AzTU-da “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım mərasimi keçirilib

AzTU-da “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım mərasimi keçirilib AzTU-da “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım mərasimi keçirilib AzTU-da “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım mərasimi keçirilib AzTU-da “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım mərasimi keçirilib AzTU-da “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım mərasimi keçirilib AzTU-da “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım mərasimi keçirilib AzTU-da “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım mərasimi keçirilib AzTU-da “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım mərasimi keçirilib 2019-cu il martın 29-da Azərbaycan Texniki Universitetində (AzTU)
“31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım mərasimi keçirilib.
Tədbir soyqırım qurbanlarının xatirəsini
bir dəqiqəlik sükutla
yad etməklə başlayıb.


ZiM.Az xəbər verir ki,
toplantını giriş sözü ilə
AzTU-nun rektor əvəzi,
professor Xalıq Yahudov
açaraq qeyd edib ki, “Son iki əsrdə xalqımıza qarşı törədilmiş qanlı cinayətlərlə dolu hadisələr soydaşlarımızın xatirəsindən heç vaxt silinməyəcəkt. Tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, törədilmiş faciələrə obyektiv qiymət vermək mümkün olmayıb. Yalnız müstəqillik dövründə, yəni 1998-ci il martın 26-da Azərbaycan prezidenti ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə 31 Mart - "Azərbayacanlıların Soyqırımı Günü” elan edilib və erməni millətçilərinin cinayətkar əməllərinə hüquqi-siyasi qiymət verilib. Ulu öndərin siyasətini uğurla davam etdirəm Azərbaycan prezidenti İlham Əliyev bu faciələrin dünyaya çatdırılması ilə əlaqəli bir çox fərman və sərəncamlar imzalayıb”.

Rektorun çıxışından sonra bu dəhşətli faciə hadisələrini əks etdirən filim nümayiş etdirilib.

Sonra Universitetin “İctimai fənlər” kafedrasının müdiri, professor Şikar Qasımov geniş məruzə ilə çıxış edib.
O, bildirib ki, ermənilərin 1905-ci ildən Bakıda, İrəvanda, Zəngəzurda, Qarabağda və digər yerlərdə başlayan kütləvi qırğınları 1918-ci ilə qədər davam edib. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetiririlib və on minlərlə insan itkin düşüb.

Daha sonra AzTU-nun “Radiotexnika və rabitə” fakültəsinin tələbəsi Narıngül Zeynalova
tələbələr adından çıxış edərək bildirib ki, indi biz gənclərin vəzifəsi xalqımıza qarşı həyata keçirilən soyqırım haqqında bu günkü və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: