BDU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib Təhsil » BDU 9 Aralık Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbir ulu öndərin büstü önünə əklil qoyulduqdan sonra universitetin professor-müəllim heyəti və tələbələrinin iştirakı iə davam edib. Tədbiri giriş sözü ilə rektor, akademik Abel Məhərrəmov açaraq ümummilli lider Heydər Əliyevin tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edib. Rektor ulu öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz xidmətlərdən, bununla əlaqədar imzaladığı fərman və sərəncamlardan, rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından danışıb. "Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o zaman daha xoşbəxt olur ki, həmin siyasi kurs uğurla davam etdirilir" fikrini bir daha səsləndirən rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışıb, insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatının yeni vüsət almasından bəhs edib. Tədbirdə ümummilli lider H. Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra ulu öndərə həsr olunmuş film nümayiş etdirilib.Sonra vitse-spiker, universitetin kafedra müdiri Ziyafət Əsgərov, Respublika Ağsaqqallar Şurasıının sədri, millət vəkili Fəttah Heydərov çıxış ediblər.Mətbat və informasiya şöbəsi, 09 dekabr 2015-ci il. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.