20 Yanvar xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır

20 Yanvar xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır20 Yanvar xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır 20 Yanvar xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır
20 Yanvar xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır 2017-ci il Yanvarın 18-də
Azərbaycan Texniki
Universitetində (AzTU)
20 Yanvar faciəsinin
27-ci ildönümü ilə əlaqədar
anma tədbiri keçirilib.


ZiM.Az xəbər verir ki,
əvvəlcə faciə qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazı bütövlüyü uğrunda həlak olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə
AzTU-nun rektoru əvəzi
Xalıq Yahudov
açıb.
O, 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəblərindən, ağır mənəvi, psixoloji və sosial nəticələrindən danışıb, 20 Yanvar tarixinin Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsi olduğunu bildirib. Vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc və günahsız insanların Sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın mübarizə əzmini qıra bilməyib.

Qanlı Yanvar faciəsinin qurbanlarından biri də
AzTU-nun nəqliyyat fakültəsinin tələbəsi
İlqar Əhmədov
olub.

Qeyd olunub ki, Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz sürətlə inkişaf edib, ordumuz daha da güclənib. Azərbaycan öz suverenliyini, müstəqilliyini qoruyub saxlamaq iqtidarında olan, güclü iqtisadiyyata sahib bir ölkədir.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu direktorunun müavini
Cəbi Bəhramov
bu faciənin xalqımızın həyatında və yaddaşında dərin iz qoyduğunu deyib. Bildirilib ki, həmin gecə günahsız və silahsız vətəndaşlarımız milli azadlığımız, suverenliyimiz uğrunda mübarizəyə qalxıblar.

AzTU-nun Tələbə Gənclər Təşkilatının sədri Məmmədaslan Quliyev bugünkü gənclərin
20 Yanvar hadisəsinə faciə kimi yanaşmadığını deyib.
Azərbaycan gəncləri bu tarixi qəhrəmanlıq və müstəqilliyimiz uğrunda mübarizə tarixi kimi yada salır.

Sonda 20 Yanvar faciəsi ilə bağlı sənədli filmlər, slaydlar nümayiş olunub,
tələbələr ədəbi-bədii kompozisiya təqdim ediblər.

Tədbirə AzTU-nun rektoru əvəzi X.Yahudov yekun vurub və bir daha bildirib ki,
20 Yanvar hər zaman xalqımızın tarixində həm milli matəm və hüzn günü kimi,
həm də qürur və iftixar hissi ilə xatırlanacaq.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: