ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə keçirilir Təhsil » ADPU 22 Aralık Azərbaycan Dövət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə keçirilir. ADPU-nun Mətbuat xidmətindən ZiM.Az-a bildiriblər ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun müvafiq əmri ilə universitetdə doktoranturaya və dissertanturaya qəbul imtahanlarının və müsahibə prosesinin həyata keçirilməsi üçün nüfuzlu professorların təmsil olunduğu 14 nəfərdən ibarət Sənəd Qəbulu Komissiyası (SQK) yaradılıb. Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2016-cı il üçün 20-yə qədər ixtisas üzrə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 22 yer, dissertanturaya 19 yer, elmlər doktoru hazırlığı üzrə isə dissertanturaya 10 yer ayrılmışdır. Sənəd Qəbulu Komissiyasına 82 nəfər sənəd təqdim etmişdir. SQK-nın qərarına əsasən 70 nəfər imtahanlara və müsahibəyə buraxılmışdır. Dekabr ayının 22-dən başlanan imtahan və müsahibə prosesinin yanvar ayının 12-də başa çatması nəzərdə tutulur. Dekabr 22-də ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov auditoriyalarda olaraq imtahan və müsahibənin gedişini müşahidə ediblər. İddiaçılar sənəd qəbulunun, eləcə də imtahan və müsahibənin şəffaf və obyektiv təşkil edilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.