AzTU-da 20 Yanvar faciəsi anılıb Təhsil » AzTU 17 Ocak Azərbaycan Texniki Universitetində (AzTU) 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.Tədbir iştirakçıları universitetin foyesindəfaciə qurbanlarının xatirəsinə həsr olunan fotosərgiyə baxıblar.Azərbaycanın müstəqilliyivə ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə AzTU Televiziya Studiyasının hazırladığı 20 Yanvar şəhidi, universitetin tələbəsi İlqar Əhmədova həsr olunmuş “Azadlıq fədaisi” sənədli filmi nümayiş olunub. Filmdə şəhidin müəllimləri və qrup yoldaşları onunla bağlı xatirələrindən danışıblar.AzTU-nun rektoru Vilayət Vəliyev 20 Yanvar hadisələri barədə məlumat verib. Bildirib ki, Qanlı Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun və onun tərkibində çoxluq təşkil edən erməni silahlılarının xalqımıza qarşı birgə həyata keçirdiyi faciə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda gedən mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də faciə qurbanlarının əziz xatirəsinin yad olunmasını hər zaman diqqətdə saxlayır, onların xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müxtəlif fərmanlar, sərəncamlar imzalayır. Dövlət başçısının "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" imzaladığı sərəncamı da bunun bariz nümunəsidir.Daha sonra Prezident kitabxanasının şöbə müdiri, Dövlət Mükafatı Laureatı Nazim Mustafa, AzTU-nun nəzdində Bakı Texniki Kollecin tədris işləri üzrə direktor müavini əvəzi Cəlal Qardaşov (şəhid İlqar Əhmədovun tələbə yoldaşı) və digərləri bu hadisələrə zəmin yaradan tarixi faktlardan danışıblar.Anım mərasimi 20 Yanvar Şəhidlərinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə davam edib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.