Şərəfli peşə sahibi - Sahilə Nəhmədova Məktəblər, "Elm və Təhsil" 10 Eylül “Ana! dünyada sənin müqəddəsliyini təyin edə biləcək hələ heç bir ölçü yoxdur. Sənin əzəmətinin təsvir edə biləcək hələ heç bir kitab yazılmamışdır”. (M.S.Ordubadi) Sabirbad rayon Güdəcühür kənd tam orta məktəbinin qabaqcıl müəllimlərdən biri də Sahilə Abuzər qızı Nəhmədovadır. İşgüzar müəllim yalnız dərs deməklə kifayətlənmir, şagirdlərinin dünyağörüşünün formalaşması üçün müxtəlif xarakterli tədbirlər keçirir. Şagirdlərinin hərtərəfli inkişaf etməsində məktəbkənar tədbirlərin imkanlarından da səmərəli istifadə edir. Maraqlı təşkil olunan sinifdənxaric və məktəbdənkənar tədbirlər şagird və valideynlərin yaddaşından uzun müddət çıxmır. Sahilə Nəhmədova 1957-ci il oktyabr ayının 7-də Əli Bayramlı rayonunun Güdəcühür kəndində (1963-cü ildən Güdəcühür kəndi Sabirabad rayonunun intizabati ərazi bölgüsünə daxildir) anadan olub. S.Nəhmədova 1978-ci ildə Əli Bayramlı Pedaqoji Məktəbini bitirərək ibtidai sinif müəllimi ixtisasına yiyələnib. Həmin vaxtdan da o, Sabirabad rayonu indiki Axtaçı-Muğan kənd Sabir Ağayev adına tam orta məktəbdə ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb 1985-ci ildən isə Sahilə müəllimə Sabirabad rayon Güdəcühür kənd tam orta məktəbində ixtisası üzrə müəllim işləyir. S.Nəhmədova hazırda 3-cü a sinfində dərs deyir. Sinifdə 17 şagird təhsil alır. O, həmişə dərsin keyfiyyətini diqqət mərkəzində saxlayır və çalışır ki dərsin hər dəqiqəsindən səmərəli istifadə olunsun. Sahilə müəllimənin şagirdləri məktəbdə ibtidai siniflər arasında keçirilən bilik yarışlarında və digər tədbirlərdə fəal iştirak edirlər. Sahilə müəllimənin keçmiş şagirdləri arasında müxtəlif peşə sənət sahibləri vardır. Onlarla keçmiş şagirdi şərəfli müəllim peşəsini seçmişdir. Keçmiş şagirdlərindən Tünzalə Qafarova və Vüsalə Allahyarova hazırda Sahilə müəllimə ilə bir yerdə ibtidai sinif müəllimi işləyirlər. S.Nəhmədova 2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutunda Kurikulum üzrə kurs keçərək, öyərədən statusu alıb və bu barədə ona sertifikat təqdim olunub. Yeni Azərbaycan Partiyasının üzvü olan Sahilə müəllimə məktəbin ictimai işlərində fəal iştirak edir. Onun səmərəli pedaqoji fəaliyyəti barədə dövrü mətbuatda yazı çap olunub. S.Nəhmədovaya 2011-2012-ci illərdə “Qanun xəbər” və “Çağdaş təhsil” qəzetləri tərəfindən fəxri diplomlar təqdim olunmuşdur. Sahilə müəllimə həm də mehriban və qayğıkeş anadır. O, mərhum ömür-gün yoldaşı İlham Nəhməd oğlu Nəhmədov ilə 4 övlad böyüdüb tərbiyə etmişdir. Cavanşir, Nəhməd, İntiqam, Ehtiram. Cavanşir, Ehtiram, İntiqam ticarətlə məşğuldurlar. Nəhməd isə neft sahəsində çalışır. Sahilə müəllimənin gəlini Sevinc Rafiq qızı Nəhmədova Gəncə Dövlət Universitetinin İqtisadiyyat fakultəsinin 2-ci kurs tələbəsidir. Allah-Təala Sahilə müəlliməyə 11 nəvə payı verib: Əliyar, Əlişad, Şəbnəm, İlham, Şəms, Turan, Ayxan, Münəvvər, Nurlan, Raul, Mələk. Nəvələrindən Əliyar Cavanşir oğlu Nəhmədzadə Dövlət Sərhəd Qoşunlarında gizir rütbəsində xidmət edir. Digər nəvəsi Əlişad Cavanşir oğlu Nəhmədzadə isə Şamaxı Dövlər Regional Kollecinin Turizm sektoru fakultəsinin 3-kursunda təhsil alır.Sahilə müəllimə nəvələri ilə fəxr edir və ümid edir ki, nəvələri onun yolunu layiqincə davam etdirəcəklər. Ötən iki il ərzində Sahilə müəllimənin şagirdlərindən Ziba Səmidli, Samirə Xəlilli, Mülkəlim Məmmədli, Təbriz Gözəlov, Niyazağa Vəlizadə müxtəlif ali məktəblərə qəbul olmuşlar. Sahilə müəllimə hazırda 1-ci sinifdə dərs deyir. O, arzu edirki şagirdləri gözəl mütəxəssis kimi yetişsinlər, qalib Azərbaycan dövlətinin çiçəklənməsində onun da şagirdlərinin payı olsun. Biz də bu arzulara qoşuluruq. Alik Rzayev Nahidə NailqızıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.