AzTU GVİİM "Asan Xidmət"lə əməkdaşlığa başlayıb AzTU, GVİİM 11 Aralık Azərbaycan Texniki Universiteti Gənclərin Virtual İdarəetmə və İnkişaf Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN Xidmət) “Psixologiya və Təlim” proqramı modelinin yaradılması üzrə əməkdaşlığa başlanılıb. AzTU GVİİM tərəfindən həyata keçirilən “Psixologiya və Təlim” proqramı çərçivəsində ASAN Könüllüləri artıq noyabr paketi üzrə təlimləndirilmə prosesini başa vurublar.8 noyabr 2019-cu il tarixindən start verilən təlimlər zamanı 3 saylı ASAN Xidmətin Könüllüləri “Bədən dili, Emosiyalarını idarə et, Etibarlılıq, İnandırma texnikaları”, “Qorxu – müxtəlif tipli fobiyalar, qorxu hallarının korreksiyası”, “Liderlik bacarıqları və onların təkminlləşdirilməsi, Kütlənin idarə olunması, Situasiyalar və onların təhilili, Situasiylardan çıxış”, “Effektiv ünsiyyət bacarıqları”, “Karyeraya haradan başlamalı?” mövzularında bilik və praktiki bacarıqlarını inkişaf etdiriblər.Qeyd edək ki, dekabr paketi üçün ASAN Könüllüləri müxtəlif mövzulu təlimlərə cəllb olunacaq.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.