“İctimai Mədəniyyət” layihəsinin qalibi AzTU, QHT, GVİİM 22 Aralık Azərbaycan Texniki Univeristeti (AzTU) Gənclərin Virtual İnkişafı və İdarəetme Mərkəzinin (GVİİM-in) rəhbəri Vüqar Münasib oğlu Əliyev Azərbaycan Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsində C kateqoriyası üzrə “İctimai Mədəniyyət” layihəsi ilə qalib olub. 21 Dekabr 2016-cı il dekabrın 21-də AzTU-nun Oxu zalında Zalında həmin Layihənin təqdimat mərasimi keçirilib.Təqdimat mərasimindən sonra Vüqar Əliyev ZiM.Az-ın əməkdaşına bildirib ki, Azərbaycan gəncliyinin inkişafı çərçivəsində müxtəlif sahələrdə bilik və bacarıqlara malik gənclər özlərinin istedadlarına söykənərək gənclər siyasətinə müxtəlif mövzularda tövhələr verir. Gənclər sektorunun günbəgün inkişafı gənclərin elm və mədəniyyətin müxtəlif sahələrdə maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması, istedaldların üzə çıxarılması istiqamətində uğurlar əldə etməkdədir. Biz gənclər də ölkəmizin mənafeyi naminə üzərimizə düşən vətəndaşlıq borcumuzu özümüzü bir müstəqil və mədəni gənc olaraq vətəndaş mədəniyyətini tərənnüm etməklə verə bilərik. Bu layihə hər zaman insani dəyərlərin təzahürü olaraq qiymətləndirilə bilər. Vüqar Əliyev onu da vurğulayıb ki, “İctimai Mədəniyyət” layihəsi istedadlı gənclərin üzə çıxarılması, yaradıcılıq qabiliyyətininn inkişaf etdirilməsinə yönəlmiş irimiqyaslı layihə kimi çıxış edir. Layihə qalibi onu da diqqətə çatdırıb ki, Layihə zamanı gənclər küçədə etik qaydalara əsaslanaraq özünüidarə, mədəni və insani davranış, gündəlik həyat tərzinin qısametrajlı videoçarxlar hazırlayaraq müsabiqəyə qoşulublar. Müsabiqə zamanı videoçarxlar izlənilmiş və sosial şəbəkələr vasitəsilə ictimaiyyətə təqdim olunmuşdur. Bunda əlavə videoçarçarxlarla yanışı müsabiqədə iştirak etmiş gənclər təlimlərədə cəlb olunmuşlar.Biz də Vüqar Əliyevə yeni-yeni uğurlar arzulayırıq!..Etibar OVÇUYEV,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.