Suad Səlimova: “Həm şahzadə, həm də idmançı statusuni eyni vaxtda saxlamaq hər xanımın hünəri deyil...” BSU, İdman 19 Nisan Suad Səlimova gənc və perspektivli idmançı xanımdr. Artıq 23 yaşının olmasına baxmayaraq, onun vətəndə və onun hüdudlarından kənarda xeyli uğurları var. Yarışlara qatılan gənc idmançı xanımın 23 döyüşdən əldə etdiyi birincilik və ikincilik qalibbiyətindən çoxlu sayda qızıl və gümüş medallardan ibarət mükafatları var. İlk olaraq...- Suad xanım, idman sahəsi ilə nə vaxtdan məşğulsunuz?- İlk olaraq, 6 yaşından 12 yaşına qədər anamın sayəsində SKA adlanan idman mərkəzində müəlliməm Natalya Yevqeniyevnanın rəhbərliyi ilə bədii qimnastika ilə məşğul olmuşam. Daha sonra karate döyüş növünə yönəldim. Lakin, anam təhsilimə daha çox diqqət ayırmağım məqsədi ilə müəyyən müddətə məni idmandan kənarlaşdırdı. Dərslərimə diqqət ayıraraq, Bakı Slavyan universitetinin Beynəlaxalq münasibətlər və regionşünaslıq fakültəsinə daxil olundum. Orada xarici dillər olan; yunan, fransız və ingilis dillərini mükəmməl şəkildə mənimsədim. - Xarici səfərlərdə dil bilgiləriniz sizin köməyinizə çatırmı və danışdığnız insanlar sizdə bu bacrığı necə qarşılayır? - Dil bacarığı mənim sərbəst gəzib dolanmağıma çox böyük müsbət təsir göstərir. Xarici dillərə marağım yüksəkdir və əcnəbi dil öyrənməyi çox sevirəm. Münasibət qurmağa çalışdığım həmsöhbətlərimə gəlincə isə, onlarda təəcüb və çaqınlıq duyurdum; inanmırdılar ki, azərbaycanlıyam.Zərif xanım, qəddar idman... - Zərif xanımların qəddar idman texnikasına cəlb edilməsi çətin deyilmi? Bəllidir ki, idman sahəsi olduqca çətin məşqlər tələb edir. - Birinci növbədə, hər bir istək daxili ruhla bağlıdır, insanın iradəsinə köklənir. Zamanında mənim çox xətrimə dəyilib və özümü müdafiə etmək üçün idman sahəsinə yönəldim. Xanım idmançı hər zaman öz aspektindən çıxış etməyi bacarmalıdır. Həm şahzadə, həm də idmançı statusnu eyni vaxtda saxlamaq hər qızın hünəri deyil. - Necə düşünürsünüz, güclü idmançı qızdan oğlanlar qorxmur ki?- Güclü xanımlardan yalnız zəif ruhlu kişilər ehtiyat edirlər. İdmançı qızdan qətiyyən qorxmaq lazım deyil. Halbuki, bir çox insan düşünür ki, idmançılar adəti üzrə qəddardılar və istənilən anda xəsarət yetirə bilərlər. Bu səhv və absurd düşüncədir. İnandırım sizi ki, idmançı xanıma zərbə yetirilməzsə, o heç bir zaman ilk olaraq öz gücünü qarşı tərəfdə sınamaz. Məcburi zərbə...- Elə bir hal ilə qarşılaşmısınızmı ki, məcburən zərbə yetirməli olmusunuz?- Yalnız bir dəfə bu baş verib. Bir dəfə evə gələrkən arxamca məni izləyən oğlana sözlə uzaqlaşmağı anlatdıqda, israrla məni izləməyə başladı. Yekun olaraq, yaxınlaşaraq mənə çiynimə toxunduqda, onun əlini buraraq, “volevoy” texnikası ilə məndən əl çəkməyinə nail oldum.- Qarşı tərəf bu texnikanı yəqin ki, olduqca təəcüblə qarşıladı.- Bəli, o məndən bu addımı gözləmirdi. Çox güman ki, idmançı olduğumu “cavabımdan” sonra anladı.- Suad xanımın sevdiyi şəxs varmı?- Yox, hal- hazırda yoxdur. Amma, istərdim ki, məni sevən şəxs öncə idmanı sevsin ki, karyeramda mənə maneəçilik törətməsin.- Əgər sevdiyiniz insan idmandan uzaqlaşmağı sizdə rica edərsə, müqabilində sevgisini qəbul edərdinizmi?- Heç bir vaxt. Mənim üçün ilk olaraq idmandır, sonra şəxsi həyat. Və sevdiyim, seçdiyim insan məni anlaya biləcək biri omalıdır. O məni bu cür qəbul etməzsə və ya qadağalar tərtib edərsə, mən öz sevgimi sözügedən şəxslə bölüşə bilmərəm. Gələcək həyat yoldaşı...