AzTU-da Dövlət Bayrağı və Azərbaycan Respublikasının Konstitusiya günlərinə həsr olunmuş tədbir keçirilib Təhsil » AzTU 7 Kasım 2017-ci il Noyabrın 7-də Azərbaycan Texniki Universitetində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı və 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günlərinə həsr olunmuş tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanıb.Universitetin prorektoru İsa Xəlilov AzTU-nun rəhbərliyi adından hər iki bayram münasibəti ilə tələbələri təbrik edib. Prorektor qeyd edib ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib. Hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.Daha sonra professor Qabil Hüseynli hər iki günün yaranma tarixindən geniş danışıb və bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq və demokratik quruluşa təminat verən müddəaları ilə konstitusiyamız Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyur.AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı və Tələbə Gənclər Təşkilatının sədri Zərifə Əlizadə çıxışlarında bildiriblər ki, bugünkü gənclər milli-mənəvi dəyərlərimizə ehtiramla yanaşır, doğma Vətənimizə sədaqətlə xidmət edir, xalqımızın xoşbəxt gələcəyi və rifahı naminə səylərini əsirgəmirlər.Sonda “Maşınqayırma” fakültəsinin tələbəsi Ziya Bayramovun söylədiyi Ramiz Qusarçaylının “Azərbaycan Bayrağı” şeiri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.