"DANIŞMAQ GÜMÜŞDÜRSƏ, SUSMAQ QIZILDIR..." Təhsil » AzTU 23 Kasım Xalqı mahnılarının mətnləri üzərində savadsız şəkildə əməliyyat aparanlara, bu yöndə lazımi biliklərə malik olmadan fikir yürüdənlərə Xalq artisti, dəyərli sənətkarımız Lütfiyar İmanovun söylədikləri çox tutarlı olmaqla yanaşı, həm də tam məntiqiəuyğundur; o tip "insanlar"a qarşı dərindən düşünülmüş güclü bir əks-cavabdır. Çox təəssüflər olsun ki, bu istiqamətdə alimlər, nə qədər ürəkağrıdıcı olsa belə qeyd edim ki, hətta professorlar səviyyəsində ciddi yanlışlıqlara yol verilir. Xalq yaradıcılığı nümunələri üzərində, əzizlərim, diqqətli olaq, bilmədiklərimiz haqqında fikir sərgiləməyək, qəlbimizin duymadığını, təfəkkürümüzün həzm edə bilmədiyini dilə gətirməyək. Ulu əcdadlarımızın yadigarı, nişanəsi olmaqla bərabər, həm də həmin nümunələrdən dədə-babalarımızın nəfəsi duyulur. Xalqın yaratdıqları üzərində kortəbii şəkildə təhlillər aparmaq əcdadlarımızın ruhuna toxunmaq, onu incitmək anlamındadır. Güzgüyə baxıb, özümüzü çirkin və eybəcər gördüyümüz halda, gəlin güzgünü vurub-qırmayaq. Hər bir nümunəyə forma nöqteyi-nəzərindən yanaşmayaq. Unutmayaq ki, forma və məzmun vəhdəti bütövlük yaradır. Onun üçün də səylə çalışaq ki, ifadənin əsl mahiyyətini duya bilək, onun məntiqini dərk edə bilək, hər bir xalq yaradıcılığı nümunəsində özünə yurd-yuva salmış gizli hikmətləri aça bilək, forma ilə məzmuna dair sərhədi dəqiq müəyyənləşdirməyi bacaraq. Təbii ki, hər kəs bu mürəkkəb əməliyyatın öhdəsindən doğru-düzgün nəticə hasil edərək əsl həqiqətin qərar tutduğu məqamı fəth etmək iqtidarında olmur. Elədirsə, dostlar, bu zaman ən doğru olan yolu seçək: o da susmaqdır. Necə ki, müdriklərimiz də deyir: "danışmaq gümüşdürsə, susmaq qızıldır..."Əziz dostlar, bu linki (https://www.facebook.com/watch/?v=1145446402499856) tıklayıb elə bu xüsusda xalq artisti, görkəmli sənətkarımız, gözəl pedaqoq Lütfiyar İmanovu dinləmək hər birimiz üçün faydalı olardı...Həbib MirzəyevAzTU-nun “Humanitar fənlər” kafedrasının müdirifilologiya üzrə fəlsəfə doktoru, dosentZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.