- Düşünürsünüz ki, gələcək həyat yoldaşınız sizi anlamaq üçün mütləq idmançı olmalıdır?- Firkimcə, o idmançı da ola bilər. Amma yaradıcı insan, musiqiçi, müğənni, aktyor və ya idman sahəsinə sevgi və anlam bəsləyən də ola bilər. Bir sözlə, yetər ki, məni və məşğuliyyətimi qəbul edib, anlayışla qarşılasın və hökmən dəstəkləsin. - Suad xanım daha şox qalibiyyətlə yoxsa məğlubiyyətlə qarşılaşıb?- Həm bəğlubiyyət həm də qalibiyyət eyni səviyyədə olub. Lakin, məğlubiyyətlə qarşılaşdıqda, mən öz üzərimdə daha çox çalışaraq, növbəti döyüşü udmağa nail olmuşam. Zənnimcə, uduzmaq hardasa hətda xeyrimə olub desəm, yanılmaram. Çünki, məğlubiyyət ilk öncə xarakterimdə əzm və səylərin inkişaf artımına köməklik edib. - Yarışlarda erməni idmançısı ilə qarşılaşmısınızmı?- Əfsuslar olsun ki, hələ qarşılaşmamışam. Amma arzu edirəm ki, erməni idmançı ilə görüşərək, onu məğlub edim və qalib olaraq, öz bayrağımızı zirvələrdə dalğalandırım. Kikboksinq və uşu- sanda...- Yarışlarla bağlı hansı şəhərlərdə olmaq sizə nəsib olub və əldə etdiyiniz nailliyətlər hansılardır?- Əvvəlcə onu qeyd edim ki, mən getdiyim ölkələrdə iki idman növü üzrə yarışlara qatılıram; kikboksinq və uşu- sanda. Rusiyanın Sankt- Peterburq şəhərində “Döyüş sənəti olimpiadasına” qatılaraq, uşu- sanda döyüş növü üzrə çempion adına layiq görüldüm. İranda Və Gürcüstanda olmuşam. VTK üzrə İspaniyanın Benidorn adasında baş tutan yarışlara qatılmışam və sadalanan yarışların hər birində birincilik əldə etmşəm. Sankt- Peterburqda qatıldığım yarışda uşu- sanda üzrə birinci və kikboksinqlə bağlı ikinci yerə layiq görüldüm. - Uşu- sanda ilə kikboksinq idman növləri arasında oxşarlıq varmı?- Deyərdim ki, haradasa oxşarlıq var. Lakin, uşu- sanda tullanışlarla müşahidə edilirsə, kikboksinq sırf zərbələrdən ibarət döyüş texnikası tələb edir. Uşu- sanda daha cəld hərəkətlərlə sürətli olmağa vadar edir. - İki döyüş növü üzrə məşğuliyyət orqanizminizə gərginlik gətirmir ki?- İstənilən idman sahəsində məşqlər zamanı ağrılar olur. Lakin idmançı öz yemək rasionuna və istirahətinə diqqət yetirərərək, bütün ağırlığı qaldırmağa qadirdir. İstirahətə zaman...- Suad Səlimovanın idman və iş karyerası necə tərtib edir? İstirahətə zaman ayıra bilirmi?- Mən yuxu rejimimə diqqət yetirirəm; uzağı gecə saat 11-n yarısı yuxuya gedirəm. Səhər isə doqquz tamamda oyanıram. Yeməyimə diqqət yetirərək, istirahəti də unutmuram. Bayramlarda ölkə daxili və ölkəxarici səfərlər edirəm. Bu yaxınlarda Hacıqabul rayonunda istirahət etdim. Quba, Qusar ərazisi Şahdağ turizm mərkəzinə dəfələrcə səfər etmişəm. Gürcüstanda Bakuyani şəhərində gəzintidə olduqda, oranı çox bəyəndim. - İranda olduğunuzu vurğuladınız. İran ölkəsinin qanunlarına görə idmançı xanmların örpəklə vuruşmaları doğrudurmu?- Bəli, mən də örpəklə vuruşurdum. Amma onu da qeyd edim ki, İran idmançı xanımları ölkədən kənarda örpəksiz vuruşur, çünki baş örtüyü ilə döyüşmək çətindir. Doğrudur, mən bu çətinliyi hiss etməsəm də, Tailandda məşq edən idmançı xanıma kikbolsinq sahəsində uduzdum. - Səbəbi nə idi?- O daha güclü idi. Sözün açığı, mən bu idmançı ilə vuruşduğum üçün fəxr edirəm. Onunla dostluq münasibətimiz də saxlanılır.İdmanda nə qədər gəncsənsə...- Ümumiyyətlə yarışlarda yaş həddi yoxsa çəki nəzərə alınır?- Biz əslində özümüzə uyğun çəkili döyüşçü ilə yarışa qatıldıq. Burada yaş nəzərə alınmır. Ümumiyyətlə isə idmanda daha önəmli bacarıqdır, döyüş texnikasıdır. Mart ayının 19- su 23 yaşım tamam oldu. Deyərdim ki, idmanda nə qədər gəncsənsə, bir o qədər qalib olmaq şansın da çoxdur. - Valideynlərinə 19 mart ayında hədiyyə olan Suad xanıma valideynləri idman karyerasının davamına dəstək olurmu?- Açıqı, hal- hazırda Caspian- Construction (Kaspian- Konstrakşn tikinti şirkəti) şirkəti mənə, məşqçilərimə və bütün idman heyyətinə idman geyimərimizlə təmin ediməsi ilə sponsorluq edir. Onların rəhbəri Mehman Məmmədova öz təşəkkürümü bildirirəm. Əslində isə, mən yarışlara valideynlərimin maliyyə dəstəyi ilə qatılıram. Özüm də çalışdığım üşün, xarici səfərlərə gedə bilirəm. Digər idmançı qızlar isə maddi dəstəkləri olmadığından, Azərbaycandan kənara yarışlara qatıla bilmirlər. Mən isə çalışıram və öz şəxsi büdcəmlə ölkədən kənarda çıxışlar edirəm ki, hər hansı bir idman liqasının diqqətini çəkərək, sonrakı karyeramı xaricdə də təmsil edim. Lakin inanıram; bir gün gələcək ki, müəyyən dövlət qurumları bizim idman yarışlarımıza maddi dəstək ayıracaqlar.Valideynəlimə gəlincə isə, qeyd edim ki, atam vaxtı ilə karate üzrə qara kəmər sahibi olub və çox güman ki, mənim idmana hədsiz sevgim qenetik olaraq məhz ondan mənə ötürülüb. Anamın isə idman nailləyətlərimdə zəhməti danılmazdır. O mənim güc mənbəyim və əsas dəstəkçimdir.Vətənimin bayrağı...- Suad Səlimovaya xaricdən təklif gələrsə, orada karyerasını davam etdirməyə razi olarmı?- Bəli, razı olaram. Amma mən Azərbaycan ölkəsi adından çıxış edərək, yalnız doğma vətənimin bayrağı altında çıxış etməyi düşünürəm. - Hansı müəllim məşqçilərdən dərs almısınız?- Hal- hazırda məqçi, əməkdar idman ustası Ehram Məcidovun rəhbərliyi ilə kikbolsinq məşqlərinə qatılıram. Uşu- sanda ilə müəllimim 17 qat dünya çempionu, Əməkdar idman ustası və idman nailiyyətlərimdə sonsuz zəhməti olan Ramil Allahverdiyevdir. Eləcə də öz dərin təşəkkürümü Pərviz Qarayev, Sahib Yunusov və jiu- jitsu üzrə məşqçi Elçin Hüseynova bildirirəm. Bu şəxslərin məsləhəti və zəhmətləri nəticəsində nailliyətlərim daha çox olur.- Suad xanım hansı rəngi sevir?- Qırmızı rəngi. O həm fərqlənir, həm də eyni zamanda qalibiyyət və uğur rəngidir.Sağlam və xoşbəxt olmaq... - Ən böyük arzunuz və həyatdan gözlədiyiniz nədir?- İlk öncə sağlam və xoşbəxt olmaq istəyirəm. çox istərdim ki, idman sahəsində bütün nailiyyətləri əldə edərək, şəxsi gücüm sayəsində Əməkdar idman ustası adəna layiq görülüm. Gələcəkdə qadənlardan ibarət şəxsi idman klubunun sahibəsi olum ki, burada bildiklərimi gənc nəslə ötiürmək şansım osun. Daha sonra isə, mən arzu edərdim ki, fanatı olduqlarım idmançı xanımlar; Ronda Rousey (MMA üzrə idmançı) və Anastasiya Yankova (MMA üzrə idmançı) kimi maddi təşkilati dəstək hesabına öz ölkəmi layiqincə təmsil etmək imkanı əldə edim. Çünki mən bilirəm ki, güclüyəm və mənə sadəcə maddi yatırımla daxili potensialımı yüksəltmək mümkündür. Mübarizə aparıram və özümə inanıram. - Gənclərimizə arzularınız?- Özlərinə inamı və güvəni itirməsinlər. Ruh düşkünlüyü yaşamasınlar və hətda bütün dünyanın onlara qarşı çıxdıqları bir dönəmdə belə, bir gün qalib olacaqlarına inansınlar.Aynur Nurlu . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.