AzTU-nun əməkdaşları "Qızıl qələm" mükafatına layiq görülüb AzTU, Darvaz, Təbriklər 22 Temmuz TƏBRİK EDİRİK!..Azərbaycan Texniki Universitetinin (AzTU) iki əməkdaşı – mətbuat katibi Sevinc İsgəndərova və “Ziya” qəzetinin baş redaktoru Müşfiq Borçalı - 22 iyul Milli Mətbuat Günü münasibətilə "Qızıl qələm" mükafatı ilə təltif olunub. aztu.edu.az xəbər verir ki, AzTU əməkdaşları bu mükafata Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqının (KİVHİ) qərarı ilə layiq görülüb. Xatırladaq ki, "Qızıl qələm" mükafatı 1970-ci ildən 1991-ci ilədək Azərbaycan Jurnalistlər Birliyi tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunub.2000-ci ildən mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) tərəfindən təqdim edilir. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.