BÜTÜN QAZAXLILARIN FƏXRİ - İLHAM PİRMƏMMƏDOV

BÜTÜN QAZAXLILARIN FƏXRİ - İLHAM PİRMƏMMƏDOV BÜTÜN QAZAXLILARIN FƏXRİ - İLHAM PİRMƏMMƏDOV BÜTÜN QAZAXLILARIN FƏXRİ - İLHAM PİRMƏMMƏDOV Biz qazaxlı olaraq qazaxlılığımızla həmişə fəxr etmişik. Ölkəmizə çoxlu “ilk”lər bəxş etmiş, Qafqazın mərkəzində bərqərar olmuş bu qərb regionuna yönəli sevgimiz bir özündənmüştəbehlik kimi yozulmaz yəqin.
Əksinə, bu, doğulduğumuz diyarın şəxsiyyətlərinə düzlənib məsuliyyət hissini artırmaq, doğru yaşamaq kriteriyalarına riayət etmək anlamına gəlməkdi. Onlar kimi olmaq çətin olsa da, onlar kimi olmağa çalışmaq, heç olmasa adlarını batırmamaq da bir igidlikdi. Və bu gün fəxarət hissi ilə deyə bilirik ki, adlarını çəkməyə ehtiyac duymadığımız silsilə şəxsiyyətlərin, tütyə kişilərin (nədənsə, söhbətin bu yerində birinci növbədə böyük Səməd Vurğun keçir adamın ağlından) davamçıları yenə də var.

İlham Pirməmmədov ismi ölkədə azacıq da olsa ziyalılığı olan, əli qələm, gözü kitab görən, təhsillə azacıq bağlantısı olan hər kəsə bəllidi. O, bu gün ölkəmizin, əlbəttə, ilkin olaraq Qazağın dil uzunluğunu, baş ucalığını qoruyanlardandı. Qazax Xeyriyyə İctimai Birliyinin sədri olmamışdan öncə də (Vidadi müəllim də, Rövşən müəllim də təsdiq eləyərlər) cəmiyyətin əsas lokomativi missiyasını yerinə yetirirdi. İşləri, əməlləri, tədbirləri hər il verdiyi hesabatlarda öz əksini tapır. Onun etdiklərinə və şəxsiyyətinə hörmət bütün mahal camaatının, cəmiyyətimizin digər bölgələrdən olan fəxri üzvlərinin, qonaqlarının qəlbində və yaddaşında da yaşayır və ehtiramla qorunur.


BÜTÜN QAZAXLILARIN FƏXRİ - İLHAM PİRMƏMMƏDOV BÜTÜN QAZAXLILARIN FƏXRİ - İLHAM PİRMƏMMƏDOVBÜTÜN QAZAXLILARIN FƏXRİ - İLHAM PİRMƏMMƏDOV BÜTÜN QAZAXLILARIN FƏXRİ - İLHAM PİRMƏMMƏDOV İlham müəllimlə tələbə yoldaşıyıq və 45 ildi ki, bir arada olduğumuzdan onun hər düşüncəsinə, aldığı nəfəsə də bələdəm və dediklərimi əminliklə deyirəm. Səxa sahibi olmaq üçün var-dövlət sahibi yox, böyük ürək sahibi olmağın birinci şərt olduğunu bilmək üçün İlham müəllimi tanımaq yetərlidi. Təhsil nazirliyinin funksionerlərindən olduğu dövrdə etdiklərini, hazırda çalışdığı Azərbaycan Texniki Universitetində çalışqan tələbələrin, dürüst müəllimlərin havadarı olmasını bilirəm ki, hamı bilir.


Bu günlərdə bütün dünyanı cənginə almış “Covid-19”-un karantin sıxıntısını yaşadığımızda da Qazax-Ağstafa camaatı İlham müəllimin böyük təşkilatçılığı, diqqəti, qayğısı ilə üz-üzə gəldi növbəti dəfə. O, cəmiyyətin üzvü olan iş adamlarını, mahalın imkanlılarını səfərbər eləyib hər birini öz kəndlərinə yardımçı olmağa səslədi və buna nail oldu. Proses bu gün də davam edir. Bu işdə də hər iki rayonun rəhbərləri ilə hər an təmasdadı və İlham müəllim deyir ki, çalışmalarımız ölkə rəhbərinin tövsiyələrinin tərkib hissəsidi. Bəli, burası başqa məsələdi ki, yaxşılıq hissi kimin canında nə qədərdi və ürəyindən nə təpir.

Bu il Allahın yaxşılıqlar, xeyirxahlıqlar, təskinliklər üçün yaradıb dünyaya, özəlliklə də Qazax mahalına bəxş elədiyi bu İNSANın, Texniki Universitetin prorektoru, əməkdar müəllim, QXİB-nin sədri, riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədovun 65 yaşı tamam olur.
Sayı-hesabı bilinməyən yubileylər, yığnaqlar keçirmiş bu kişinin yubileyini bu gün virtual anmaq zorundayıq.

Sağlıq olsun, ilin axırına hələ çox var.
Tanrıdan təmənna edək ki, Qazağımızın şəxsiyyətlər silsiləsinə bəxş elədiyi bu zirvə kişiyə, insanlığa nümunə kişiyə, etalon kişiyə uzun, sağlam ömür versin.
Versin ki, güvənlik də yaşasın, qədirbilənlik də!

Rəfail İNCƏYURD



BÜTÜN QAZAXLILARIN FƏXRİ - İLHAM PİRMƏMMƏDOVREDAKSİYADAN:

Biz də
tanınmış təhsil işçisi,
görkəmli alim və
ictimai xadim,
"Qazax" Xeyriyyə Cəmiyyətinin sədri,
1998-2013-cü illərdə
Təhsil Nazirliyində
aparat rəhbəri,
2013-2016-cı illərdə
Təhsil nazirinin müşaviri kimi məsul vəzifələrdə şərəflə çalışmış,
2013-cü ildən Azərbaycan Texniki Universitetinin
elm və texnika üzrə prorektoru vəzifəsində öz əmək fəaliyyətini ləyaqətlə davam etdirən,
hələ SSRİ dövründə idmanın sambo növü ilə 5 dəfə Azərbaycan çempionu və SSRİ çempionu olmuş, "SSRİ idman ustası" fəxri adına layiq görülmüş, sonralar isə müstəqilliyimizin ilk illərində
səmərəli pedaqoji fəaliyyətinə görə 2005-ci ildə “Əməkdar müəllim”,
təhsil sahəsindəki xidmətlərinə görə 2015-ci ildə “Qabaqcıl təhsil işçisi”
fəxri adları ilə təltif olunmuş, riyaziyyat üzrə elmlər doktoru,
professor İlham Pirməmmədovu qarşıdan gələn yubileyi münasibətilə
biz də ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, eləcə də, şərəfli elmi-pedaqoji və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
"Ziya" qəzetinin və
"ZiM.Az" saytının Baş redaktoru,
filologiya üzrə fəlsəfə doktoru


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: