AzTU-da qış mövsümünə hazırlığın vəziyyəti

AzTU-da qış mövsümünə hazırlığın vəziyyəti Bu günlərdə Azərbaycan Texniki Universitetinin (AzTU)
İnzibati-təsərrüfat işləri üzrə prorektoru,
dosent Abuzər Ağaverdi oğlu Mirzəliyev
universitet Elmi Şurasının
növbəti iclasında
“AzTU-da qış mövsümünə hazırlığın vəziyyəti” mövzusunda məruzə ilə
çıxış etmişdir.
İclasdan sonra ZiM.Az-ın əməkdaşı dosent Abuzər Mirzəliyevlə görüşüb ondan Payız-qış mövsümünə hazırlıqla bağlı 2018-ci ildə AzTU-da görülmüş işlər barəsində dəyərli oxucularımıza ətraflı məlumat verməsini
xahiş etmişdir.

Dosent Abuzər Mirzəliyev demişdir:


- 2018-ci ildə Universitetin maddi texniki bazasının möhkəmləndirilməsi, Universitetin tədris-laboratoriya otaqlarının yeni tədris ilinə hazırlanması və Universitetdə aparılan təmir-tikinti və abadlıq işləri, hamınıza bəllidir. Bunlarla bərabər, hər il olduğu kimi, 2018-ci tədris ilində də Universitetin tədris-laboratoriya otaqlarını payız-qış mövsümünə hazırlamaq, onların istilik sistemlərinin sazlaması, nəqliyyat vasitələrinin fasiləsiz işini təmin etmək, tələbələrin, köməkçi tədris heyyətinin, professor-müəllim kollektivinin əməyinin, istirahətlərinin və sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Təhsil naziri cənab Ceyhun Bayramovun Təhsil Nazirliyinin tabeliyində olan tədris müəssisələrinin 2018/2019-cu tədris ilində payız-qış mövsümünə hazırlığının təmin olunması haqqında əmrinə müvafiq olaraq Universitetin payız-qış mövsümünə hazırlıq planı tərtib olunmuş və iş icrası vaxtları konkret göstərilmişdir.
2018-2019-cu tədris ildə Universitetdə əsaslı təmir işəlri görülmüşdür. Bu təmir işlərinin içərisində o cümlədən binaların istilik və elektrik avadanlıqları yenilənmişdir.
Təsdiq edilmiş tədbirlər planına uyğun olaraq aşağıdakı işlər görülmüşdür.
Tədris və yataqxana binalarında istilik sisteminin əvvəlcədən soyuq su ilə kipliyi yoxlanılmış və cari təmir işləri görülmüşdür.
İstilik təminatı ilə əlaqədar sistemdə quraşdırılmış siyirtmələrin işlək vəziyyəti yoxlanılmış, nizamlanmış və nasaz siyirtmələri dəyişdirilmişdir.
Yataqxana binalarında qapı və pəncərələrin aralıqlarının kipliyi yoxlanmış və 118 m2 2 qat şüşələnmə işləri görülmüşdür.
Universitetin ərazisində yerləşən 10 KV transformator məntəqəsinin yüksək gərginlik hissəsində elektrik ayırıcılarında cari təmir işi aparılmış, sıradan çıxmış yağ açarlarının hissələri, dəyişdirilmişdir və sallahxana yarımstansiyasından universitetə gələn yüksək gərginlik xətlərində nasaz yerlər aşkar edilərək bərpa edilmişdir.
Həmin transformator məntəqəsində 630 Kv-lıq güc trasformatorunun alçaq gərginlik tərəfində tələb olunan bütün cari və profilaktik təmir işləri görülmüşdür.
İşıqlandırma və güc avadanlıqlarında, elektrik sistemlərində, yardımçı paylayıcı şitlərdə cari təmir işlər başa çatdırılmışdır.
Tədris binalarında yardımçı nasaz elektrik paylayıcı şitləri texniki tələblərə cavab verən müasir tipli elektrik paylayıcı şitlərlə əvəz edilmişdir.
Tədris binalarında kontur torpaqlama işinin normativə uyğun olmasının yoxlanması işləri yerinə yetirilmişdir.
Yanğına qarşı istifadə olunacaq nasosların texniki cəhətdən etibarlı işləməsini təmin etmək üçün cari təmir işləri görülmüşdür.

Universitetimizə məxsus böyük bir təsərrüfat hissəsində payız-qış mövsümünə hazırlıqla bərabər bir sıra işlər indi də aparılmaqdadır. Bunlardan:
Payız-qız mövsümündə tədris binalarını fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədi ilə Universitetin ərazisində yerləşən elektrik yarımstansiyasından tədris binalarının hər birinə gələn alçaq gərginlik kabelləri ehtiyat kabel nəzərə alınmaq ilə yenilənmişdir.
Payız-qış mövsümündə tədris binalarını istiliklə təmin etmək məqsədilə qazanxanada buxar qazanında profilaktik təmir işi aparılmışdır. Eyni zamanda yeni 2 ədəd L-4000, D-300 mm-dan istilik dəyişdiricinin qapaqları açılaraq içərisi ərpdən təmizlənmişdir.
Universitetin ərazisində 1500 p.m magistral istilik xətləri yeni borular ilə əvəz edilmişdir.
Tədris binalarının istilik sisteminin qovşaqlarında cari təmir işləri başa çatdırılmışdır.
Universitetin tədris binalarına daimi verilən su xəttinə birləşdirmə işləri tam yerinə yetirilmişdir və hazırda universitetə 24 saat ərzində su verilir.
Həyətyani ərazidəki su axıdıcı borular bir yerə yığılaraq kanalizasiya quyularına ötürülmüşdür və 3 ədəd su kranları quraşdırılmışdır.
Universitetin ərazisində 11500 m2 yeni asfalt-beton örtüyü çəkilmişdir.
Əraziyə yeni keçid darvazası quraşdırılmış və avtomobilləri saxlamaq üçün 250 m2 sahədə metal çardaq quraşdırılmışdır.
Əməkdaşların avtomaşınlarını saxlamaq üçün 125 yerlik əhatələndirilmiş sahələr ayrılmışdır.
Tələbə şəhərciyində su təchizatını yaxşılaşdırmaq məqsədilə nasaz su nasosları təmir olunmuşdur.
Tələbə şəhərciyindəki sanitar qovşaqlarında bir sıra cari təmir işləri yerinə yetirilmişdir.
Universitetin II və V tədris binalarının arasında olan tikilinin təmir-tikinti işləri başa çatmaq üzrədir və cari ilin sonuna qədər istifadəyə veriləcək.
Payız-qış mövsümünə hazırlıq işlərinin tam öz gücümüzlə aparılmasına baxmayaraq belə hesab edirik ki, görülən işlərlə bərabər görülməmiş, amma görülməsi zəruri olan işlərimiz də az deyildir.

- Geniş və ətraflı məlumat verdiyiniz üçün təşəkkür edir və Sizə işlərinizdə yen-yeni uğurlar arzulayırıq!..

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: