandırır ki, türkdilli xalqların ən qədim yazı və qayaüstü rəsm mədəniyyətləri Azərbaycanın Qobustan bölgəsindən başlanır. Alim “Qobustan” adının yaranması və mənası barədə böyük tədqiqatlar ortaya çıxara bilib.

Rektor Cəfər Cəfərov çıxışında deyib ki, ümumilikdə 704 səhifə olan kitabda, həmçinin əksəriyyətinin professor Cengiz Alyılmazın özünün müəllifi olduğu və türk xalqlarına aid abidələri əks etdirən nadir fotolar yerləşdirilib. Türk dilinə, qədim tarixinə və mədəniyyətinə dair son dərəcə orijinal faktların toplandığı bu əsər tədqiqatçılar üçün dəyərli vəsaitdir. Qeyd etmək lazımdır ki, professor Cengiz Alyılmaz öz iş otağında türk xalqlarına dair maraqlı muzey yaradıb. Muzeydə Azərbaycanla bağlı çoxlu sayda sənət əsərləri var. 1989-cu ildən fəaliyyətə başlayan muzeydə türkdilli ölkələrdən gətirilən 2 mindən çox sənət əsəri nümayiş olunur və onların hamısı əl işləridir.

Təqdimat mərasimində alimin elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Professor Cengiz Alyılmaz çıxış edərək kitabın təqdimat mərasiminin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib. Əsərin necə ərsəyə gəlməsi barədə fikirlərini bölüşən müəllif bildirib ki, kitabın bir sıra türkdilli ölkələrdə, o cümlədən Bakı, Ankara, İstanbul və digər şəhərlərdə təqdimat mərasimləri keçirilib.
O, Azərbaycanın son illər sürətlə inkişaf etməsindən, şəhər və bölgələrinin gözəlləşməsindən sevinc duyduğunu bildirib. Çıxışının sonunda isə gənclərə tariximizi dərindən öyrənməyi və ona sahib çıxmağı tövsiyə edib.

Təqdimat mərasimində professor Əsədulla Cəfərov, professor Vəli Əliyev, Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, dosent Rəcəb Əliyev, Qobustan Milli Tarix-Bədii Qoruğu Muzeyinin elmi katibi Rəhman Abdullayev və digərləri çıxış edərək əsərlə bağlı fikirlərini bölüşərək əsərin xalqımızın, eləcə də bütün türk dünyasının tarixinə dəyərli töhfə olduğunu bildiriblər və kitabın müəllifinə uğurlar arzulayıblar.

Təqdimat mərasiminin sonunda qonaqlara ADPU-nun hədiyyələri təqdim edilib, xatirə şəkli çəkdirilib.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: