Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq sənədi imzalanıb

Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq sənədi imzalanıbDövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq sənədi imzalanıb Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq sənədi imzalanıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Sənədin imzalanması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev aktiv məşğulluq proqramlarının bir istiqamətinin də məzunların əmək bazarına inteqrasiyasına dəstək məqsədi daşıdığını, bu istiqamətdə müvafiq işlər aparıldığını bildirib. O, eyni zamanda, tədris proqramlarının əmək bazarının tələblərinə uyğun təkmilləşdirilməsinin önəmini qeyd edib.
Nazir müavini imzalanan Memorandumun bu və digər istiqamətlərdə əməkdaşlıq müstəvisində birgə işlərin aparılmasına imkan yaratdığını qeyd edib.


AzTU-nun rektoru Vilayət Vəliyev
Memorandumun imzalanmasında məqsədin elm, təhsil və universitet-sənaye iş birliyi sahələrində əməkdaşlığın inkişaf etdirilməsi olduğunu vurğulayıb. Birgə əməkdaşlıq nəticəsində müvafiq peşə ixtisasları üzrə tədrisin təşkili, sənaye sertifikatlarının əldə olunması, xüsusi ixtisaslar üzrə peşə standartlarının işlənilməsində universitetin iştirakı və tələbələrin peşəkarlıq səriştələrinin artırılmasının təmin ediləcəyini bildirib.

Əməkdaşlıq sənədini AzTU-nun rektoru Vilayət VəliyevDövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli imzalayıb.

Memoranduma əsasən, tərəflər müxtəlif sahələr üzrə mühəndis kadrlara olan tələbatın müəyyən edilməsi məqsədilə əmək bazarının araşdırılması, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi üçün əmək bazarının tələblərinə uyğun tədris proqramlarının təkmilləşdirilməsi, həssas qruplardan olan tələbələr üçün müxtəlif sosial layihələrin hazırlanması istiqamətində əməkdaşlıq edəcək.

Sənəddə məzunların məşğulluğunun və əmək bazarına inteqrasiyasının təmin edilməsi məqsədilə məzun yarmarkalarının və digər tədbirlərin keçirilməsi, tələbələrin biznes bacarıqlarının inkişaf etdirilməsi, startapların və inkubasiya mərkəzlərinin yaradılması, birgə innovativ layihələrin həyata keçirilməsi də nəzərdə tutulub.

Tədbir çərçivəsində qonaqlar həmçinin AzTU-nun tədris laboratoriyaları ilə tanış olublar.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: