AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qazi Universitetində mühazirə deyib

AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qazi Universitetində mühazirə deyib Azərbaycan Texniki Universitetinin (AzTU)
Beynəlxalq əlaqələr üzrə prorektoru,
texnika elmləri doktoru,
professor Sübhan Namazov
Türkiyənin Ankara şəhərində
səfərdədir.


Erasmus+ KA1 mobillik proqramının
fərdi qrant layihəsini qazanan
professor Sübhan Namazov
səfər çərçivəsində
Türkiyənin Qazi Universitetinin
Metallurgiya və materiallar texnologiyası
kafedrasının professor-müəllim heyəti
və tələbələri üçün
“Bişirilmiş ovuntu kompozisiya materialları:
alınması, strukturu, xassələri və tətbiqi”
mövzusunda mühazirə deyib.

AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qazi Universitetində mühazirə deyib
Prorektor Sübhan Namazov, həmçinin
Qazi Universitetinin rektoru, professor Musa Yıldız,
universitetin prorektorları, dekanları,
bölmə rəhbərləri ilə işgüzar görüşlər keçirib.

Görüşlər zamanı AzTU-nun qalib olduğu ”AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi barədə məlumat verilib.

Layihə çərçivəsində professor-müəllim heyətinin potensialının gücləndirilməsi məqsədilə AzTU-nun bir qrup müəlliminin təlimlər keçməsi üçün Ankaraya ezam olunması, həmçinin Qazi Universitetinin professorlarının AzTU-ya dəvət olunması ilə bağlı razılıq əldə olunub.

AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qazi Universitetində mühazirə deyib AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qazi Universitetində mühazirə deyibQeyd edək ki, professor Sübhan Namazovun Ankaraya işgüzar səfəri davam edir.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: