Qərb Universitetindən yeni imtahan modeli: Tələbələr üçün əhəmiyyətli dəstək

Qərb Universitetindən yeni imtahan modeli: Tələbələr üçün əhəmiyyətli dəstəkHazırda yenidənqurma və islahat dövrünü yaşayan Qərb Universiteti təhsilin keyfiyyətinin yüksəldilməsi və tələbələrə dəstək məqsədi ilə yeni imtahan modelinin tətbiqinə başlayıb.

Yeni modelə əsasən hər hansı bir fənn üzrə imtahandan müvəffəq nəticə göstərməmiş tələbələr əvvəllər olduğu kimi kredit ödəməklə dərs saatları götürmür.
Bu semestrdən etibarən akademik borcu olan tələbələr üçün tamamilə ödənişsiz əsaslarla intensiv kurslar və konsultasiya saatları təşkil olunur.

Universitetin İmtahan Mərkəzindən verilən məlumata görə tələbələr üçün hər bir fənn üzrə biri əsas, digər ikisi əlavə olmaqla 3 imtahan şansı yaradılır.
Yeni modelə əsasən tələbələr heç bir ödəniş etmədən fənn müəllimlərinin iştirakı ilə intensiv kurslardan, məsləhət saatlarından yaralanmaqla yüksək səviyyədə imtahana hazırlaşmaq və yenidən biliklərinin qiymətləndirilməsi üçün imkan əldə edirlər.

İlhamə MƏHƏMMƏDQIZI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: