AzTU-da 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib Təhsil » AzTU 19 Ocak 497 100 1 2 3 4 5 Qanlı 20 Yanvar faciəsindən 33 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət ediblər.Sonra AzTU-da anım tədbiri keçirilib. Əvvəlcə AzTU-nun foyesində 20 Yanvar faciəsinə həsr olunan rəsm sərgisinə baxış keçirilib. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.AzTU-nun rektoru Vilayət Vəliyev 33 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən faciədən danışıb. Bildirib ki, Azərbaycanın azadlığı uğrunda canlarından keçən Vətən övladları fədakarlıqları və qəhrəmanlıqları ilə tarix yazıblar. Həmin gün xalqımız öz milli ləyaqət hissi ilə sovet imperiyasının top-tüfənginə qalib gəlib. 20 Yanvar Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də hər birimiz üçün qürur, şərəf tarixidir.Daha sonra çıxış edən Azad Vətən Partiyasının sədri Akif Nağı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının əliyalın əhaliyə qarşı törətdiyi faciə ilə bağlı tarixi faktları dilə gətirib. Bildirib ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ulu öndər Heydər Əliyevin sayəsində həllini tapıb. Akif Nağı qeyd edib ki, gənclər xalqımızın qəhrəmanlıq tarixlərini dərindən öyrənməli və gələcək nəsillərə çatdırmalıdırlar.Tədbir tələbələrin ifasında 20 Yanvar faciəsinə həsr olunan kompozisiya ilə davam edib. Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.Allah bütün şəhidlərimizə rəhmət eləsin!Şəhidlərimizin ruhu qarşısında baş əyirik!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.