“İdmanla məşqul olmaq sağlamlıq üçün ən gözəl vasitədir”

“İdmanla məşqul olmaq sağlamlıq üçün ən gözəl vasitədir”Müsahibimiz Azərbaycan Texniki Universitetinin basketbol idman növü ilə məşqul olan tələbəsi Əkbər Dadaşovdur.

- Özünüzü təqdim eləyin.
- Mən Dadaşov Əkbər Mehman oğlu - Azərbaycan Texniki Universitetinin 2-ci kurs tələbəsiyəm. “Energetika və Avtomatika” fakültəsinin “Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi” ixtisasında təhsil alıram. Eyni zamanda, Azərbaycan Texniki Universitetinin basketbol komandasının üzvüyəm.

- Necə oldu ki, idmançı oldunuz? İdman həyatınızda nə kimi rol oynayıb?
- Hələ orta məktəbdə oxuduğum illərdən idmana böyük həvəs göstərmişəm.
5-ci sinifdə oxuyandan basketbol komandasının üzvü olmuşdum.
Sonralar da basketbol oynamağı davam etdirdim.
2021-ci ilin yanvar ayında təhsil aldığım Azərbaycan Texniki Universitetinin basketbol komandasına seçmələr zamanı mən də öz namizədliyimi irəli sürdüm və komandaya üzv seçildim. Xüsusi olaraq qeyd eləmək istəyirəm ki, univeristetin basketbol komandasının üzvü olmaq mənim üçün çox gözəl bir hissdir.
Məşqçilərimiz Evren müəllim və komanda yoldaşlarımla birlikdə çox həvəsləndirici və çox əyləncəlidir.
Basketbol komandamızda müəllimimiz çox tələbkardır və bu da özünü çox gözəl göstərir. Buna səbəb olaraq da Evren müəllimin başçılığı ilə 2022-ci ildə qoşulduğumuz Yeni Azərbaycan Partiyasının “Gənclər sağlam həyat tərzi seçir” yarışında 1-ci yerə çıxdıq və Tələbə liqasında bütün oyunlarında qələbə qazanmışıq və davamını da qazanacağımıza inanırıq. Ən maraqlı yadda qalan oyun isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə olan oyunumuz idi. Çox həyəcanlı və rəqabət dolu oyun idi. 80-71 hesabı ilə qalib gəldik və bu bizdə özümüzə olan inamı daha da artırdı.

- Tələbə yoldaşlarınıza sözünüz?
- Bütün gənclərə sahəsindən asılı olmayaraq idmanla məşqul olmasını tövsiyyə edirəm. Özümü misal göstərə bilərəmki, basketbolla məşqul olandan sonra boyum daha da artdı və bədən cəhətdən ikşaf etdim. Sağlam həyat sürmək üçün idmanla məşqul olmaq ən gözəl vasitədir.

- Müsahibə üçün təşəkkür edir və sizə yeni-yeni uğurlar, nailiyyətlər arzulayırıq!

Müsahibəni yazdı:
Dünya Qarabağlı,
“Ziya” qəzetinin ştatdankənar müxbiri


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: