BDSİK - “Breyn-rinq” intellektual yarışının qalibidir

BDSİK - “Breyn-rinq” intellektual yarışının qalibidir 16 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkil etdiyi “Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Masallı şəhərində keçirilən “Breyn-rinq” intellektual yarışı üzrə Respublika Çempionatında Bakı Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri birinci yerə layiq görülmüşdür.

Biz də böyük zəhmət bahasına əldə olununan bu qələbə - bu nailiyyət münasibətilə Kollecin direktoru, tanınmış və təcrübəli təhsil işçisi hörmətli Vidadi Orucov başda olmaqla, onun rəhbərlik etdiyi bütün pedaqoji kollektivi və tələbələri ürəkdən təbrik edir və onalara yeni-yeni uğurlar arzulayırıq!..

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: