ADPU-da doktorluq dissertasiyasının ilkin müzakirəsi

ADPU-da doktorluq dissertasiyasının ilkin müzakirəsiADPU-da doktorluq dissertasiyasının ilkin müzakirəsi
ADPU-da doktorluq dissertasiyasının ilkin müzakirəsiADPU-da doktorluq dissertasiyasının ilkin müzakirəsi ADPU-nun Azərbaycan
dili və onun tədrisi
metodikası kafedrasında
“Aşıq yaradıcılığında işlənən onomastik vahidlərin linqvistik tədqiqi” mövzusunda doktorluq dissertasiyasının ilkin müzakirəsi keçirilib


2017-ci il fevral ayının
15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin Azərbaycan
dili və onun tədrisi metodikası kafedrasında dosent Məmmədxan Soltanovun “Aşıq yaradıcılığında işlənən onomastik vahidlərin linqvistik tədqiqi” mövzusunda doktorluq dissertasiyasının ilkin müzakirəsi keçirilib.


ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimli
ZiM.Az-a bildirib ki,
müzakirəni
giriş sözü ilə kafedranın müdiri, filologiya üzrə elmlər doktoru, professor
Əzizxan Tanrıverdiyev
açıb, müzakirə iştiraıçılarına dosent
Məmmədxan Soltanov
un həyatı və elmi-pedaqoji fəaliyyəti haqqında qısa məlumat verib.

Sonra söz dosent
Məmmədxan Soltanov
a verilib.

Dosent Məmmədxan Soltanov dissertasiya işinin aktuallığı, obyekt və predmeti, elmi yeniliyi, məqsəd və vəzifələri haqqında yığcam məlumat verib, dissertasiya işinin məzmunu ilə iştirakçıları tanış edib, verilən sualları cavablandırıb.

Bundan sonra, dissertasiya işi haqqında rəylər söylənilib, işin dəyər və mahiyyəti haqqında fikirlər bildirilib, müəyyən iradlar, sual doğuran məsələlər göstərilib.

Müzakirə polemika şəraitində keçmiş və dissertasiya göstərilən iradların aradan qaldırılması şərtilə müsbət dəyərləndirilmişdir.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: